Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-90/2026 10.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 13 noyabr 2*25-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Xocalıdan məcburi köçkün kimi ailəsi ilə birlikdə Beyləqan rayonu, Örənqala qəsəbəsində məskunlaşmışdır. Orta ixtisas təhsillidir və 1992-cı ildə Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbində tar müəllimi işinə qəbul olunmuşdur. Uzun illərdir həmin işdə işləyir və heç bir töhməti və ya digər cəzası olmamışdır. Həmişə işinin öhdəsindən lazımınca gəlmişdir. 29 may 2*25-ci il tarixdən *1 iyul 2*25-ci il tarixədək ayağından cərrahi əməliyyat olunduğuna görə xəstəlik vərəqəsi götürmüş və *2 iyul 2*25-ci il tarixdə işə gedib xəstəlik sənədini təqdim etmişdir. *3 iyul 2*25-ci il tarixdə işdə olarkən ona sms gəlmiş və *4 iyul 2*25ci il tarixə attestasiya imtahanında iştirak etməsi bildirilmişdir. O, hazırlaşmadan *4 iyul 2*25-ci il tarixdə attestasiyada iştirak etmə üçün Bakı şəhərinə getmişdir. Ona beş baldan verilən suallardan ikisini cavablandırmışdır. Lakin attestasiyanı qəbul edən müəllimlərin fikrinə görə o, lazımi nəticəni toplaya bilmədiyinə görə imtahanı uğurla keçə bilməmişdir. İmtahan nəticəsi qeyri-qənaətbəxş olduğuna görə məktəbin direktoru ona əmrlə çıxmasındansa, öz ərizəsi ilə çıxmasının daha məqsədəmüvafiq olmasını demiş, o da *4 iyul 2*25-ci il tarixdə ərizə ilə müraciət edərək, *5 iyul 2*25-ci il tarixdə işdən azad olunmasını xahiş etmişdir. Nəticədə o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyevin *4 iyul 2*25-ci il tarixli, 7*-k saylı əmri ilə işdən azad olunmuşdur. Həmin ərizəni məcburiyyət altında yazdığına görə qeyd olunan əmrin ləğv edilməli, işə bərpa olunmalı və əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsində cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinin direktoru X4 iddianı qəbul etməmiş, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim Səbuhi Səfərov) 13 noyabr 2*25-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində qeyd etmişdir ki, *4 iyul 2*25-ci il tarixdə imtahanda iştirak etmək üçün Bakı şəhərinə getmişdir. İmtahana yalnız özü getmiş, ondan başqa imtahanda heç kim iştirak etməmişdir. Yəni imtahan yalnız İddiaçı üçün təşkil edilmişdir. İmtahanda iştirak etmək üçün saat 12:2*-yə çağırılsa da, komissiya üzvlərinin göstərişi ilə səhər saatlarında imtahana girmişdir. Ona verilən suallardan ikisini cavablandırsa da, attestasiyanı qəbul edən müəllimlərin fikrincə iddiaçı lazımi nəticəni toplaya bilmədiyinə görə imtahanı uğurla keçə bilməmişdir. İddiaçı hesab edir ki, imtahan özü də qeyri obyektiv aparılmışdır. Ona muğam, vakal sənətindən sual vermək əvəzinə aidiyyatı olmayan mövzulardan suallar vermişlər, cavabını isə qeyri-qənaətbəxş hesab etmişlər. İmtahanın nəticəsi qeyri-qənaətbəxş olduğuna görə məktəbin direktor əvəzi ona əmrlə işdən çıxmaqdansa öz ərizəsi ilə işdən çıxmağı məsləhət görmüşdür. *5 iyul 2*25-ci il tarixdə direktor əvəzi Elmurad Quliyev dayanmadan onunla telefon əlaqəsi saxlayaraq təcili olaraq işdən azad olunma barədə ərizəni təqdim etməsini, əks təqdirdə onun Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə işdən azad olunacağı barədə əmr verəcəyini bildirmişdir. Elmurad Quliyev tərəfindən *5 iyul 2*25-ci il tarixdə iddiaçıya edilmiş telefon zəngləri barədə vatsap çıxarışını da apellyasiya şikayətinə əlavə edilir. Qeyd edilən telefon çıxarışları birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin sənədləri sübut kimi qəbul etməmişdir. Direktorun təkidi və təzyiqi nəticəsində *5 iyul 2*25-ci il tarixdə ərizə vermişdir. Hesab edir ki, Niyazi adına Uşaq Musiqi məktəbinin rəhbərliyi iddiaçıya qarşı qərəzli olmuşdur. İzahatlar Apellyasiya baxışında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı məcburi köçkündür. Onun yeganə gəlir mənbəyi həmin iş yeridir. İşdən azad olunarkən qanun pozuntusuna yolverilmiş, əmr verildiyi günün səhəri imzalanmışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 2 iyul tarixində xəstəlik barədə sənədlərini iş yerinə təqdim etmişdir. Bir gün sonra ona məlumat verilmişdir ki, ayın 4 imtahanda olmalıdır. İmtahan qeyri-obyektiv keçirilmiş, ona hər hansısa musiqini ifa etməyə imkan verməmişlər. Əvvəlki apellyasiya baxışında cavabdehin təmsilçisi apellyasiya şikayətinin dəlillərini və iddianı qəbul etmədiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin təmsilçisi Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinin hüquqi şəxs olmadığını qeyd etmişdir. Cavabdehin təmsilçisi sonrakı məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, İddiaçı *4 iyul 2*25-ci il tarixli ərizəsinə əsasən o, *5 iyul 2*25-ci il tarixdən öz istəyilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilərək işdən azad olunmasını xahiş etmişdir. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbi direktorunun *4 iyul 2*25-ci il tarixli, 7*-k saylı əmri ilə Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbində tar müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə *5 iyul 2*25-ci il tarixindən xitam verilmiş və ona istifadə edilməyən 47 təqvim günü müddətində əmək məzuniyyətinin son haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəni könüllü şəkildə yazdığı, iddiaçının həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuş, həmçinin cavabdeh tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədə-qorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsində görə əmək müqavilələrini ləğv etmək hüququ işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi, əmək müqaviləsinə xitam verilməsi barədə *4 iyul 2*25-ci il tarixli, 7*-k saylı əmr Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbinin direktoru Elmurad Quliyev tərəfindən imzalanmışdır. Cavabdeh tərəfin izahatından, eləcə də elektron məhkəmə informasiya sistemindən götürülmüş məlumatlardan görünür ki, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbi hüquqi şəxs deyildir. Beyləqan şəhər Uşaq Musiqi məktəbinin qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməsi müəyyən edilmir, məktəb vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir (VÖEN yoxdur), ayrıca bank hesabı yoxdur, öz adından əmlak və şəxsi qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik deyil. Ayrıca əsasnaməsi yoxdur. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbi X1 İdarəsinin struktur bölməsi kimi fəaliyyət göstərir. Bununla yanaşı, Musiqi məktəbinin direktoruna işəgötürən olaraq əmək müqaviləsi bağlamaq və əmək müqaviləsinə xitam vermək üzrə müvafiq səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işəgötürən dedikdə - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsi). Qanunun tələbinə görə, işəgötürən qismində əmri verən şəxs mülkiyyətçi və ya hüquqi şəxsin rəhbəri olmaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. MPM-in 5*.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 5*.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci madəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qanunun tələbinə görə, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 5*.1 və 5*.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2*24-cü il tarixli Qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Həmin Qərarda vurğulanmışdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Kollegiya qeyd edir ki, iddia əsl cavabdehə qarşı verilməmişdir. Qanunun tələbinə görə iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində yol verilir. Apellyasiya baxışında tərəfin əvəz edilməsinə yol verilmir. Bu baxımdan, Kollegiya hesab edir ki, hazırki iddia əsl cavabdehə qarşı yönəlmədiyi halda, məhkəmə mülki prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2-ci maddəsinin tələbinə görə, məhkəmənin, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi, eləcə də işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır (MPM-in 387.2.4 və 387.2.9-cu maddələri). Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi əsl cavabdehə qarşı iddia verilmədiyinə görə ləğv edilməli, iddia həmin əsasla rədd edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsl cavabdehə qarşı iddia verilmədiyinə görə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.*.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 13 noyabr 2*25-ci il tarixli, 2(*2*)-1729/2*25 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-90/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-90/2026
10.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver