Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-848/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mil-Muğan regional filialı) ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2003-cü ildən ##.##.2015-ci il tarixədək mərhum anası X1 qulluq etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin Ərizəçi qaytarılması, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfindən (“xxxx” MMC, qəbz nömrəsi 2005215807, tarix: ##.##.2026, saat: 22:07:12) ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun dövlət büdcəsindən Ərizəçi qaytarılması, ərizəçiyə onun müvafiq (səlahiyyətli) icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) müraciət etmək, mübahisənin həllindən narazı qaldığı halda isə həmin orqanın hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum anası X1 qulluq etməyi faktının müəyyən edilməsini xüsusi məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq qaydada müraciət etməklə həll edilə bilər. Ona görə də, Ərizəçi ərizəsinə mülki məhkəmə icraatı qaydasında (xüsusi məhkəmə icraatı qaydasında) baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi göstərdiyi məsələnin həlli ilə bağlı adıçəkilən quruma müraciət etməli, narazı qaldığı halda, həmin inzibati orqanın hərəkətləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mərhum anasına ahıllıq yaşından (70 yaşından) vəfat etdiyi vaxta qədər tam 12 il ərzində qulluq etməsini təsdiq edən hər hansı sənədlərə malik deyildir. Belə ki, anasının yaşama fəaliyyətinə dəstək göstərməsi, evində özü ilə birgə qalması və yaşaması patornajlıq qərarı əsasında olmamışdır. Tərəflərindən (həm özü, həm də anası tərəfindən) bununla bağlı zamanında İmişli Rayon İcra Hakimiyyətinə də ərizə ilə müraciət edilməmişdir. Başqa sözlə, bu faktı uçota alan sənədlər mövcud deyil. Sadəcə bacıları ərə gedərək, qardaşları isə evlənərək başqa ünvanda yaşadıqlarına görə tənha qalmış anasını öz evinə gətirmiş və faktiki olaraq ona ##.##.2003-cü ildən ##.##.2015-ci ilədək qulluq etmişdir. Ona görə də, belə hallarda, yəni həmin faktı təsdiq edən heç bir sənəd olmadığı üçün hüquqi əhəmiyyətli olan bu faktı (çünki, məhz bu faktın müəyyən olunması ona sosial sığorta stajı hüququ verəcək) məhz məhkəmə müəyyən etməlidir. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki ,mülki işin yuxarıda göstərilən hallarını və tətbiq edilməli hüquq normalarını qiymətləndirərək məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmiş və əsaslı nəticəyə gəlmişdir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hal qanunvericiliyə əsasən xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktlar sırasına aid deyildir. Bu məsələ üzrə ilkin qərar qəbul etmək səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Ərizəçi həmin inzibati orqana müraciət etməli, yalnız həmin müraciətə baxılmasının nəticəsindən və ya inzibati orqanın hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı halda qanunla müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli * nömrəli Qərarının 14-cü bəndində əks olunmuş hüquqi izahlarla da uzlaşır. Həmin bəndə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmçinin o da nəzərə alınmalıdır ki, MPM-in 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız hesab edilməsi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-848/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-848/2026
27.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver