Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-385/2026 12.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, mərhum xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdada olmaqla yaşayır. Mərhum əri xx.xx.1951-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında onunla birlikdə yaşamışdır. X2 xx.xx.2025-ci il tarixində yaşadığıqları evdə vəfat etmişdir. Belə ki, onun vəziyyəti ani olaraq pisləşmiş, dərhal təcili tibbi yardım çağırmış, lakin, təcili tibbi yardım gələdək əri vəfat etmişdir. Bu yaxınlarda 21 nömrəli şəhər Polikilinikasına müraciət edərək, ərinin ölümü barədə həkim tibbi şəhadətnamə istəyən zaman, mərhumun heç bir vaxt xəstəliklə bağlı müraciət etməməsini əsas gətirərək onun ölümü barədə həkim tibbi şəhadətnaməsini verilməmişdir. Daha sonra Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etsələr də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilərək, ona məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Əri xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə “Beynəlimiləl Qəbirstanlığında dəfn olunmuşdur. ll. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun ifadə verərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 mərhumun onun 20 ildən artıq olarki qonşu olduğunu, 2025-ci ilin noyabr ayında rəhmətə getdiyini və Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbirstanlıqda dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X3 mərhumun onun qardaşı olduğunu, 2025-ci il noyabr ayında rəhmətə getdiyini və Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbirstanlıqda dəfn olunduğunu bildirdi. Maraqlı şəxs 5 saylı Bakı ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-cü il tarixli, 3-16-5/8-10-3084/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 21 nömrəli şəhər poliknikasının xx.xx.2025-ci il tarixli, 18-1-1-58/2-M-350-42-311/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Zabrat qəsəbəsi, Hökümə Billuri küçəsi 9, ev 18 ünvanında yaşamış xx.xx.1951-ci il təvəllüdlü X6 poliknikaya müraciəti və tibbi qeydiyyatı olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. İş materiallarında olan Respublika Təcili və X4 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X6 xx.xx.2025-ci il tarixində vəfat etmiş və həkimə qədər ölüm faktı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, X6 M.Əliyev küçəsi 1 saylı ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlığı”nda dəfn olunmuşdur. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədi başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(5-101)-385/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-385/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver