Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-146/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi İ.Ə.Quliyevanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdən etibarən “DOST” iş mərkəzinin işsizlərin sosial müdafiəyə və əmək müqavilələrinə yönəldilməsi proqramı çərçivəsində "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə sözügedən cəmiyyətə məxsus Nar bağında ağaclar üzrə kənd təsərüffatı fəhləsi kimi işə başlamışdır. Həmin tarixdən etibarən vaxtlıvaxtında işinə gedərək öz əmək funksiyası üzrə, həmçinin rəhbərliyin ona verdiyi göstərişlərə əsasən əmək funksiyasında qeyd edilməyən işlərə də (balıq gölünü təmizləmək, qoyunların qırxılması kimi işlər görmüşdür) cəlb edilərək işləmişdir. O, bununla bağlı heç bir şikayət etməmişdir ki, onların onu cəlb etdikləri iş onun funksiyasına aid deyildir. İşlədiyi müddət ərzində heç bir xəbərdarlığı, töhməti və digər cəzaları olmamışdır. Həmçinin işlədiyi müddət ərzində üzərində qoyulan öhdəliyi və rəhbərlik tərəfindən verilən göstərişləri yerinə yetirmişdir. xx.xx.2025ci il tarixdə işə gələn zaman şirkətin rəhbərliyi tərəfindən ona bildirmişlər ki, o, artıq işdən azad edilmişdir və işə gəlməməsi ona bildirilmişdir. O, işdən çıxma əmrinin və digər sənədlərinin özünə qaytarılmasını tələb etsə də, işdən çıxmaq barədə əmri ona verilməmiş və bildirilmişdir ki, sözügedən əmrin tarixi və nömrəsi əmək kitabçasında qeyd edilmişdir. İşlədiyi müəsissənin rəhbərliyi tərəfindən ona heç bir xəbərdarlıq edilmədən, heç bir məlumat verilmədən, xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə göstərilmişdir ki, o, guya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işindən azad olunmuş və onunla xx.xx.2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Rəhbərlik tərəfindən ona xəbərdarlıq etmədən əsassız əmrlə onu işdən azad etmişdir. Belə ki, 6 aydır ki, mütəmadi olaraq işə getdiyi halda o, necə işdən çıxarılmışdır, bu onun üçün çox maraqlıdır. Eyni zamanda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən ona bildiriş verilməmişdir. Ona görə də "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmri ləğv edilməli, o, "xxxx" MMCdə olan işinə bərpa edilməli və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İşdən çıxması barədə sənədlərini aldıqdan sonra Sabirabad 1 saylı Mediasiya Şurasına müraciət etsə də, qarşı tərəf Mediasiya Şurasının prosesində iştirakdan imtina etmişdir. X1 xx.xx.2025-ci il tarixli, MŞS/MT023/2025-01551 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayış verərək mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etməsi barədə bildirmişdir. Bundan başqa bildirir ki, onun işdən çıxarılması maddi vəziyyətini çox çətin bir vəziyyətə salır. Belə ki, himayəsində 2 azylaşı övladı və həyat yoldaşı var. Həyat yoldaşı heç bir yerdə işləmir. Ailənin yeganə qazanc gətirəni odur. Özündə “Xr hepatit, xr. Xolesitit” diaqnozu ilə mütəmadi olaraq ambulator müayinələr və müalicələr alır. Həkim tərəfindən xəstəliyi ilə əlaqədar yazılan dərmanları almaq üçün başqa gəlir yeri yoxdur. O, işə bərpa edilməsə onun maddi vəziyyəti çox ağır bir vəziyyətə düşəcəkdir. Göstərilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmrinin ləğv edilməsi və onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ağaclar üzrə kənd təsərrüfatı fəhləsi vəzifəsinə bərpa edilməsi və boşdayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı “DOST” mərkəzində işsiz kimi qeydiyyatda olan şəxs kimi işə götürülmüş, 3 ay sınaq müddətində mütəmadi işə gəlməmişdir. Rəhbərliyə bununla bağlı məlumat verilmiş, əmək müqaviləsinin davam etdirilməməsi rəhbərliyin diqqətinə çatdırılmış, lakin iddiaçının təkidli xahişi əsasında əmək münasibətləri davam etdirilmişdir. Səhərisi günü iddiaçı yenə işə gəlməmişdir. Mütəmadi olaraq 6 ay müddətində dəfələrlə işə gəlməmiş, bu barədə müvafiq aktlar tərtib edilmiş və əmrlər qəbul olunmuşdur. Lakin iddiaçı bu tənbeh tədbirlərindən nəticə çıxarmamışdır. Hətta iddiaçıya öz xahişi ilə ərizə yazıb çıxması barədə təklif verilsə də, iddiaçı işdən çıxmayacağını bildirmiş və sonuncu dəfə onun işdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunması barədə əmr qəbul olunmuşdur. İddiaçı əsassız olaraq müxtəlif təşkilatlara onlardan şikayət etmişdir. Qəbul edilən əmr əsaslıdır, bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə "xxxx" MMC-nin aqronomu X8, aqronomu X9 və briqadir X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışan İddiaçı may ayında ayrı-ayrı günlərdə (02 may, 14 may və 22 may 2025-ci il tarixlərində) aqronom və briqadirə xəbər vermədən səbəbsiz işə gəlməmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 353/25W nömrəli əmrindən görünür ki, 02 may, 14 may, 22 may 2025-ci il tarixlərində "xxxx" MMC şirkətinin əməkdaşı İddiaçı səbəbsiz işə gəlmədiyinə görə ona (İddiaçı) xəbərdarlıq etməklə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (a) bəndinə əsasən) töhmət verilmişdir. Əmrin əsası kimi xx.xx.2025-ci il tarixli tərtib olunmuş Akt və 282/25İG, 315/25İG, 329/25İG saylı əmrlər göstərilmişdir. İş üzrə "xxxx" MMC-nin aqronomu X10, aqronomu X9 və briqadir X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışan İddiaçı may ayında ayrı-ayrı günlərdə (02-03 iyun, 09 iyun və xx.xx.2025-ci il tarixlərində) aqronom və briqadirə xəbər vermədən səbəbsiz işə gəlməmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 447/25W nömrəli əmrindən görünür ki, 02-03 iyun, 09 iyun və 25 iyun 2025-ci il tarixlərində "xxxx" MMC şirkətinin əməkdaşı İddiaçı səbəbsiz işə gəlmədiyinə görə ona (İddiaçı) xəbərdarlıq etməklə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (a) bəndinə əsasən) töhmət verilmişdir. Əmrin əsası kimi xx.xx.2025-ci il tarixli tərtib olunmuş Akt və 363/25İG, 379/25İG, 418/25İG saylı əmrlər göstərilmişdir. İş üzrə "xxxx" MMC-nin aqronomu X11, aqronomu X9 və briqadir X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışan İddiaçı sentyabr ayında ayrı-ayrı günlərdə (13 sentyabr və 25 sentyabr 2025-ci il tarixlərində) aqronom və briqadirə xəbər vermədən səbəbsiz işə gəlməmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 748/25W nömrəli əmrindən görünür ki, 13 və 25 sentyabr 2025-ci il tarixlərində "xxxx" MMC şirkətinin əməkdaşı İddiaçı səbəbsiz işə gəlmədiyinə görə və xx.xx.2025-ci ildə işə gəlib, lakin nahar vaxtı sahədən (soyuducu anbar) çıxıb geri sahəyə iş vaxtı (nahardan sonra) işə qayıtmadığına görə ona (İddiaçı) xəbərdarlıq etməklə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (a) bəndinə əsasən) axırıncı şiddətli töhmət verilmişdir. Əmrin əsası kimi xx.xx.2025-ci il tarixində tərtib olunmuş Akt və 711/25İG, 730/25İG saylı əmrlər göstərilmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 751/25T nömrəli əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdən meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan ayrı-ayrı aylarda (may 2025, iyun 2025, sentyabr 2025) müxtəlif tarixlərdə iş günlərində işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə 12 təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir. Əmrin əsası kimi xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində tərtib olunmuş aktlar və xx.xx.2025-ci il tarixlərində 353/25W, xx.xx.2025-ci il tarixində 447/25W və xx.xx.2025-ci il tarixdə 748/25W saylı əmrlər göstərilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli,777776 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı 156,39 manat son haqq-hesabı ödənilmişdir. İş üzrə X2 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş X3 (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/MT 023/2025-01551 saylı arayışından görünür ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa tələbi və həmçinin məcburi işburaxma müddətində əmək haqqının ödənilməsi barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan X3 "xxxx" MMC-nin direktoru Xanlar Həmidov iştirak etməmişdir. İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X5 ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, keçmiş işçi İddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC şirkətində kənd təsərrüfatı sahəsində meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışırdı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci hissəsinin “b” bəndinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. xx.xx.2025-ci il tarixində 751/25T nömrəli əmri ilə meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışmış İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinəd sadalanan hal) heç bir üzrlü səbəb olmadan ayrı-ayrı aylarda (may 2025, iyun 2025, sentyabr 2025) müxtəlif tarixlərdə iş günlərində işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. May ayında ayrı-ayrı günlərdə (02 may və 22 may 2025-ci il tarixlərində) işə gəlmədiyinə görə akt tərtib edilmiş və (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (a) bəndinə əsasən) töhmət əmri No 353/25W verilmişdir. İyun ayında ayrı-ayrı günlərdə (02-03 iyun, 09 iyun 2025-ci il tarixlərində) işə gəlmədiyinə görə akt tərtib edilmiş və (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (a) bəndinə əsasən) töhmət əmri No 447/25W verilmişdir. Sentyabr ayında ayrı-ayrı günlərdə (13 sentyabr və 25 sentyabr 2025-ci il tarixlərində) işə gəlmədiyinə görə akt tərtib edilmiş və (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin (b) bəndinə əsasən) axırıncı şiddətli töhmət əmri No 748/25W verilmişdir. Son haqq-hesab aparılarkən bütün aidiyyatı (ödənilməli olan əmək haqqının, istifadə edilməmiş 12 təqvim günü əsas əmək məzuniyyətinə görə pul əvəzinin) ödənilməsi təmin edilmiş və xitamla bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminə bildiriş daxil edilmişdir.Onların xx.xx.2026-cı il tarixli, 3-1A/5/2-11507/2026 nömrəli məktubu qeyd edilən ünvana xx.xx.2026-cı ildə çatdırılıb. Nəzərə almasını xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci tarixdə cavabdeh şirkətində kənd təsərrüfatı sahəsində meyvə ağacları üzrə kənd təsərrüfatı fəhləsi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2026-cı il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə üzrlü səbəblər olmadan işə gəlməmiş, bu barədə müvafiq aktlar tərtib edilmiş, xx.xx.2025-ci il tarixli əmri ilə xəbərdarlıq edilməklə töhmət, xx.xx.2025-ci il tarixli əmri ilə xəbərdarlıq edilməklə töhmət, xx.xx.2025-ci il tarixli əmri ilə xəbərdarlıq edilməklə axırıncı şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında müəyyən həmçinin edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 751/25T saylı əmrinə əsasən xx.xx.2025-ci il tarixdən meyvə ağacları üzrə k/t fəhləsi kimi çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan ayrı-ayrı aylarda (may 2025, iyun 2025, sentyabr 2025) müxtəlif tarixlərdə iş günlərində işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2025-ci il tarixdən etibarən “DOST” iş mərkəzinin işsizlərin sosial müdafiəyə və əmək müqavilələrinə yönəldilməsi proqramı çərçivəsində "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə sözügedən cəmiyyətə məxsus Nar bağında ağaclar üzrə kənd təsərüffatı fəhləsi kimi işə başlamışdır. Həmin tarixdən etibarən vaxtlı-vaxtında işinə gedərək öz əmək funksiyası üzrə, həmçinin rəhbərliyin ona verdiyi göstərişlərə əsasən əmək funksiyasında qeyd edilməyən işlərə də (balıq gölünü təmizləmək, qoyunların qırxılması kimi işlər görmüşdür) cəlb edilərək işləmişdir. O, bununla bağlı heç bir şikayət etməmişdir ki, onların onu cəlb etdikləri iş onun funksiyasına aid deyildir. İşlədiyi müddət ərzində heç bir xəbərdarlığı, töhməti və digər cəzaları olmamışdır. Həmçinin işlədiyi müddət ərzində üzərində qoyulan öhdəliyi və rəhbərlik tərəfindən verilən göstərişləri yerinə yetirmişdir. xx.xx.2025-ci il tarixdə işə gələn zaman şirkətin rəhbərliyi tərəfindən ona bildirmişlər ki, o, artıq işdən azad edilmişdir və işə gəlməməsi ona bildirilmişdir. O, işdən çıxma əmrinin və digər sənədlərinin özünə qaytarılmasını tələb etsə də, işdən çıxmaq barədə əmri ona verilməmiş və bildirilmişdir ki, sözügedən əmrin tarixi və nömrəsi əmək kitabçasında qeyd edilmişdir. İşlədiyi müəsissənin rəhbərliyi tərəfindən ona heç bir xəbərdarlıq edilmədən, heç bir məlumat verilmədən, xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə göstərilmişdir ki, o, guya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işindən azad olunmuş və onunla xx.xx.2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Rəhbərlik tərəfindən ona xəbərdarlıq etmədən əsassız əmrlə onu işdən azad etmişdir. Belə ki, 6 aydır ki, mütəmadi olaraq işə getdiyi halda o, necə işdən çıxarılmışdır, bu onun üçün çox maraqlıdır. Eyni zamanda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən ona bildiriş verilməmişdir. Ona görə də "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmri ləğv edilməli, o, "xxxx" MMC-də olan işinə bərpa edilməli və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İşdən çıxması barədə sənədlərini aldıqdan sonra Sabirabad 1 saylı Mediasiya Şurasına müraciət etsə də, qarşı tərəf Mediasiya Şurasının prosesində iştirakdan imtina etmişdir. X1 xx.xx.2025-ci il tarixli, MŞS/MT023/2025-01551 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayış verərək mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etməsi barədə bildirmişdir. Onun işdən çıxarılması maddi vəziyyətini çox çətin bir vəziyyətə salır. Belə ki, himayəsində 2 azylaşı övladı və həyat yoldaşı var. Həyat yoldaşı heç bir yerdə işləmir. Ailənin yeganə qazanc gətirəni odur. Özündə “Xr hepatit, xr. Xolesitit” diaqnozu ilə mütəmadi olaraq ambulator müayinələr və müalicələr alır. Həkim tərəfindən xəstəliyi ilə əlaqədar yazılan dərmanları almaq üçün başqa gəlir yeri yoxdur. O, işə bərpa edilməsə onun maddi vəziyyəti çox ağır bir vəziyyətə düşəcəkdir. Bu səbəbdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmrinin ləğv edilməsi və onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ağaclar üzrə kənd təsərrüfatı fəhləsi vəzifəsinə bərpa edilməsi və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Qanunvericilik iki üzrlü hal müəyyən etmişdir: 1. işçinin özünün xəstə olması; 2. yaxın qohumlarının xəstə olması və ya ölməsi. Bütün bu hallar müvafiq olaraq işçi tərəfindən sübut olunmalıdır. Bu hallardan başqa qanunvericilik işçinin iş günü işə gəlməməsinin proqul sayılmağı digər üzrlü səbəblərini dəqiq şəkildə təsbit etməmişdir. Ona görə də işçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını işəgötürən, əmək münasibətləri zamanı isə bu mübahisəyə baxan orqan qiymətləndirir və müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi pozuntu – heç bir üzrlü səbəb olmadan ayrı-ayrı aylarda müxtəlif tarixlərdə işə gəlməməsi onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab olduğu üçün və əvvəl də iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən analoji hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd olunduğundan, məhkəmə xərci (mediasiya xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 751/25T nömrəli əmrinin ləğv edilməsi və onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ağaclar üzrə kənd təsərrüfatı fəhləsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsn. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-146/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-146/2026
17.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver