Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-798/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Xəlilova İradə Asif qızına, X2 (üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Qubadov (Xəlilov) Rafiq (Natiq) Asif oğlu) qarşı miras əmlakın qəbul edilməsinə və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Xəlilova İradə Asif qızı vəsatət verərək X1 ilə iddiaçı3 arasında Masallı rayonu Qızılavar kənd İcra Nümayəndəliyində rəsmiləşdirilmiş ##.##.1976-cı il tarixli nikahın etibarsız hesab edilməsi ilə bağlı proses yekunlaşanadək, iddiaçı iddiaçı3 miras qalmış əmlaklara payların müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Xəlilova İradə Asif qızına, X2 (üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Asi oğlu, Qubadov (Xəlilov) Rafiq (Natiq) Asif oğlu) qarşı miras əmlakın qəbul edilməsinə və mirasda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraatın Masallı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Xəlilova İradə Asif qızının cavabdeh iddiaçı3 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı (qətnamə, qərar və ya qərardad) qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Xəlilova İradə Asif qızının cavabdeh iddiaçı3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cavabdeh1, iddiaçı2, iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, X1 ilə X5 arasında ##.##.1976-cı ildə Masallı rayon Qızılavar icra nümayəndəliyində bağlanmış, ** nömrəli nikah akt qeydi bağlandığı gündən etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdeh iddiaçı3 nümayəndəsi-vəkili İslamov Nicat Qurbanəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Xəlilova İradə Asif qızının cavabdeh iddiaçı3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cavabdeh1, iddiaçı2, iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərar ilə iddiaçı Xəlilova İradə Asif qızının kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Xəlilova İradə Asif qızına, X2 (üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Qubadov (Xəlilov) Rafiq (Natiq) Asif oğlu) qarşı miras əmlakın qəbul edilməsinə və mirasda payların müəyyən edilməsi tələbinə dair *(***)-***/**** saylı mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Cavabdeh Xəlilova İradə Asif qızı ərizə verərək, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından onun tərəfindən verilmiş əlavə kassasiya şikayətinə baxılanadək, hazırki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (Hakim Zeynal Zeynalov) iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Xəlilova İradə Asif qızına, X2 (üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Qubadov (Xəlilov) Rafiq (Natiq) Asif oğlu) qarşı miras əmlakın qəbul edilməsinə və mirasda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraatın Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından Xəlilova İradə Asif qızı tərəfindən verilmiş əlavə kasassiya şikayətinə baxılanadək dayandırılması qərara alınmışdır. Hazırda iddiaçı iddiaçı3 həmin qərardaddan şikayət verərək, qərаrdаdın ləğv еdilməsi və iş üzrə növbəti məhkəmə iclаsını təyin еdilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Ali Məhkəmənin qərarının dərhal qanuni qüvvəsini almasını, tərəfin Ali Məhkəmə Plenumuna şikayət etmək hüququnun olmasını və bu hüquqdan istifadənin Ali Məhkəmənin qərarının qanuni qüvvəsini almasına mane olmamasını nəzərə almamış, bununla da iddiaçıları cavabdehə münasibətdə açıq-aşkar əlverişsiz vəziyyətə salıb, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini, digər prosessual və maddi hüquq normalarını, həmçinin iddiaçıların hüquqlarının pozulması ilə nəticələnən, düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflər arasında bundan öncəki mübahisəyə də baxan eyni hakim yanlış qəbul etdiyi qətnamə ilə işin kifayət qədər uzadılmasına səbəb olmuş, tərəflərin miras əmlakla bağlı hüquqularının vaxtında reallaşmasına mane olmuş, hazırkı qərardadı ilə də eyni mövqeyi nümayiş etdirmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, iddiaçı Xəlilova İradə Asif qızı cavabdeh iddiaçı3 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmış, həmin iş üzrə qəbul edilmiş qətnamədən şikayətlərə apellyasiya və kassasiya qaydasında baxılmışdır. Hazırda isə Ali Məhkəmənin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı məktubundan görünür ki, iddiaçı Xəlilova İradə Asif qızının cavabdeh iddiaçı3 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən əlavə kasassiya şikayəti verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsini düzgün tətbiq etmişdir. Belə ki, hazırkı mübahisənin predmetini miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi təşkil edir. İddiaçı iddiaçı3 həmin əmlaka vərəsəlik hüququnun mövcud olub-olmaması isə onun miras qoyan X1 ilə nikah münasibətlərinin hüquqi taleyindən birbaşa asılıdır. Başqa sözlə, nikah münasibətlərinin etibarlı hesab edilib-edilməməsi hazırkı iş üzrə müəyyən edilməli olan əsas hüquqi faktlardan biridir və bu hal iddiaçının vərəsəlik hüququnun yaranmasına birbaşa təsir göstərir. İş materiallarından görünür ki, əlavə kassasiya şikayəti aidiyyəti üzrə icraata qəbul edilmiş və həmin məsələ üzrə məhkəmə icraatı davam edir. Bu isə göstərir ki, nikah münasibətlərinə dair mübahisə üzrə yekun hüquqi vəziyyət hələ tam müəyyən edilməmişdir. Hazırkı halda da nikahın etibarlılığı məsələsi miras hüququ ilə bağlı mübahisənin həlli üçün preyudisial əhəmiyyət daşıyır. Çünki əlavə kassasiya baxışının nəticəsindən asılı olaraq nikah münasibətlərinin hüquqi qiymətləndirilməsi dəyişə bilər ki, bu da öz növbəsində iddiaçı3 vərəsə statusuna, miras əmlakda pay almaq hüququna və nəticə etibarilə hazırkı iş üzrə qəbul ediləcək məhkəmə aktının məzmununa birbaşa təsir göstərə bilər. Belə bir şəraitdə miras mübahisəsinə mahiyyəti üzrə baxılması sonradan eyni hüquqi münasibətlə bağlı bir-birinə zidd məhkəmə aktlarının qəbul edilməsinə və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Buna görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisənin həllinin nikahın etibarsız hesab edilməsinə dair iş üzrə aparılan əlavə kassasiya icraatının nəticəsindən asılı olduğunu düzgün müəyyən etmiş, MPM-in 254.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraatı dayandırmaqla prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Məhkəmə tərkibi hesab edir ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-798/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-798/2026
16.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver