Məhkəmə qərarları › İş №2(3-9)-909/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-909/2026

27.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-909/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin zəbtindən azad edilməklə tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Vizəzəmin Bələdiyyəsinin mülkiyyətində olan Lerik Rayon Hamarmeşə kəndi ərazisində yerləşən torpaq sahəsinin cavabdeh Lerik rayon Hamarmeşə kənd sakini Cavabdeh zəbtindən azad edilməklə həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Lerik rayon F.Engels adına sovxozun 0*.03.*990-cı il tarixli, ** saylı əmri ilə iddiaçının həyat yoldaşı Muradov İbrət Xeybər oğluna fərdi evin inşa edilməsi üçün həyətyanı torpaq sahəsi ayrılmış, o vaxtdan da o həmin torpaq sahəsinə bitişik, sovxozun ehtiyat fonduna aid olan 0,06 ha torpaq sahəsini də faktiki bir hasara almaqla istifadə etmiş, *995-ci ildə Muradov İbrət Xeybər oğluna ayrılmış həyətyanı torpaq sahəsi təsərrufatbaşı kitabında həyat yoldaşı Cavabdeh adına qeydə aldırmış, *99*-ci ildə F.Elgels adına sovxozun fəaliyyəti dayandırılmış, *996-cı ildə “Torpaq İslahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq Lerik rayonunda aqrar torpaq islahatının aparılması başlanmış, cavabdeh Cavabdeh razılığı ilə ona istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsindən əlavə 0,06 ha faktiki torpaq sahəsindən istifadə etdiyinə görə ona pay torpaq sahəsi verilməmiş, yerli aqrar islahat komissiyasının üzvləri “Torpaq İslahatı haqqında” Qanunun *2.*-ci maddəsinin tələblərinə uyğun olaraq 55 adda Hamarmeşə kənd sakinin, o cümlədən Qüdrətova (Muradova) Firuzə Sahil qızının, həyətyanı torpaq sahələrindən əlavə faktiki istifadə etdikləri torpaq sahələrinin siyahısını tərtib edərək həmin torpaq sahələrinin onların hər birinə düşən pay torpaq sahəsinin əvəzinə adlarına rəsmiləşdirilməsi üçün Lerik rayon Vizəzəmin ərazisi üzrə yerli islahat komissiyası tərəfindən AR Dövlət Torpaq Komitəsinə təhvil verilmişdir. Vəsatətdə əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-*(4-9)-*826/2026-cı il tarixli sərəncamından görünür ki,hazırda Cavabdeh cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı qaldırdığı “Lerik rayonun keçmiş F.Engels sovxosun 0*.03.*990-cı il tarixli, ** saylı əmri ilə fərdi yaşayış evin inşa edilməsi üçün Lerik rayon Hamarmeşə kəndində ona ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə və yerli torpaq islahatı zamanı pay torpaq sahəsinin əvəzi olaraq istifadəsində saxlanılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və adıma reyestrdən çıxarışların verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi” tələbi ilə bağlı inzibati iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır və həmin mübahisə ilə bağlı məhkəmə iclası ##.##.2026-cı il tarixinə saat *4.40-a təyin edilmişdir. Hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında olan eyni torpaq sahəsi ilə bağlı Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı qaldırılmış iddia ilə bağlı qəbul ediləcəyi yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək, Lerik Rayon Məhkəməsinin icraatında olan “İddiaçı cavabdeh Cavabdeh qarşı qaldırdığı” zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsinə dair”iddia ilə bağlı mülki işin icraatının dayandırılması haqda qərar qəbul edilməlidir Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (Hakim Rövşən Xəlilov) İddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin qarşı “Lerik rayonun keçmiş F.Engels sovxozun 0*.03.*990-cı il tarixli ** saylı əmri ilə fərdi yaşayış evin inşa edilməsi üçün Lerik rayon Hamarmeşa kəndində ona ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış ecə və yerli torpaq islahatı zamanı pay torpaq sahəsinin əvəzi olaraq istifadəsində saxlanılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və adına reyestrdən çıxarışların verilməsi ohdəlıynın cavabdeh üzrənə qoyulması" tələbinə dair Şirvan İnzibati Məhkəməsinin icraatında olan e 2- *(4-9)-*826/2026 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul olunub qanuni qüvvəyə minənədək, məhkəmənin icraatında olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin zəbtindən azad edilməklə tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair *(**)-***/**** saylı mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda iddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, qərаrdаdın ləğv еdilməsi və mülki iş üzrə icraatın bərpa edilərək mahiyyəti üzrə baxılması davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə, cavabdehin inzibati məhkəmədə iddia qaldırması əsası ilə, Azərbaycan Respublikası MPM-nin 254.*.4-cü maddəsinə istinad edilərək mülki işin icraatı inzibati məhkəmədə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Belə mülki iş üzrə ekspertizalar təyin edilmiş və mütəxəssis rəyləri məhkəməyə daxil olmuşdur. Mütəxəssis rəylərindən də müəyyən olur ki, cavabdeh bələdiyyə torpağını zəbt etmiş və bələdiyyə torpağını mişar daşlarla hasara almışdır. Hesab edir ki, məhkəmənin mülki işin icraatının dayandırılması barədə qərardadı əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, Lerik rayon Vizəzəmin Bələdiyəsi tərəfindən qaldırılmış mülki iddanın predmeti Lerik rayon Hamarmeşəkəndi ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Cavabdehin İnzibati Məhkəməyə müraciətinin predmeti isə tamamilə fərqli bir daşınmaz əmlak, yəni İddiaçı torpaq sahəsinə bitişik olan Lerik rayonunun keçmiş F.Engels sovxozunun 0*.03.*990-cı il tarixli, ** saylı əmri ilə fərdi yaşayış evin inşa edilməsi üçün Lerik rayon Hamarmeşə kəndindıə ona ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə və yerli torpaq islahatı zamanı pay torpaq sahəsinin əvəzi olaraq istifadəsində saxlanılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və adına reyestrdən çıxarışların verilməsi öhdəliyinin ƏMDXDƏDK və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmasına aiddir. İnzibati icraatın predmeti olan torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi eyni obyekt deyildir. Mübahisələndirilən torpaq sahələri tamamilə fərqli fərdi daşınmaz əmlaklar olduğundan, inzibati Mməhkəmənin qəbul edəcəyi hər hansı qərar hazırkı mülki işin həllinə və baxılmasına heç bir maneə törətmir. Yəni, "baxılmanın qeyri-mümkünlüyü" hüquqi şərti mövcud deyildir. Cavabdeh bitişik torpaqla bağlı inzibati müstəvidə süni mübahisə yaratmaqla İddiaçı hüquqlarının müdafiəsini ləngitməyə, məhkəmə prosesini əsassız uzatmağa çalışır və hüquqdan sui-istifadə edir. Lerik Rayon Məhkəməsinin 0*.07.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.*.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.*.4-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.*.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, Lerik Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin zəbtindən azad edilməklə tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş eyni ərazidə yerləşən torpaq sahələri ilə bağlıdır. Hazırkı mərhələdə həmin işlərdə mübahisə predmeti kimi göstərilən torpaq sahələrinin eyni torpaq sahəsi olub-olmaması, yaxud bir-birinə münasibətdə hansı hüquqi statusa malik olması müəyyən edilməmişdir. Bu hal yalnız inzibati iş üzrə araşdırılacaq sübutlar və qəbul ediləcək yekun məhkəmə aktı ilə dəqiqləşdirilə bilər. Belə ki, Şirvan İnzibati Məhkəməsində baxılan iş üzrə Cavabdeh 0*.03.*990-cı il tarixli ** saylı əmr əsasında ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, eləcə də torpaq islahatı zamanı pay torpaq sahəsinin əvəzinə istifadəsində saxlanılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınıb dövlət qeydiyyatına alınmasının hüquqi əsaslarının mövcud olub-olmaması araşdırılır. Həmin tələbin təmin edilib-edilməməsi isə mülki iş üzrə cavabdehin mübahisəli torpaq sahəsindən istifadə hüququnun mövcudluğu, eləcə də bələdiyyənin torpaq sahəsinin həqiqətən zəbt edilib-edilməməsi barədə nəticəyə birbaşa təsir göstərən, preyudisial əhəmiyyət kəsb edən halların müəyyən edilməsini tələb edir. Odur ki, inzibati iş üzrə müəyyən ediləcək faktlar və qəbul ediləcək yekun məhkəmə aktı olmadan Lerik Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisənin mahiyyəti üzrə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. Əks yanaşma eyni torpaq sahəsinə münasibətdə müxtəlif məhkəmələr tərəfindən bir-birinə zidd hüquqi nəticələrin qəbul edilməsinə, hüquqi müəyyənlik prinsipinin pozulmasına və sonradan qəbul olunacaq məhkəmə aktlarının icrasında çətinliklərin yaranmasına səbəb ola bilər. Məhkəmə tərkibi hesab edir ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.*-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.*. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar