Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-940/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X13 ibarət tərkibdə, məhkəmə katibi X5, ilk iddia üzrə cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 İbrahim qızının iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbi barədə ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və zəbt edilmiş torpaq sahəsində inşa edilən tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2011-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində 1,55 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, ##.##.2011-ci il tarixli başqa çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə 0.995 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi də verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0066 ha Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının ## ######## 2001-ci il tarixli *** saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayonu Şəfəq qəsəbəsində 4,84 ha pay torpaq sahəsi verilmişdir. Beyləqan rayonu, Şəfəq qəsəbəsində X2 və onun ailə üzvlərinin mülkiyyətində 2,1681 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən və mülkiyyətində olan 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən ona dəyən 9117.00 manat ziyanın əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonunun Şəfəq kəndi ərazisində onun xüsusi mülkiyyətində 1.55 ha və 0.995 ha kənd təsərrüfatı təyinalı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə, o cümlədən 0.995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı vardır. Bu çıxarışlarla xüsusi mülkiyyətinə verilmiş 0.995 ha+1.55 ha, cəmi 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2021-2022, 2022- 2023-cü il və 2024-cü təsərrüfat illərində istifadə edə bilməmiş və gözləyəcəyi gəlirlərdən məhrum olmuşdur. Çünki 2021-2022, 2022-2023-cü il və 2024-cü təsərrüfat illərində xüsusi mülkiyyətində olan 0.995 ha+1.55 ha, cəmi 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdeh Cavabdeh özbaşına edir. Torpaq sahələrindən istifadə etməyinə imkan verməmişdir. Cavabdeh və ailəsi tərəfindən istifadə edilir. Bunu ## ###### 2024-cü il tarixli, *- **-**/*-**/**** saylı ekspert rəyi də bir daha təsdiq etmişdir. Onun torpaq sahəsi ilə qonşu deyildir. Əvvəl Beyləqan rayon məhkəməsində cavabdeh kimi X1 ona vurduğu ziyana görə ümumulikdə 1056 manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 100 manat, hüquqi yardım üçün ödənilmiş 80 manat və dövlət rüsumu üçün ödənilmiş 103 manat pul, ümumilikdə isə 1319 manat pul tələb etmişdir. Həmin iddia Beyləqan rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024- cli il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən təmin edilmiş, Beyləqan rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh X1 ona vurduğu ziyana görə 1319 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan 0.995 ha+1.55 ha, cəmi 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2021-2022, 2022-2023-cü və 2024-cü təsərrüfat illərində istifadə etməsi nəticəsində gözlənilən xalis gəlirinin indiki bazar qiyməti ilə müəyyən olunması üçün “Paritet-M’' MMC-yə müraciət etmişdir. Müraciətinə əsasən iddiası üzrə ## #### 2024-cü il tarixli ** saylı Qiymətləndirmə rəyi və ## ####### 2024-cü il tarixli ** saylı əlavə Qiymətləndirmə rəyi verilmişdir. Həmin rəydən də göründüyü kimi, ona 2021-2022, 2022- 2023-cü il və 2024-cü təsərrüfat illərində hər il üçün müəyyən olunmuş 3 x 3039.00 manat olmaqla üç ildə ümumilikdə 9117.00 manat gözlənilən xalis gəlirdən məhrum olunmuşdur. Ona görə də, Cavabdeh Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən və mülkiyyətində olan 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən ona dəyən 9117.00 manat ziyanın əvəzi alınıb ona verilməlidir. Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu, Şəfəq kəndi ərazisində yerləşən və mülkiyyətində olan 2.68 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunmuş hissəsindən sonuncunun çıxarılması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsində inşa etdiyi tikililər onun tərəfindən öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli qərarına əsasən onun və onun ailə üzvlərinin mülkiyyətinə 4.89 ha torpaq sahəsi verilmişdir. 4.89 ha torpaq sahəsi 2 hissədən ibarətdir: 2.68 ha və 2.17 ha. İddiaçı torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri kəsişmir, həmin sahələr bir-biri ilə qonşu deyildir. Bu səbəbdən də Cavabdeh guya İddiaçı aid torpaq sahəsini zəbt etməsi barədə bildirdikləri yalandır, həqiqətə uyğun deyil. O, heç kimin torpağını zəbt etməmiş, dövlət tərəfindən onun və ailə üzvlərinin mülkiyyətinə ayrılmış torpaq sahəsində uzun illərdir ki, istifadə edir. Lakin təxminən 13 il əvvəl İddiaçı ona məxsus 2.68 ha torpaq sahəsi ilə həmsərhəd olan və Şəfəq Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində "Kral” şadlıq sarayı inşa etdirmişdir. Daha sonra İddiaçı ona aid torpaq sahəsinə girərək, orada özbaşına tikililər inşa etməyə başlamışdır. Həmin tikililərin dayandırılmasını və zəbt edilmiş torpaq sahəsindən çıxmasını dəfələrlə İddiaçı etibarnamə əsasında nümayəndəsi Paşayev Qələndədan tələb etsə də, sonuncu bu tələblərə məhəl qoymamışdır. O, baş vermiş zəbtlə bağlı məsələnin həlli məqsədilə ## ###### 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Beyləqan Ərazi İdarəsinə yazılı qaydada müraciət etmişdir. DƏDKR-nin * saylı Beyləqan Ərazi idarəsinin 22.09,2022-ci il tarixli məktubunda bildirilir ki: “...Beyləqan rayon DT və XK-nin ## ###### 2002ci il tarixli JN-**** nömrəli dövlət aktı ilə verilmiş 2.6766 lıa torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ## ###### 2022ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə DƏDRX-nin * saylı Ərazi İdarəsində baxılmışdır. Daxil olunmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilən zamanı Beyləqan rayon DT və XK-nin ## ###### 2002-ci il tarixli JN **** nömrəli dövlət aktı ilə verilmiş 2,6766 ha torpaq sahəsinin üzərində tikinti işləri aparılmaqla başqa şəxs tərəfindən istifadə edilməsi və torpaq sahəsi üzərində mübahisə olması müəyyən edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Beyləqan Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli məktubunda ona paylı mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin “Kral” şadlıq sarayı və ona bitişik tikililərin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsinin bələdiyyəyə aid olduğu müəyyən edilmişdir. Bundan başqa, DƏDKR-nin * saylı Beyləqan Ərazi İdarəsinin İddiaçıı etibarnamə üzrə nümayəndəsi Qələndər Paşayevə ünvanladığı ##.##.2023-cü ıl tarixli 3-2 *-*-**/*-P-**/*-**/**** saylı məktubunda bildirilir ki: “...daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çol ölçmə) işləri aparılaraq sözügedən ərazinin Şəfəq kəndinə aid kompleks yerquruluşu layihə xəritəsində JN-65 və JN-** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə üst-üstə düşdüyü məlum olmuşdur. Beyləqan rayonu Şəfəq qəsəbəsində torpaqların dəqiqləşdirilməsi üçün uçot işləri aparılan zaman “Kral” şadlıq sarayının və onun ətrafında olan tikililərin yerləşdiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikinti altı torpaqları kimi qeydə alınmışdır. “Kral" şadlıq sarayının ətrafında olan torpaq sahəsinin 0.07 ha hissəsi JN-** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə üst-üstə düşür“. Onun mülkiyyətində olan 2.68 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunmaqla həmin sahədə tikililərin inşa olunduğu, DƏDKR-nin * saylı Beyləqan Ərazi İdarəsinin ##.##.2022ci il tarixli məktubu və ##.##.2023-cü il tarixli *-**-*-**/*-P-**/*-**/**** saylı məktubu ilə tam təsdiq edilir. İddiaçı bu hərəkəti qanunsuzdur və onun mülkiyyətində olan əmlak üzərində hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırır. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) ## ### 2026-cı il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmiş, iddialar rədd edildiyindən mütəxəssis rəyinin dəyərini təşkil edən 100 (yüz) manat və qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat məbləğində pul Cavabdeh, ilk iddianın verilməsi üçün ödənilən 112 (yüz on iki) manat İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri İlk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iş materiallarında olan yazılı sübutları tam, obyektiv və hərtərəfli araşdırmadan, həmin sübutlara hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Halbuki iş materiallarında olan sübutlar qarşılıqlı iddiaçının mülkiyyət hüququnun pozulduğunu və cavabdeh İddiaçı tərəfindən torpaq sahəsinin bir hissəsinin zəbt edilərək həmin ərazidə tikililər inşa olunduğunu birmənalı şəkildə təsdiq edir. Belə ki, Beyləqan Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2001-ci il tarixli qərarı əsasında qarşılıqlı iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 4,89 hektar torpaq sahəsi "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə rəsmiləşdirilmişdir. Dövlət aktı vaxtadək etibarlıdır, ləğv edilməmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada etibarsız hesab edilməmişdir. Buna görə də həmin dövlət aktı ilə təsdiq olunmuş mülkiyyət hüququ qanunla qorunur və mübahisə predmeti olan torpaq sahəsinə dair əsas hüquq müəyyənedici sənəd hesab edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin ## ######## 2022-ci il tarixli məktubunda açıq şəkildə göstərilmişdir ki, qarşılıqlı iddiaçıya dövlət aktı ilə verilmiş 2,6766 hektar torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsində başqa şəxs tərəfindən tikinti işlərinin aparıldığı, torpaq sahəsindən istifadə edildiyi və torpaq üzərində mübahisənin mövcud olduğu müəyyən edilmişdir. Bundan əlavə, həmin qurumun ## ###### 2023-cü il tarixli məktubunda aparılmış inventarlaşdırma və çöl ölçmə işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, "Kral" şadlıq sarayının və ona aid tikililərin yerləşdiyi torpaq sahəsi JN-65 və JN-** nömrəli dövlət aktları ilə üst-üstə düşür. Məktubda həmçinin göstərilmişdir ki, "Kral" şadlıq sarayının ətrafında yerləşən torpaq sahəsinin 0,07 hektar hissəsi JN-** nömrəli dövlət aktı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buna baxmayaraq, məhkəmə həmin sənədlərin məzmununa lazımi hüquqi qiymət verməmiş, onların təsdiq etdiyi halları digər sübutlarla müqayisəli şəkildə araşdırmamış və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə iş materiallarında olan rəsmi dövlət sənədləri ilə ziddiyyət təşkil edir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən ilk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən ilk iddia üzrə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 İbrahim qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, ekspert rəyləri arasında ziddiyətlər vardır. Apellyasiya şikayətinin də, əsas məğzi ekspert rəyləri arasında olan ziddiyətlərlə bağlıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin ## ######## 2022-ci il tarixli məktubunda açıq şəkildə göstərilmişdir ki, qarşılıqlı iddiaçıya dövlət aktı ilə verilmiş 2,6766 hektar torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsində başqa şəxs tərəfindən tikinti işlərinin aparıldığı, torpaq sahəsindən istifadə edildiyi və torpaq üzərində mübahisənin mövcud olduğu müəyyən edilmişdir. Bu məktub dövlət orqanı tərəfindən aparılmış baxışın nəticələrini özündə əks etdirən rəsmi sənəd olmaqla, cavabdehin qarşılıqlı iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsini təsdiq edən mühüm sübutdur. Bundan əlavə, həmin qurumun ## ###### 2023-cü il tarixli məktubunda aparılmış inventarlaşdırma və çöl ölçmə işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, "Kral" şadlıq sarayının və ona aid tikililərin yerləşdiyi torpaq sahəsi JN-65 və JN-** nömrəli dövlət aktları ilə üst-üstə düşür. Məktubda həmçinin göstərilmişdir ki, "Kral" şadlıq sarayının ətrafında yerləşən torpaq sahəsinin 0,07 hektar hissəsi JN-** nömrəli dövlət aktı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu hal dövlət orqanı tərəfindən aparılmış rəsmi ölçmə işləri ilə müəyyən olunmuş və yazılı sənədlə təsdiq edilmişdir. Göstərilən rəsmi sənədlərdən aydın görünür ki, qarşılıqlı iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilir və həmin ərazidə tikililər mövcuddur. Buna baxmayaraq, məhkəmə həmin sənədlərin məzmununa lazımi hüquqi qiymət verməmiş, onların təsdiq etdiyi halları digər sübutlarla müqayisəli şəkildə araşdırmamış və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, İddiaçı mülkiyyətində və 1,55 ha və 0.995 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi vardır. O, cəmi 2,545 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etmişdir. Beyləqan rayonu, Şəfəq qəsəbəsində X2 və onun ailə üzvlərinin mülkiyyətində 2,1681 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bundan başqa, müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh cavabdeh Paşayev Qələndər Paşa oğluna qarşı qanunsuz tikililərin sökülməklə torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024cü il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qətnaməsindən mübahisəli hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə ekspert rəyi də iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus "Torpağa mülkiyyət hüququna dair "JN-** saylı Dövlət aktı ilə, mülkiyyətində olan 4.85 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.68 ha (JN 66 üzrə) və 2.17 ha (JN 66 A üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur. Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus 4.85 ha torpaq sahəsinin 2.17 ha (JN 66A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 2.68 ha (JN 66 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. Odur ki, Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olan və X10 Uçotu informasiya Sisteminə (TEKUİS-ə) əsasən JN-** saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X10 uçotu məlumatları əsasında "Kral" şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Mövcud baza məlumatlarının əks olunduğu X10 Uçotu informasiya Sisteminə (TEKUIS- ə) əsasən həmin 0.57 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdeh Paşayev Qələndər Paşa oğlu torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün ona məxsus torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək mümkün olmamışdır. X10 Uçotu İnformasiya Sisteminə (TEKUİS-ə) əsasən JN-** saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 2.68 ha (JN 66 üzrə) torpaq sahəsi zəbt edilməmişdir və Cavabdeh və ailə üzvləri tərəfindən istifadə edilir. X10 Uçotu İnformasiya Sisteminə (TEKUİS-ə) əsasən JN-66saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə "Kral" şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Hazırki tələbində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan 2,68 ha torpaq sahəsinin 2,1681 ha hissəsindən cavabdehin çıxarılmasını, zəbt edilən torpaq sahəsində inşa edilən tikililərin cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün mübahisə edilən torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh torpaq sahəsini verməkdən imtina etməlidir. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün lazımi şərtlər ödənilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi İdarəsinin ##.##.2025ci il tarixli mütəxəsiss rəyində aşağıdakılar müəyyən edilmişdir: X10 uçotu məlumatları əsasında cavabdeh X2 İddiaçı məxsus Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013003641 olan, Çıxarışla verilmiş 1.55 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013003878 olan. Çıxarışla verilmiş 0.995 ha torpaq sahəsinin ölçüləri və sərhədləri naturada müəyyən edilmişdir. X10 uçotu məlumatları əsasında cavabdeh- qarşılıqlı iddia üzrə iddiaçı X2 məxsus paylı mülkiyyətdə olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Torpağa mülkiyyət hüququna dair JN 0066 ha Dövlət Aktına əsasən verilmiş 2.6766 ha torpaq sahəsinin ölçüləri və sərhədləri naturada müəyyən edilmişdir. X10 uçotu məlumatları əsasında cavabdeh X2 İddiaçı məxsus Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013003641 olan Çıxarışla verilmiş 1.55 ha və Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013003878 olan, Çıxarışla verilmiş 0.995 ha torpaq sahəsinin X2 tərəfindən zəbt edilməmişdir. Qeyd edilən torpaq sahələri adları qərardadda qeyd edilməyən digər şəxslər tərəfindən istifadə edilir. X10 uçotu məlumatları əsasında cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 məxsus, birgə mülkiyyətdə olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Torpağa mülkiyyət hüququna dair JN 0066 ha Dövlət Aktına əsasən verilmiş 2.6766 ha torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilməmişdir. Qeyd edilən 2.6766 ha torpaq sahəsi X2 və ailə üzvləri tərəfindən istifadə edilir. X10 uçotu məlumatları əsasında cavabdeh X2, İddiaçı məxsus Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013C03641 olan, Çıxarışla verilmiş 1.55 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013003878 olan, Çıxarışla 0.995 ha torpaq sahəsi ilə, həmin elektron kadastr uçotu məlumatları əsasında cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 məxsus paylı mülkiyyətdə olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Torpağa mülkiyyət hüququna dair JN 0066 ha Dövlət Aktına əsasən verilmiş 2.6766 ha torpaq sahəsi ust-üstə düşmür. Qeyd edilən İddiaçı məxsus 1.55 ha, 0.995 ha və X2 məxsus 2.6766 ha torpaq sahələrinin yerləşdiyi ərazilər və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Kollegiya mütəxəssis rəyini yazılı sübut olaraq qəbul edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qarşılıqlı iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Cavabdeh apellyasiya şikayətində konkret arqument göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində izahatın, etirazların və iş üçün mühüm əhəmiyyət kəsb edən halların kifayət qədər araşdırılmadığını və qiymətləndirilmədiyini qeyd etsə də konkret olaraq hansı izahatın, işin hansı hallarının nəzərə alınmadığını bildirməmişdir. Kollegiya hesab edir ki, qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-940/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-940/2026
08.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver