Məhkəmə qərarları › İş №2(5-102)-15/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-15/2026

13.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-15/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri N.K.Rəhimlinin və X.Ə.İbrahimovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı töhmət əmrinin ləğv edilməsi və əsassız məhrum olduğu mükafat məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı töhmət əmrinin ləğv edilməsi və əsassız məhrum olduğu mükafat məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1999-cu ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirliyinin Goranboy rayon Mədəniyyət şöbəsində abidə mühafizəçisi, 2006-cı ildən 2017-ci ilə qədər Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon şöbəsində, 2017-ci ildən 2018- ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2018-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2021-ci il fevral ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsində baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsində çalışır. xx.xx.2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilmişdir. İşə qəbul olunduğu tarixdən hazırkı vaxtadək öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir və o, işində heç bir nöqsana yol verməmişdir. Öz vəzifə funksiyalarını yerinə yetirərkən qanunvericiliyin tələblərinə, idarənin əsasnaməsinə, daxili intizam qaydalarına əməl etmişdir. Uzun illərdir bu vəzifədə çalışdığına görə ixtisaslı kadr olaraq bu sahədə kifayət qədər təcrübəyə malikdir. Bu sahə üzrə 3 dəfə kurs keçmişdir. Lakin öz işini peşəkarlıqla yerinə yetirməyi nədənsə Gəncə Regional İdarəsinin rəhbərliyini narahat edir. Belə ki, X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis vəzifəsini icra edən Xəlil İbrahimov tərəfindən ona qarşı qərəzli yanaşma mövcuddur. 2025-ci ildə isə Xəlil İbrahimov tərəfindən ona qarşı qərəzli yanaşma halları və əsassız ittihamların sayı çoxalmış, işçi kimi hüquqları kobud şəkildə pozulmuşdur. xx.xx.2025-ci il tarixdə “Goranboy rayonunda yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin baş mütəxəssislər (abidə mühafizəçiləri) üzrə bölgü siyahısı”na əsasən onun nəzarətində olan bir sıra abidələrin bölgü siyahısından əsassız olaraq kənarlaşdırılmışdır.O, nəzarətində olan abidələrin siyahısından kənarlaşdırılmasına öz etirazını bildirmişdir. Həmin gün xəstə olduğundan və onun üstünə çox gəlindiyindən özünü pis hiss etdiyi üçün inzibati binanı məcburi olaraq tərk etmişdir. Bundan sonra xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis v.i.e X6, aparıcı məsləhətçisi X5, Goranboy rayonu üzrə baş mütəxəssisləri (abidə mühafizəçiləri) X1, X4, X2 iştirakları ilə tam əsassız akt tərtib olunmuş və həmin aktda qeyd edilmişdir ki, guya ki, “mən özümü çox kobud apararaq etik qaydalara zidd hərəkətlərlə siyahının tərtib olunmasına maneələr yaratmışam, əməkdaşların şəxsiyyətinə toxunan ifadələr işlətmişəm, hədələmişəm. Ulu Öndərin müqəddəs ruhunu öz məqsədlərim üçün bayağı və yersiz olaraq istifadə etmişəm, nümayişkaranə şəkildə keçirilən iclası təhqiramiz şəkildə tərk etmişəm". Qeyd edir ki, bütün bunların hamısı yalandır, əsassızdır və ona qarşı qurulmuş oyunun bir hissəsidir. O, yalnız abidə bölgüsünə öz etirazını bildirmişdir, heç kəsin şəxsiyyətinə toxunan ifadələr işlətməmişdir, etik qaydaları pozmamışdır. Həmin aktda qeyd edilmişdir ki, guya ki, o, etik davranış qaydalarını pozmuşdur. Lakin bildirmək istəyir ki, əksinə X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis v.i.e X6 tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsindən görünür ki: 4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. 4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən, dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis v.i.e X3 ona qarşı qərəzli münasibəti və yol verdiyi hüquq pozuntuları ilə bağlı öz şikayətlərini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə bildirsə də, heç bir nəticəsi olmamışdır. O, xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək bülletendə olmuşdur. Bununla bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət üçün xəstəlik vərəqi də təqdim edir. xx.xx.2025-ci il tarixdə onun istifadəsində olan telefon nömrəsinin “Votsap” sosial internet şəbəkəsinə ona töhmət verilməsi ilə bağlı əmrin şəkli göndərilmişdir. Qeyd edir ki, həmin gün əməliyyatdan yenicə çıxmışdır. Onun barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmrdə qeyd edilir ki, “Xidməti işinə məsuliyyətsiz yanaşaraq Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı töhmət verilsin”. Onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən verilən bu əmr Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, o, öz işinə heç vaxt məsuliyyətsiz yanaşmamışdır, Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etməmişdir və bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsində işçiyə intizam tənbehi verilməsi şərtləri aşağıdakı kimi göstərilmişdir: 1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 2.İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. xx.xx.2025-ci il tarixdə o, işdə olduğu vaxt ona hər hansı intizam tənbehi verilməsi ilə bağlı heç bir xəbərdarlıq və ya məlumat verilməmişdir. O, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində, yəni xx.xx.2025-ci il tarixdə onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qanunsuz əmr “Votsap” vasitəsilə ona göndərilmişdir. Göründüyü kimi Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinin tələbi ilə qanunla qadağan olunmuş müddətdə, yəni, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində barəsində intizam tənbehi verilmişdir. Bu da azmış kimi, işəgötürən həmin əmri qəbul edildiyi vaxtdan əvvəlki tarixə, yəni xx.xx.2025-ci il tarixə rəsmiləşdirmişdir. Halbuki, həmin əmr xx.xx.2025-ci il tarixdə qəbul edilmiş olsa idi, o, həmin əmrlə tanış olmalı idi və əmrin bir surəti ona təqdim edilməli idi. İşəgötürən bununla da kifayətlənməyərək Konstitusiyanın, digər qanunvericilik aktlarının, o cümlədən, Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozaraq barəsində qəbul edilmiş əmrin surətini rəsmi qaydada yox, “Votsap” vasitəsilə ona göndərmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1 /3-3-k- 59/2025 saylı əmrin surəti hələ də rəsmi olaraq ona təqdim edilməmişdir. Yuxarıda sadaladıqlarından açıq şəkildə görünür ki, barəsində intizam tənbehinin verilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Həmçinin, işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1 /3-3-k-59/2025 saylı əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmr qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Həmçinin, bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət qulluqçuları olaraq ona qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar hər il üçün kollektiv mükafat verilir. Ona əsassız və qanunsuz verilmiş töhmətlə əlaqədar dekabr ayında təqdim edilən mükafatdan məhrum olmuşdur. Odur ki, əsassız məhrum olduğu mükafat məbləğinin də işəgötürən tərəfindən ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş "İddiaçı barəsində intizam tənbehi tədbirinin tətbiqi haqqında” xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmrin ləğv edilməsi və əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, 27 ildir işləyir, barəsində intizam tənbehinin verilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Ona 2023-cü ildə xəbərdarlıq edilməmişdir, həmin ilin yayında tarixi abidəyə müdaxilə olmasını aşkar edib, bu barədə rəhbərliyə məlumat vermiş, bu işdə Xəlil İbrahimovun soyuq yanaşmasını görmüş, hətta polis şöbəsində izahat da yazmışdır və həmin hadisə ilə bağlı ona hər hansı xəbərdarlıq edilməmişdir. Onun müraciəti əsasında araşdırmanın nəticəsi olaraq cavab verilmişdir. 2025-ci ilin noyabr ayından sonra yeni bölgüyə uyğun mütəmadi olaraq vəzifə borcunu yerinə yetirmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, iddiaçı 30 ilə yaxındır ki, cavabdeh təşkilatda qüsursuz işləyir. İddiaçının işdən azad olunma əmrində guya əvvəllər ona xəbərdarlıq edilməsi qeyd edilmişdir. Halbuki belə bir xəbərdarlıq iddiaçıya edilməmişdir. İddiaçının müraciəti əsasında araşdırma aparılmış və onun nəticəsi barədə iddiaçıya məlumat verilmişdir. Hesab edir ki, töhmət iddiaçıya qərəzli olaraq verilmiş, onun subyektiv fikiridir ki, işəgötürən iddiaçını gələcəkdə işdən azad etmək üçün töhmət vermişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, yazılı etirazda qeyd edilənləri bir daha təsdiq edir, töhmət əmri qanuni əsaslarla verilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 2025-ci il 17 noyabr tarixli 3-24-1/3- 1- 1441/2025 nömrəli xidməti məktubuna Dövlət Xidməti) 2025-ci il 21 noyabr tarixli 3-24-1 /3-3-k- 58/2025 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.3-cü maddələrinə uyğun olaraq, Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə daxil olan Goranboy rayonu üzrə baş mütəxəssis (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı xidməti fəaliyyəti ilə əlaqədar araşdırma başlamışdır, Regional İdarənin rəisi vəzifəsini icra edən X8 İdarənin baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı kobud şəkildə mütəmadi olaraq subordinasiya qaydalarını pozmasını və etik davranış qaydalarına riayət etməməsini, eyni zamanda danışarkən təhqir və təhdidlərdən istifadə etdiyini, verilən tapşırıqları özünün mənafeyinə uyğun şəkildə icra etdiyini və ya ləngitdiyini, əməkdaşlarla ünsiyyətdə qərəzli və nəzakətsiz davranış nümayiş etdirdiyini, hər bir davranışında yersiz və dövlət qulluqçusuna uyğun olmayan siyasi yanaşmalar etdiyini, Goranboy rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin əməkdaşlar arasında yeni bölgüsünün aparıldığı zaman ona həvalə edilmiş bölgü üzrə abidələri təhvil almamasını və razılaşdırılaraq hazırlanmış siyahını imzalamaqdan imtina etdiyini bildirmiş, qeyd olunanları nəzərə alaraq İddiaçı barəsində xidməti məktubla müraciət müvafiq tədbirin görülməsini xahiş etmişdir. 2025-ci il 14 noyabr tarixli 3-3-8/2025 nömrəli Gəncə şəhərində tərtib olunmuş və əməkdaşlar X.İbrahimov, N.Məmmədova, E.Haxverdiyev, V.Həsənəliyev, P.Cəlilov tərəfindən imzalanmış Aktda qeyd olunmuşdur: “ünvan 1 ünvanında yerləşən regional idarənin inzibatı binasında Goranboy rayonu ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin əməkdaşları arasında onların bir-birinə olan məsafəsini və yerləşməsini nəzərə almaqla bölgünün aparılması məqsədilə iclas keçirilmişdir. İclas zamanı bölgü siyahısı tərtib olunarkən həmin rayonun baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı özünü çox kobud apararaq etik davranış qaydalarına zidd hərəkələri ilə dəfələrlə siyahının tərtib olunmasına maneələr yaratmış, əməkdaşların şəxsiyyətinə toxunan ifadələr işlətmiş, hədələmiş və razılaşdırılmış şəkildə tərtib olunmuş abidə bölgüsündən imtina etmişdir. Ulu öndərin müqəddəs ruhunu öz məqsədləri üçün bayağı və yersiz olaraq ifadə etmişdir. Nümayişkaranə şəkildə keçirilən iclası təhqiramiz şəkildə tərk etmişdir". Araşdırma çərçivəsində Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı dəvət edilmiş, Gəncə Regional İdarəsindən daxil olan xidməti məktubla, müvafiq əmrlə, sənədlərlə tanış edilmiş və əməkdaşdan qeyd edilən məsələ ilə bağlı izahatı alınmışdır. İddiaçı öz izahatında bildirmişdir ki: “xx.xx.2025-ci il tarixli əmrlə xidməti fəaliyyətimlə bağlı aparılan araşdırma ilə tanış oldum və Gəncə Regional İdarəsi tərəfindən aparılan abidə bölgüsünün mənim əleyhimə, obyektivlikdən uzaq şəkildə təşkil edildiyini bildirirəm. Mənə gedişgəlişi çətin, təhlükəli və qadın əməkdaş üçün məqsədəuyğun olmayan ərazilərin verilməsi ilə bağlı dəfələrlə etiraz etsəm də, bu müraciətlərim nəzərə alınmamışdır. Heç bir abidədən imtina etməmiş, əksinə, rəhbərlik tərəfindən edilən qanunsuz və qərəzli yanaşmaya etiraz etmişəm. Barəmdə irəli sürülən ittihamların şər-böhtan xarakterli olduğunu, məqsədin məni işdən kənarlaşdırmaq və cəzalandırmaq olduğunu hesab edirəm. Xahiş edirəm ki, obyektiv araşdırma aparılması üçün müvafiq komissiya yaradılaraq, təqdim etdiyim materiallar nəzərə alınsın”. Araşdırma nəticəsində həmçinin, məlum olmuşdur ki, nəzarətinə verilən 5 tarixi abidə Goranboy şəhərində (3-ü Heydər Əliyev prospektində), 4 tarixi abidə Rəhimli kəndində: 2 tarixi abidə Qazanbulaq qəsəbəsində, 1 tarixi abidə (Suvurma qülləsi) Goran qəsəbəsində yerləşir. İddiaçı öz izahatında abidələrin yerləşdiyi relyefinə görə imtina etdiyini qeyd etmişdir, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, Goranboy rayonunda dağlıq ərazidə yerləşən abidələr onun nəzarətinə verilməmişdir. Dövlət Xidmətinin Regional İdarələrinə Baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsinə işə qəbul edilən (4-cü təsnifat yardımçı dövlət qulluqçusu) əməkdaşların qulluq funksiyaları aşağıdakı kimidir: Mühafizəsində olan abidələrin daim nəzarətdə saxlanılması və təsdiq edilmiş siyahıya əsasən abidələrə baxış keçirilməsi; abidələrdə olan bütün dəyişikliklər, dağıntı və söküntülər, habelə özbaşına abidənin ələ keçirilib qanunsuz istifadə olunması barədə İdarənin rəhbərinə təcili məlumat verilməsi; abidənin mühafizə zonasında icazəsiz tikinti, torpaq və kənd təsərrüfatı işlərinin aparılmasının, həmçinin bəzək ağaclarının əkilməsinin, dəfn mərasimlərinin və s. keçirilməsinin qarşısının alınması; abidələrin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi; abidəm ziyarət etməyə gəlmiş şəxslərə onun tarixi haqqında ətraflı məlumat verilməsi; abidələrin toxunulmazlığının təmin edilməsi; abidə ətrafında və onun mühafizə zonasında antisanitariya və natəmizlik hallarının qarşısının alınması, bu barədə təşviqat işlərinin aparılması; təbii hadisələrin təsiri nəticəsində abidələrə dəymiş ziyanın qeydə alınması və aidiyyəti qaydada İdarənin rəhbərinə məlumat verilməsi; müxtəlif təsirlər nəticəsində abidədən qopan, sökülən, zədələnən əşya, detal, material və digər hissələrin qeydə alınması üçün müvafiq tədbirlərin görülməsi; qanunsuz arxeoloji qazıntıların, abidənin ölçülməsinin və abidədə olan bədii təsvirlərin surətlərinin özbaşına çıxarılmasının qarşısının alınması; abidədə və onun ətrafında müxtəlif quşların, heyvanların kəsilməsinin, od qalanmasının və müxtəlif məclislərin keçirilməsinin qarşısının alınması;kənar şəxslər tərəfindən abidəyə vurulan ziyanın sənədləşdirilməsi və qanuna müvafiq qaydada tədbirlərin görülməsi; İdarənin rəisi tərəfindən verilən digər tapşırıqların icrasının təmin edilməsi. Baş mütəxəssis (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu vəzifəsinə işə qəbul zamanı əməkdaşın cinsindən asılı olmayaraq abidə bölgüsü (vəzifə bölgüsü) aparılır. Qulluq funksiyasından da göründüyü kimi, dövlət qulluqçusunun vəzifə funksiyasına görə o, nəzarətinə veriləcək abidələri qorumalıdır, işə qəbul zamanı əməkdaşla bağlanmış əmək müqaviləsində nəzarətinə veriləcək abidələrin əməkdaşla xüsusi razılaşdırılması haqda bənd nəzərdə tutulmamışdır, həmçinin əməkdaş qarşısında abidələrin bölgüsü zamanı hər hansı bir öhdəlik götürülməmişdir. İdarənin rəisi tərəfindən verilən digər tapşırıqların (xidməti fəaliyyətlə bağlı) icrasının təmin edilməsini əməkdaş İddiaçı öhdəlik kimi qəbul etmişdir və əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələri nəzarətinə verilmiş abidələri daimi nəzarətdə saxlamaqdır. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 -ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyeva tərəfindən qəbul edilmiş 5 dekabr 2025-ci il tarixli 3-24-1 /3-3-k-59/2025 saylı əmrlə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.2.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə’nin 5.6.5-ci yarımbəndinə əsasən xidməti işinə məsuliyyətsiz yanaşaraq Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı töhmət verilmişdir. Əlavə olaraq bildirirlər ki, 2023-cü il 16 avqust tarixdə Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə abidə mühafizəçisi İddiaçı həmin İdarənin baş məsləhətçisi vəzifəsində çalışan X3 ona qarşı qanunsuz hərəkətlər etməsi barədə Dövlət Xidmətinə yazılı müraciət etmişdir. Müraciət araşdırılmışdır və araşdırma nəticəsində müraciətin əsassız olduğu müəyyən edilmişdir, həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.0.4-cü maddəsinə istinad edilməklə başqa dövlət qulluqçularının işini çətinləşdırməməsi ilə bağlı İddiaçı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2023-cü ildən həmin təşkilatda baş məsləhətçi kimi işləməyə başlamışdır. X16 İdarəsinin rəisidir. Akif müəllim işdən çıxandan sonra vakant yerə yeni əməkdaş qəbul olunurb və ona görə bölgü nəzərə alınmalı idi. Bölgü ilə əlaqədar keçirilən tədbirə xanım gec gəldi və tərtib olunmuş siyahı ləğv olundu və yeni bölgü oldu. Razılıq əldə olundu və sonra çap olundu, sonra xanım qol çəkməkdən imtina etdi. Mübahisə başladı, xanım səsini qaldırmışdır. Xanımın hərəkətləri barədə akt tərtib olundu. Sonra araşdırma aparılmış və iddiaçıya intizam tənbehi kimi töhmət verilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Baş mütəxəssis (adibə mühafizəçisi) vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir (bənd 1.2). Bu əmək müqaviləsi müddətsiz bağlanılır (bənd 2.1). Dövlət qulluçusu xx.xx.2021-ci il tarixdən qulluq vəzifəsinin icrasına başlayır (bənd 2.2). İş üzrə X12 baş məsləhətçisi rəis v.i.e.Xəlil İbrahimov tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli xidməti məlumatın surətindən görünür ki, Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayon üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı kobud şəkildə mütəmadi olaraq subordinasiya qaydalarını pozur və etik davranış qaydalarına riayət etmir. Eyni zamanda danışarkən təhqir və təhdidlərdən istifadə edir. Verilən tapşırıqları özünün mənafeyinə uyğun şəkildə icra edir və ya ləngidir. Əməkdaşlarla ünsiyyətində qərəzli və hərəkətsiz davranış nümayiş etdirir. Hər bir davranışlarında yersiz və dövlət qulluqçusuna uyğun olmayan siyasi yanaşma edir. Goranboy rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin əməkdaşlar arasında yenidən bölgüsü aparılmış, lakin yuxarıda adı qeyd olunan baş mütəxəssis ona həvalə edilmiş bölgü üzrə abidələri təhvil almamış və razılaşdırılaraq hazırlanmış siyahını imzalamaqdan imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş üzrə İnsan Resurslarının idarə edilməsi sektorunun müdiri Aygün Məmmədova tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli xidməti məruzəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 2025-ci il 17 noyabr tarixli 3-24-1/3-1- 1441/2025 nömrəli xidməti məktubuna əsasən X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2025-ci il 21 noyabr tarixli 3-24-1/3-3-k-58/2025 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.3-cü maddələrinə uyğun olaraq, Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə daxil olan Goranboy rayonu üzrə baş mütəxəssis (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı xidməti fəaliyyəti araşdırılmışdır və araşdırma çərçivəsində Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı izahatı alınmışdır (əlavə olunur). Regional İdarənin rəisi vəzifəsini icra edən X17 Xidmətinə ünvanladığı xidməti məktubda Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı kobud şəkildə mütəmadi olaraq subardinasiya qaydalarını pozmasını və etik davranış qaydalarına riayət etməməsini, eyni zamanda danışarkən təhqir və təhdidlərdən istifadə etdiyini, verilən tapşırıqları özünün mənafeyinə uyğun şəkildə icra etdiyini və ya ləngitdiyini, əməkdaşlarla ünsiyyətdə qərəzli və nəzakətsiz davranış nümayış etdirdiyini, hər bir davranışında yersiz və dövlət qulluqçusuna uyğun olmayan siyasi yanaşmalar etdiyini, Goranboy rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin əməkdaşlar arasında yeni bölgüsünün aparıldığı zaman ona həvalə edilmiş bölgü üzrə abidələri təhvil almamasını və razılaşdırılaraq hazırlanmış siyahını imzalamaqdan imtina etdiyini bildirmiş, qeyd olunanları nəzərə alaraq İddiaçı barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir. Həmçinin xidməti məktuba bir qrup əməkdaşlar tərəfindən öz imzaları ilə təsdiq edilmiş Akt əlavə edilmişdir. 2025-ci il 14 noyabr tarixli 3-3-8/2025 nömrəli Gəncə şəhərində tərtib olunmuş və əməkdaşlar X.İbrahimov, N.Məmmədova, E.Haxverdiyev, V.Həsənəliyev, P.Cəlilov tərəfindən imzalanmış Aktda qeyd olunmuşdur: "ünvan 1 ünvanında yerləşən regional idarənin inzibati binasında Goranboy rayonu ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin əməkdaşları arasında onların bir-birinə olan məsafəsini və yerləşməsini nəzərə almaqla bölgünün aparılması məqsədilə iclas keçirilmişdir. İclas zamanı bölgü siyahısı tərtib olunarkən həmin rayonun baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı özünü çox kobud apararaq etik davranış qaydalarına zidd hərəkələri ilə dəfələrlə siyahının tərtib olunmasına maneələr yaratmış, əməkdaşların şəxsiyyətinə toxunan ifadələr işlətmiş, hədələmiş və razılaşdırılmış şəkildə tərtib olunmuş abidə bölgüsündən imtina etmişdir. Ulu öndərin müqəddəs ruhunu öz məqsədləri üçün bayağı və yersiz olaraq ifadə etmişdir. Nümayişkəranə şəkildə keçirilən iclası təhqiramiz şəkildə tərk etmişdir”. Yuxarıda qeyd edilənlərlə bağlı əməkdaş İddiaçı Dövlət Xidmətinə dəvət edilmişdir və Gəncə Regional İdarəsindən daxil olan xidməti məktubla, müvafiq əmrlə, sənədlərlə tanış edilmişdir və əməkdaşdan qeyd edilən məsələ ilə bağlı yazılı izahat alınmışdır. İddiaçı öz izahatında bildirmişdir ki: ”Xidməti fəaliyyətimin araşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixli əmrlə tanış oldum. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 2025-ci il 17 noyabr tarixli 3-24-1/3-1-1141/2025 nömrəli Xidməti məktubu və ona əlavə edilmiş 3-3-8/2025-ci il tarixli Akt və nəzarətimə Gəncə Regional İdarəsinin rəisi vəzifəsini icra edən Xəlil İbrahimov və Aktda adları göstərilən əməkdaşların razılığı əsasında bölgü aparılmış, mənə məsafə çətinliyi deyil, relyef çətinliyi olan abidələr verilmişdir. Bu çətinlikdən biri gediş-gəlişin olmadığı ərazi və uğum və qamışlıqla əhatə olunan ərazilərdir. Bir qadın olaraq mənim həmin ərazilərə-abidəyə getməyim məqsədə uyğun deyil. Mənim bir qız övladım var. Bunun üçün Xəlil İbrahimovdan dəfələrlə xahiş etdim, lakin dinləmədi. İsrarla həmin abidələri mənim mühafizəmə verdi. X18 və digərlərinin dediyi kimi abidələrdən imtina etmədim. Əksinə, Xəlil İbrahomovun qanunsuz əməlinə etirazımı bildirdim. Xəlil İbrahimov 20 şəhər və rayon arasında abidələrin bölgüsünün aparılmasını mənim əleyhimə çevrilməsi üçün təşkil etmişdir. Mən dövlətimə, qanunlarımıza hörmətlə yanaşıram, bəli inkar etmirəm yeri gələndə məqsədli şəkildə deyil, qanunlarımızdan istifadə edirəm, ondan ötrü ki, hüquqlarımı qoruya bilim. Xəlil İbrahimov və komandası mənə şər-böhtan etməklə işdən kənarlaşdırmaq, töhmət vermək üçün bu addımı atırlar ki, məni məqsədli şəkildə aradan qaldırsınlar. Yeri gəlmişkən qanunlarımız, dövlətimizin bizə verdiyi hüquqi imkandır, nə üçün Xəlil İbrahimov və havadarları Azərbaycan Respublikasının qanunlarını təhdid hesab edirlər. Nə üçün savadlı, peşəkar, təcrübəli əməkdaşla işləmək istəmirlər. Ümummilli lider, Ulu Öndər cənab Heydər Əliyevin adına, ruhuna həmişə hörmətlə yanaşmışam. Mən təkcə Ulu Öndərimiz deyil, Müzəffər Ali baş komandanımız, X24, Cəlil Məmmədquluzadənin, Vaqif Bəhmənlinin, Lev Tolstoyun, Dostayevskinin, Aristotelin ibrətamiz sözlərindən də istifadə edirəm, bunun üçün heç kəsdən mənə irad tutula bilməz. Onu da qeyd edim ki, hobbim şeir, hekayə yazmaqdır. Verilən tapşırıqları təxirə salmadan təcili olaraq qüsursuz həll edib Nigar Məmmədovanın telefonuna göndərirəm. Telefon yaddaşında əmr, tapşırığın daxil olması və mənim icra edib göndərdiyim tarixlər saxlanılır. Bunun üçün komissiya tələb edirəm. Mədəniyyət Nazirliyi və digər orqanlardan komissiya göndərilməsini xahiş edirəm. Ünsiyyətdə qəzəbli, nəzakətsiz davranış nümayiş etdirdiyim iddia olunur. Həmin əməkdaşlar Xəlil İbrahimovun və Nigar Məmmədovanın təkidi ilə məcburi məsuliyyətə cəlb olunurlar. Nigar Məmmədova 2025-ci il 22 oktyabr tarixində və son olaraq 2025-ci il 24 noyabr tarixində Xəlil İbrahimovdan mənə qarşı hansısa əməkdaşlarla birləşdiyini, səndən intiqam alacağını dediyin günləri nə tez unutdunuz, hal X16 İdarəsinə rəis keçmək iddiasındasınız, rəqabət aparırsınız. Mənə qarşı qanunsuz əməllərdən danışdıniz nə tez unutdunuz. Gəncə şəhər əməkdaşlarının işə gəlmədiyini etiraf etdiniz. Məni tur gəzintisindən, fərdi mükafatlardan məhrum edən Xəlil İbrahimovun olduğunu vurğuladınız və sonuncu dəfə məni xidməti araşdırmaya verildiyimi çağırışa getməyimi deyəndə məndən neçə dəfə xahiş etdiniz ki, mənim adımı çəkmə, bəs niyə mənə bu sözü deyən Ngar Məmmədova şərböhtana imza atanlar arasındasınız. Nigar Məmmədova özünüzdən çox razısınız ki, belə savadlıyam, işgüzaram bir sual verirəm nə üçün 2023-cü 11 oktyabra aid olan bir sənədə 2025-ci il 6 oktyabr tarixdə zəng vurub olduğu kimi imzalayıb, göndərməyinizi dediniz. Xəlil İbrahimova abidədə müdaxilənin qarşısını aldıqdan sonra Xəlil İbrahimovun barəsində məni töhmət verəcəyəm deyə təhdid etdiyi üçün Dövlət Xidmətinə şikayət etdiyimi və mənim işimə düzgün baxılmadığını siz Nigar Məmmədova demədiniz? Sizin hər biriniz Xəlil İbrahimovun 2023-cü ildən bu günə kimi apardığlı təxribat və seqresiyasının kompaniyasının üzvləri deyilsiniz? İndiyə qədər 3 rəislə işləmişəm heç biri ilə problemim olmayıb, ən çox dəyər verdiyim rəislərdən biri Pərvin Kazımovdur. Mədəniyətli, qabiliyyətli, düşüncəli və s. Hal-hazırda Goranboy rayonunda davamiyyət cədvəli yoxdur. Olanda da "səyyar işçiyəm” deyib işə gəlmirlər. Vüqar Həsənəliyev uzaq olduğunu, X9 İbrahimovun sağ əli olduğu üçün ikinci işdə işləməsi, ötən il çörək zavudunda işləyirdi. Xəlil İbrahimova məlumat verildi tədbir görmədi. Xəlil İbrahimov niyə bu araşdırmanı Etibar Haxverdiyevin qanunsuz əməllərinə görə etmədin? Polad Cəlilov mən səni cəmi 3 ay ərzində (bəlkə 2 ay) cəmi iki dəfə görmüşəm. Mən sizə nə hörmətsizlik etmişəm. Xəlil İbrahimov mən 14 noyabr 2025-ci il tarixində idarəni tərk etməmişdən öncə sizə və yalançı şahidlərinizə mənimlə bağlı şər-böhtan xarakterli məlumatlarda iştirak etməməyə ədalətli olmağa çağırdım. Mən subordinasiya qaydalarına, etik davranış qaydalarına daim əməl edirəm. Xəlil İbrahimov, Etibar Haxverdiyev, Polad Cəlilov, Vüqar Həsənəliyev nə üçün mənə qarşı qərəzlilik nümayiş etdirirsiniz? Əsl qərəzlilik 1 qadına qarşı birləşən 4 kişi sizə sözüm yoxdur. Etibar Haxverdiyev çox məhsuldar işçi olduğunu 1 ay 2 gün toyuq hinində saxladığın abidələrin məlumat lövhəsinin 20 noyabr 2025-ci il tarixdə şirkət əməkdaşını əvvəl aldadıb, sonra Goranboy rayonuna çağırib quraşdırdığınızdan görünür. Niyə öz qanunsuz etik davranış qaydalarını pozduğunuzdan deyil, məndən danışırsınız. Bundan sonra yəqin deyəcəksiz sizin qeyrətinizə, nə bilim daha nələrinizə dil uzatmişam. Xəlil İbrahimov iclas günü etik davranıış qaydalarını pozan siz olmusunuz, ürəyiniz istəyən sözləri mənə ünvanladınız. İzzəti-nəfsim, şərəf və ləyaqətim sizin üçün nədir deyə bilmirəm, mənim üçün baha biçilməzdir. Qadın olduğumu unutmayın, Etibar Haxverdiyev sizin mənim ünvanıma dediyiniz nalayiq ifadını hələ ki, demirəm. Hörmətli Səbinə xanım, haqqımda qeyd olunanların ağ yalan olmasını və adları keçən bütün əməkdaşların xidməti fəaliyyətinin yoxlanılmasını Sizdən xahiş edirəm. 1999-cu ildən bu sahədə çalışmışam heç bir nöqsana yol verməmişəm, mədəniyyətli, nümunəvi, əməkdaş olmuşam. Mən uzaqda qalıram işə gələ bilmirəm, ikinci işdə işləmirəm. Xəlil İbrahimov və havadarları sadəcə məni vurmaq istəyirlər ki, yolları aydın olsun. Bir daha xahiş edirəm ki, araşdırmada məndə olan materiallardan istifadə edəsiniz”. Araşdırmadan da göründüyü kimi əməkdaşın nəzarətinə həm ölkə əhəmiyyətli, həm yerli əhəmiyyətli, həm də yeni aşkar olunmuş abidələr verilmişdir. 8 invertar nömrəli, onlardan 2-si ölkə əhəmiyəli, 6-sı yerli əhəmiyətli, və 4-ü yeni aşkar edilmişlərdir. Araşdırma nəticəsində həmçinin, məlum olmuşdur ki, nəzarətinə verilən 5 tarixi abidə Goranboy şəhərində (3-ü Heydər Əliyev prospektində), 4 tarixi abidə Rəhimli kəndində; 2 tarixi abidə Qazanbulaq qəsəbəsində, 1 tarixi abidə (Suvurma qülləsi) Goran qəsəbəsində yerləşir. İddiaçı öz izahatında abidələrin yerləşdiyi relyefinə görə imtina etdiyini qeyd etmişdir, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, Goranboy rayonunda dağlıq ərazidə yerləşən abidələr onun nəzarətinə verilməmişdir. Dövlət Xidmətinin Regional İdarələrinə Baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsinə işə qəbul edilən (4-cü təsnifat yardımçı dövlət qulluqçusu) əməkdaşların qulluq funksiyaları aşağıdakı kimidir: Mühafizəsində olan abidələrin daim nəzarətdə saxlanılması və təsdiq edilmiş siyahıya əsasən abidələrə baxış keçirilməsi; abidələrdə olan bütün dəyişikliklər, dağıntı və söküntülər, habelə özbaşına abidənin ələ keçirilib qanunsuz istifadə olunması barədə İdarənin rəhbərinə təcili məlumat verilməsi; abidənin mühafizə zonasında icazəsiz tikinti, torpaq və kənd təsərrüfatı işlərinin aparılmasının, həmçinin bəzək ağaclarının əkilməsinin, dəfn mərasimlərinin və s. keçirilməsinin qarşısının alınması; abidələrin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi; abidəni ziyarət etməyə gəlmiş şəxslərə onun tarixi haqqında ətraflı məlumat verilməsi; abidələrin toxunulmazlığının təmin edilməsi; abidə ətrafında və onun mühafizə zonasında antisanitariya və natəmizlik hallarının qarşısının alınması, bu barədə təşviqat işlərinin aparılması; təbii hadisələrin təsiri nəticəsində abidələrə dəymiş ziyanın qeydə alınması və aidiyyəti qaydada İdarənin rəhbərinə məlumat verilməsi; müxtəlif təsirlər nəticəsində abidədən qopan, sökülən, zədələnən əşya, detal, material və digər hissələrin qeydə alınması üçün müvafiq tədbirlərin görülməsi; qanunsuz arxeoloji qazıntıların, abidənin ölçülməsinin və abidədə olan bədii təsvirlərin surətlərinin özbaşına çıxarılmasının qarşısının alınması; abidədə və onun ətrafında müxtəlif quşların, heyvanların kəsilməsinin, od qalanmasının və müxtəlif məclislərin keçirilməsinin qarşısının alınması;kənar şəxslər tərəfindən abidəyə vurulan ziyanın sənədləşdirilməsi və qanuna müvafiq qaydada tədbirlərin görülməsi; İdarənin rəisi tərəfindən verilən digər tapşırıqların icrasının təmin edilməsi. Baş mütəxəssis (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu vəzifəsinə işə qəbul zamanı əməkdaşın cinsindən asılı olmayaraq abidə bölgüsü (vəzifə bölgüsü) aparılır. Qulluq funksiyasından da göründüyü kimi, dövlət qulluqçusunun vəzifə funksiyasına görə o, nəzarətinə veriləcək abidələri qorumalıdır, işə qəbul zamanı əməkdaşla bağlanmış əmək müqaviləsində nəzarətinə veriləcək abidələrin əməkdaşla xüsusi razılaşdırılması haqda bənd nəzərdə tutulmamışdır, həmçinin əməkdaş qarşısında abidələrin bölgüsü zamanı hər hansı bir öhdəlik götürülməmişdir. İdarənin rəisi tərəfindən verilən digər tapşırıqların (xidməti fəaliyyətlə bağlı) icrasının təmin edilməsini əməkdaş İddiaçı öhdəlik kimi qəbul etmişdir və əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələri nəzarətinə verilmiş abidələri daimi nəzarətdə saxlamaqdır. Goranboy rayonu ərazisində yerləşən tarixi və mədəniyyə abidələrinin əməkdaşlar arasında onların bir-birinə olan məsafəsini və yerləşməsini nəzərə almaqla bölgünün aparılması öz təsdiqini tapmışdır. Əlavə olaraq bildiririk ki, 2023-cü il 16 avqust tarixdə Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə abidə mühafizəçisi İddiaçı Həmin (həmin ildə) İdarənin baş məsləhətçisi vəzifəsində çalışan X3 ona qarşı qanunsuz hərəklər etməsi barədə Dövlət Xidmətinə yazılı müraciət etmişdir. Müraciət araşdırılmışdır və araşdırma nəticəsində müraciətin əsassız olduğu müəyyən edilmişdir, həmçinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.0.4-cü maddəsinə istinad edilməklə başqa dövlət qulluqçularının işini çətinləşdirməməsi ilə bağlı İddiaçı xəbərdarlıq edilmişdir. Xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də bununla bağlı xəbərdarlıq aldığına və fəaliyyətində nöqsanlara yol verdiyinə görə Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 25.2.1-ci (töhmət), 25.2.2-ci (bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması), 25.2.5-ci (ixtisas dərəcəsinin bir pillə aşağı salınması) yarımbəndlərindən biri və ya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsi nəzərə alınmaqla yazılı xəbərdarlığın verilməsi tövsiyə edilir. Bununla bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş edirlər. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 3-24-1/3-3-k-58/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.6.5-ci yarımbəndinə əsasən Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi, (abidə mühafizəçisi), yardımçı dövlət qulluqçusu İddiaçı xidməti fəaliyyətində mütəmadi olaraq əmək fəaliyyətini icra edərkən yol verdiyi nbqsanları və etik davranış qaydalarını pozması ilə əlaqədar Gəncə Regional İdarəsindən daxil olmuş Xidməti məlumata əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) İddiaçı xidməti fəaliyyəti araşdırılması əmr edilmişdir. Əmrin əsası kimi X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 2025-ci il 17 noyabr tarixli, 3- 24-1/3-1-1441/2025 qeydiyyat nömrəli xidməti məktubu və ona əlavə edilmiş 3-3-8/2025, xx.xx.2025-ci il tarixli akt və İddiaçı nəzarətinə verilmiş təsdiqli tarix abildələrin siyahısı göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 3-24-1/3-3k-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.2.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət xidməti haqqında Əsasnamə”nin 5.6.5-ci yarımbəndinə əsasən xidməti işinə məsuliyyətsiz yanaşaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Mədəniyyət Nazirliyi X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 2025-ci il 17 noyabr tarixli 3-24-1/3-1-1441/2025 nömrəli xidməti məktubu, 2025-ci il 14 noyabr tarixli 3-3-8/2025 nömrəli Dövlət Xidmətinin 2025-ci il 21 noyabr tarixli 2-24-1/3-3-k-58/2025 nömrəli əmri, İddiaçı ilə bağlanmış əmək müqaviləsi və İddiaçı izahatı və Dövlət xidmətinin 3-24-1/3-4-XMR-495/2025 nömrəli xidməti məruzəsi göstərilmişdir. İş üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Bərdə MRX” X19 077 nömrəli çıxarış epikrizindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər tibbi müəssisəsində müalicə almış, ona əməliyyatönü hazırlıqdan sonra xx.xx.2025-ci il tarixdə ümumi anesteziya tətbiqi ilə “Total abdominal histerektomiya. Sağtərəfli salpingoovariektomiya” cərrahiyyə əməliyyatları icra olunmuşdur. İş üzrə Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı əmrin ləğv olunması və s. tələbləri üzrə xx.xx.2025-ci il tarixdə, saat 10.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı uzun müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsində baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsində işləyir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xidməti işinə məsuliyyətsiz yanaşaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi töhmət verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən verilən bu əmr Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, o, öz işinə heç vaxt məsuliyyətsiz yanaşmamışdır, əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etməmişdir və bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. xx.xx.2025ci il tarixdə o, işdə olduğu vaxt ona hər hansı intizam tənbehi verilməsi ilə bağlı heç bir xəbərdarlıq və ya məlumat verilməmişdir. O, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində, yəni xx.xx.2025-ci il tarixdə onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qanunsuz əmr “Votsap” vasitəsilə ona göndərilmişdir. Göründüyü kimi Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinin tələbi ilə qanunla qadağan olunmuş müddətdə, yəni, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində barəsində intizam tənbehi verilmişdir. Bu da azmış kimi, işəgötürən həmin əmri qəbul edildiyi vaxtdan əvvəlki tarixə, yəni xx.xx.2025-ci il tarixə rəsmiləşdirmişdir. Halbuki, həmin əmr xx.xx.2025-ci il tarixdə qəbul edilmiş olsa idi, o, həmin əmrlə tanış olmalı idi və əmrin bir surəti ona təqdim edilməli idi. İşəgötürən bununla da kifayətlənməyərək Konstitusiyanın, digər qanunvericilik aktlarının, o cümlədən, Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozaraq barəsində qəbul edilmiş əmrin surətini rəsmi qaydada yox, “Votsap” vasitəsilə ona göndərmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1 /3-3-k- 59/2025 saylı əmrin surəti hələ də rəsmi olaraq ona təqdim edilməmişdir. Barəsində intizam tənbehinin verilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Həmçinin, işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1 /3-3-k-59/2025 saylı əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmr qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Həmçinin, bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət qulluqçuları olaraq ona qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar hər il üçün kollektiv mükafat verilir. Ona əsassız və qanunsuz verilmiş töhmətlə əlaqədar dekabr ayında təqdim edilən mükafatdan məhrum olmuşdur. Odur ki, əsassız məhrum olduğu mükafat məbləğinin də işəgötürən tərəfindən ona ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş "İddiaçı barəsində intizam tənbehi tədbirinin tətbiqi haqqında” xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmrin ləğv edilməsi və əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin töhmət əmrinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi ona edilmiş töhmətin qərəzli olmasını, uzun müddət qüsursuz işləməsini qeyd etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçıya töhmətin verilməsi əsası kimi iddiaçının xidməti işinə məsuliyyətsiz yanaşaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin yerinə yetirməkdən imtina etdiyini qeyd etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, intizam məsuliyyəti hüquqi məsuliyyətin müstəqil növüdür. Əmək intizamını pozan və intizam xətası törətmiş işçi intizam məsuliyyətinə cəlb oluna bilər. Əmək intizamı hər bir ümumi işin, hər hansı birgə fəaliyyətin, hər hansı kollektiv əməyin zəruri şərtlərindən biridir. Əmək intizamı işçinin əmək hüquq münasibətinin elementi və onun müəssədaxili intizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Yəni əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçıların subyektiv hüquq vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanuna uyğun davranışıdır. Başqa sözlə əmək intizamı istənilən müəssisədə hər bir işçinin səlahiyyətlərini həyata keçirməsi və vəzifələrini ciddi və şüurlu olaraq yerinə yetirməsində ifadə olunan hüquq qaydası tələblərinə tabe olmaq deməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Eyni Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göstərilən Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, töhmət əmrində iddiaçıya əvvəllər xəbərdarlıq edilməsinə istinad edilsə də, xəbərdarlıq verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya rayon ərazisində yerləşən daşınmaz tarixi və mədəniyyət abidələrin bölgü siyahısında uzun müddət konkret abidələr təhkim olunduğundan, yeni bölgü həyata keçirilərkən onun iş stajı, qadın olması nəzərə alınmadan yeni siyahı tərtib olunduğundan, iddiaçının bununla bağlı iradını isə işəgötürən işçinin əmək funksiyasını pozma halı kimi qiymətləndirərək ona intizam tənbehi kimi töhmət verdiyindən, məhkəmə hesab edir ki, həmin qərar iddiaçıya münasibətdə ədalətli qərar kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya intizam tənbehini verərkən onun 30 ilə yaxın iş stajının olmasını, şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini nəzərə alaraq yazılı və ya şifahi qaydada xəbərdarlıq da edə bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi işəgötürən intizam tənbehi kimi cavabdehə töhmət verilməsi qərarına gəlmiş və bununla bağlı əmr qəbul etmişdir. Eyni zamanda məhkəmə iclasında yeni bölgüyə uyğun iddiaçının əmək funksiyasını yerinə yetirməsi, yəni bölgüdə qeyd edilən abidələrlə bağlı tədbir görməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi töhmət əmrinin ləğv edilməsi hissəsində əsaslı hesab edilməli, iddiaçının intizam məsuliyyətinə cəlb edilməsinə görə töhmət verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-24-1/3-3-k-59/2025 saylı əmr ləğv edilməlidir. Məhkəmə iddia tələbinin əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən iddiaçıya ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə əsasən dövlət qulluqçularına qanunvericilikdə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar hər il üçün kollektiv mükafat verilir. Həmin Əsasnaməyə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi əsasında onun işlədiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya intizam tənbehi kimi töhmət verildiyi üçün mükafatlandırılmamış və məhkəmə tərəfindən iddiaçıya töhmət verilməsi ilə bağlı qəbul edilmiş əmr ləğv edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən İddiaçı barəsində töhmət verilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3- 24-1/3-3-k-59025 nömrəli əmr ləğv edilsin və dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləği işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X14, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar