Məhkəmə qərarları › İş №2(5-102)-163/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-163/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-163/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi (Bakı şəhəri 1 saylı Notariat Ofisi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri 1 saylı Notariat Ofisi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli olan mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X43 olmuşdur. O, atasının doğulub böyüdüyü və rəhmətə getdiyi Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evdə doğulub böyümüşəm, hazırda da yaşayış və qeydiyyat yeri həmin ünvandır. Həmin daşınmaz əmlak, yəni ünvan 1ləşən yaşayış evi tarixsiz olaraq Cəvahir X91, X39, X45, X57, X64 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. Bunlardan X39 məxsus olan 1/6 hissə pay 46 saylı Notariat kontoru tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X10 adına qeydiyyata alınmışdır. Qeyd edir ki, bəhs olunan yaşayış evində yalnız o, və bibisi Mənzər qeydiyyatda olmaqla yaşamışlar. Hazırda bibisi X27 rəhmətə gedib. Vərəsəlik üçün hələ ki, müraciət etməmişlər. Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünavanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün qohumluq əlaqələrinin müəyyən olunması ilə bağlı ilkin olaraq atası İsmayılın doğum faktı barədə AR Millli Arxiv İdarəsindən məlumat əldə etmişlər. Həmin məlumatda X1nun təvəllüdü 06 iyul 1930cu il, atası X17, anası X9 qeyd olunmuşdur. Bundan sonra babası X18 doğum haqqında məlumatlarının əldə olunması ilə bağlı AR Milli Arxiv İdarəsinə müraciətlərinə cavab olaraq bu barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Məlum olduğu kimi, bu məlumat aşkarlanacağı halda, mərhələli olaraq babasının valideynləri və digər qohumları barədə məlumat alınması mümkün olacaqdı. Babası barədə məlumat aşkarlanmadığı üçün digər qohumları barədə rəsmi məlumat əldə etmək mümkünsüz olmuşdur. Qeyd edir ki, Səbail rayonu, Kişik Qala küçəsi, 20 ünvanında yerləşən və yaşadığı ev yuxarıda qeyd etdiyi kimi, paylı mülkiyyət əsasında tarixsiz olaraq Cəvahir X91, X39, X45, X57, X64 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. X39 məxsus olan paya vərəsəliklə bibisi Mənzər (onunla birlikdə bəhs olunan əmlaka sahiblik edən) mülkiyyət hüququ əldə etmişdir. Gülsüm xanım atasıgilin ana nənələri olmuşdur. Ata nənələri isə payçılardan biri olan X65 olmuşdur. Atası İsmayılın atası X15, anası X44 olmuşdur.X22 anası X59 olmuşdur. X2 anası yaşadığı evin mülkiyyətçilərindən olan X65 olmuşdur. X65 atasıgilin əl üsulu ilə tərtib etdikləri ailə səcərəsi adlı məlumat vərəqinə əsasən 1886-cı ildə doğulmuş, 1899-cu ildə X28 ilə ailə həyatı qurmuş, 4 oğlu olmuş, onlardan yalnız babası Ələsgər yetkinlik yaşdan sonra yaşaya bilmişdir, qalanları azyaşlıykən vəfat etmişlər. Babası Ələsgər isə ailə içi tərtib olunmuş həmin səcərə məlumatlarına əsasən 1903-cü ildə anadan olmuş, 1958-ci ildə vəfat etmişdir. Ölüm haqqında qeyd məlumatına əsasən isə onun anası X65 1962-ci ildə vəfat etmişdir(babasının vəfatından sonra). Buradan aydın olur ki, Fatma xanım vəfat edəndə atası İsmayıl onun vərəsəsi olmuşdur və o, həmin ünvanda doğulub, böyümüş və rəhmətə getmişdir. Yaşadığı evin mülkiyyətçilərində olan Cəvahir X102 və Həbib Hacıbaba oğlu atasının nənəsi X40 bacı qardaşları olmuşdur. X74 və X79 isə babası Ələsgərin xalası uşaqları olmuşdur. X4 səcərə məlumatlarına əsasən 1910-cu ildə Quliyev Əsədulla ilə ailə həyatı qurmuş və bu evlilikdən 1913-cü ildə Sona xanım, 1916-cı ildə isə Ağa Mehti dünyaya gəlmişlər. Dövlət arxiv məlumatlarından əldə edə bilmədiyi üçün X2 anasının X65 olması, X23 X40 bacısı olması, Həbib Hacıbaba oğlunun X40 qardaşı olması, X47 X40 bacısı qızı olması, X55 X40 bacısı oğlu olması barədə faktın təsdiq olunmasına dair qətnamə qəbul edilməsi barədə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişəm və Səbail rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən – X2 anasının X65 olması hissəsində təmin olunmuş, qalan hissədə təmin olunmamışdır. Tərəfindən həmin qətnamənin təmin olunmayan hissəsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-998/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-l608/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ərizənin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə ərizə qismən təmin edilərək, Həbib Hacıbaba oğlunun X40 qardaşı olması, X47 X40 bacısı qızı olması, X55 X40 bacısı oğlu olması barədə qohumluq faktının təsdiq olunması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsində qeyd olunmuşdur ki, “37. Qeyd edilən hallar hazır ki ərizə üzrə onların ərizəçinin ulu nənəsi X65 ilə qohumluq faktının müəyyən edilməsini təsdiq etmiş olur. Bu, isə ərizəçiyə digər şəxslərin payları üzrə vərəsəlik hüququnun yaranmasına əsas verir. Belə ki, qeyd edildiyi kimi, ərizəçi ulu nənəsi X45 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların vərəsəsidir. 38. X23 X40 bacısı olmasına dair münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə ərizəni təmin etməyən birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, şahid X66 ərizəçinin ulu nənəsi Fatmaxanım Hacıbaba qızının bacısı X23 nəticəsidir. Yəni, ərizəçinin özündən əvvəl növbəlilik üzrə vərəsəsi mövcuddur. 39. Göründüyü kimi, ərizədə göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır”. Qanuni qüvvəyə minmiş qətnamədən də göründüyü kimi, bəhs olunan qohumluq faktları həmin şəxslərin (X40, Həbib Hacıbaba oğlunun, X47, X55) paylarına ərizəçi- Ərizəçi vərəsəlik hüququ olduğu üçün tanınmışdır. Məsələn, X23 payına ərizəçinin özündən əvvəl növbəlilik üzrə vərəsəsi (nəticəsi Dilarə) mövcud olduğundan ona münasibətdə qohumluq faktı tanınmamışdır. Bir daha qeyd edir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi tarixsiz olaraq Cəvahir X91, X39, X45, X57, X64 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. Bunlardan X59nın payını bibisi Mənzər 46 saylı notariat kontoruna müraciət edərək 2005-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əldə etmiş, digər paylar isə qalmışdır. Digər payçılarla olan qohumluq əlaqəsi Bakı Apellyasiya Məhkəməsinin əlavə etdiyi icra vərəqələrinə əsasən müəyyən olunmuşdur. Əlavə etdiyi sənədlərdən də görünür ki, o, həmin ünvana daimi qeydiyyatdadır. Bu səbəblərdən hesab edir ki, notariat kontoru bu ərizəsini qəbul edərək onun X45, X57, X64 və Həbib Hacıbaba oğluna münasibətdə vərəsə kimi tanıyaraq onlara məxsus payları qəbul etməsini nəzərə alıb, müvafiq şəhadətnamə verilməsini təmin etməli idi. Fatma xanımın payını o, 1962-ci ildə rəhmətə gedəndə babası Ələsgər sağ olmadığı üçün atası İsmayıl qəbul etmiş, o, rəhmətə gedəndə isə həmin pay onun tərəfindən qəbul olunmuşdur. Həbib Hacıbaba oğlu vəfat edəndən sonra onun payı Fatma xanım tərəfindən qəbul olunmuş, yuxarıda qeyd etdiyi kimi, o da rəhmətə gedəndən sonra atası İsmayıl və o rəhmətə gedəndən sonra isə onun tərəfindən qəbul olunmuşdur. X79 rəhmətə gedəndən sonra onun payını bacısı X74 qəbul etmiş, Sona xanım 1967-ci ildə rəhmətə getdikdən sonra isə bu payları onun xalası oğlu Ələsgərin oğlu İsmayıl (atası) qəbul etmişdir. MM-nin 1159.5ci maddəsinə əsasən (xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları) atası İsmayıl Sona xanımın payları üzrə beşinci növbədən olan vərəsə olmuşdur. Zəruri olaraq vurğulayır ki, 2005-ci ildə 46 saylı notariat kontorunda bibisi Mənzərə ulu nənələri Gülsümün payına vərəsəlik şəhadətnaməsi verilmişdir. Məlum olduğu kimi, Gülsümün qızı Kubra xanım Novruz qızı babaları Ələsgərlə evli olub, nənələri olub və həmin ünvanda yaşayıblar. Bu səbəbdən də notariat Gülsümün payının bibisi tərəfindən nənələri Kübraxanım vasitəsilə faktiki qəbul olunması nəzərə alınaraq şəhadətnamə verilmişdir. Hazırda da bu müraciətlə tərəfindən eyni qaydada babası vasitəsilə ulu nənəsindən qalmış miras əmlakının tərəfindən qəbul olunması xahiş olunur. Bütün bu qeyd etdikləri qanunvericiliyin müddəaları və daha əvvəldə ifadə etdikləri işin faktiki halları onu deməyə əsas verir ki, 1962-ci ildə Fatmaxanımın ölümü ilə miras açılmış, həmin mirası faktiki olaraq (birinci növbədən vərəsəsi olacaq oğlu - babası Ələsgər sağ olmadığı üçün) atası İsmayıl qəbul etmişdir. Göründüyü kimi, nənəsi Fatmaxanımın öldüyü tarixdən yeganə faktiki qəbul edən vərəsə olduğu üçün İsmayıl bu payın yeganə mülkiyyətçisi olmuşdur. 2001-ci ildə atası İsmayılın ölümü ilə miras açılmış və birinci növbə vərəsə kimi, miras tərəfindən qəbul olunmuşdur. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin qeyd etdiyi qətnaməsindən görünür ki, mülkiyyətçilərdən olan X21 Hacıbaba qızının qardaşı olmuşdur. Həmin mülki iş üzrə şahid ifadələrindən də görünür ki, o XX əsrin lap əvvəllərində 19 yaşında ikən vəfat etmişdir. Ailənin yeganə oğlan övladı o olmuş və onun vəfatından sonra ata yurdunda Fatmaxanım qalmışdır. Həbib Hacıbaba oğlunun ölümü ilə miras açılmış, həmin mirası faktiki olaraq bacısı Fatmaxanım qəbul etmiş, Fatmaxanımdan sonra, yuxarıda qeyd etdiyi kimi, onun mirasını nəvəsi İsmayıl qəbul etmiş, ondan da bu mirası o, qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd etdiyi qətnaməsindən görünür ki, mülkiyyətçilərdən olan X79 (şahid ifadələrinə əsasən) X29yıtmamış, onun miras payını faktiki olaraq bacısı X74 qəbul etmişdir. Sona xanımın 1967-ci ildə ölümü ilə miras açılmış və bu mirası onun xalası oğlu Ələsgərin oğlu İsmayıl (atası) qəbul etmişdir. Çünki, Sonaxanım öləndə həmin yurdda yaşayan xalası Fatmaxanım sağ deyildi. Bu səbəbdən MM-nin 1159.5-ci maddəsinə əsasən (xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları) atası İsmayıl Sona xanımın payları üzrə beşinci növbədən olan vərəsə olmuşdur. Mülkiyyətçilərdən olan Həbib Hacıbaba oğlunun, X55, Sonaxanım Əsədulla qızının, Fatmaxanım Hacıbaba qızının miras paylarını yuxarıda göstərdiyi şəkildə o, qəbul etmiş və bütöv miras əmlakı hazıradək qorunub saxlanılmışdır. Onun bibisi Mənzər (2024-cü ildə ölmüşdür) bu paylardan sadəcə Gülsüm Hacıbaba qızının payını faktiki qəbul etmişdir. İş materiallarından göründüyü kimi, tərəfindən əldə edə bildiyi və hazırkı iş üçün zəruri olan sənədləri maraqlı şəxsə təqdim etmiş, digər tələb olunan sənədlər (ölüm haqqında və doğum haqqında şəhadətnamələr, ailə tərkibi haqqında arayışlar və s.) əldə etmək mümkün olmamışdır. Maraqlı şəxs sorğu vasitəsilə bunları əldə etməyə imkanı olduğu halda bunu etməmişdir. İş materiallarına əlavə etdiyi xx.xx.2025-ci il tarixli 1 saylı Notariat ofisinin məktubundan görünür ki, əldə edilməsi tərəfindən mümkün olmayan sənədlərin təqdim olunması ondan tələb olunur və bu mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 26 dekabr 2023-cü ildə qəbul etdiyi Qərarında məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandıncı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etsə də, bunun mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsinə qərar vermişdir. Demək ki, bəhs olunan Qərarın tələbinə görə hazırkı işə bu Qərarın tələblərinə uyğun olaraq deyil, əvvəl mövcud olmuş qanunvericilik tələblərinə əsasən baxılmalıdır. Həmin əsaslar da yuxarıda sadaladığı kimi, hazırkı miras paylarının onun tərəfindən faktiki qəbul olunduğunu deməyə əsas verir. İşin hallarından göründüyü kimi, tərəflərindən notariat orqanına bu barədə müraciət olunmuş, lakin, imtina verilmişdir. Bu səbəbdən hesab edir ki, hazırkı xahişin məhkəmə yolu ilə təmin olunması qaçılmazdır. Bütün bu qeyd olunanlara və aşağıda sadalanan qanunvericilik müddəalarına əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. Daha əvvəl eyni xahişlə məhkəməyə müraciət olunmuş və Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin mülki iş baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə aparılmış araşdırma zamanı da Həbib Hacıbaba oğlunun və X55 ölümləri ilə bağlı məlumat əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən mirasın faktiki qəbul olunması ilə yanaşı onların ölümlərinin qeydə alınması faktının da müəyyən olunmasına hazırda zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı: -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun və X55 ölümlərinin qeydə alınması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun miras qalmış payının bacısı X65 tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X46 miras qalmış payın bacısı Sonaxanım Əsədulla qızı tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Fatmaxanım Hacıbaba qızından miras qalmış payların nəvəsi X26 tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X74ndan miras qalmış payların X26 tərəfindən qəbul olunması faktının, -X6 miras qalmış Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evin 4/6 (altıda dörd) hissəsi paylarının Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi AR MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək: -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun 1923-cü ildə ünvan 3 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X55 1944-cü ildə X62 iştirakı zamanı Rusiya Sovet Sosialist Respublikasının ərazisində ölümünün qeydə alınması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun miras qalmış payının bacısı X65 tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X46 miras qalmış payın bacısı Sonaxanım Əsədulla qızı tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Fatmaxanım Hacıbaba qızından miras qalmış payların nəvəsi X26 tərəfindən qəbul olunması faktının, -Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X74ndan miras qalmış payların X26 tərəfindən qəbul olunması faktının, -X6 miras qalmış Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evin 4/6 (altıda dörd) hissəsi paylarının Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilin izahatını və şahid ifadələrini dinləyib, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1608/2024 saylı mülki iş üzrə dindirilmiş şahid ifadələrini elan edib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X56 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən 20 saylı evdə Ərizəçi, onun valideynlərinin və Mənzər xanımın yaşamasını görmüşdür. Mənzər xanımla onun nənəsi rəfiqə olmuşlar. Həmin ailə ilə yaxın münasibətdə olmuşlar. Həmin evdə digər şəxslərin yaşamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən 20 saylı evdə Ərizəçi, onun valideynlərinin və Mənzər xanımın yaşamasını görmüşdür. İş üzrə Respublika VVA arxivi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 933 nömrəli arayışın surətindən görünür ki, X16 və Kubra Novruz qızının nikahı xx.xx.1929-cu il tarixdə 247 No-li aktın qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə Respublika VVA arxivi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 932 nömrəli arayışın surətindən görünür ki, X31 xx.xx.1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1930-cü il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsində 2059 No-li doğum haqqında aktın qeydi tərtib olunmuşdur. Atası X16, anası X32r. İş üzrə evlənmək haqqında şəhadətnaməsinin surətindən görünür ki, X31 ilə X33 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2761 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X26, ana qrafasında X43 göstərilmişdir. İş üzrə xx.xx.1954-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.1951-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1951-ci ildə 391 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X25 xx.xx.1962-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1962-ci ildə 421 No ilə qeyd edilmişdir. İş üzrə ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.1967-ci ildə Bakı şəhərində ölmüşdür. İş üzrə ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 1958-ci ildə Bakı şəhərində ölmüşdür. İş üzrə ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Hüseynova Kübra X37 xx.xx.1991-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 634 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X26 xx.xx.2001-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 919 No ilə qeyd edilmişdir. İş üzrə MKİS tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 260 nömrəli arayışın surətindən görünür ki, X61 Qala küçəsi, 22 No-li evin , ev/x No-li mənzilində pasport qeydiyyatındadır, xx.xx.1929-cu il tarixli 144 No-li evlər şöbəsinin məlumat kitabı adına olub, rəhmətə gedənə qəbər bu ünvanda yaşayıb, qonşuların aktına əsasən. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriya 035442 nömrəli, xx.xx.2005-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 20 saylı evi paylı mülkiyyət hüququ üzrə X12 (1/6 hissə), X20 (1/6 hissə), X38 (1/6 hissə), X47 (1/6 hissə), X83 (1/6 hissə), X55 (1/6 hissə) adlarına qeydiyyat alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1941-1945-ci illərdə X62 itkin düşmüş və vəfat etmiş şəxslərin sənədləri arxivə dövlət mühafizəsinə verilmədiyindən, Ahamehdi Əsədulla oğlu barədə axtarışın aparılması imkanları xaricindədir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi babası X2 anasının X65 olması faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin mülki iş üzrə dindirilmiş şahid X48 ifadəsində göstərmişdir ki, Həbib Hacıbaba oğlu xəstəlikdən cavan 19 yaşında dünyasını dəyişmiş, Ağa Mehti və Hacıbala müharibəyə gedib qayıtmamışlar. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 998/2025 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə ərizənin qismən təmin edilməsi, Həbib Hacıbaba oğlunun X40 qardaşı olması, X47 X40 bacısı qızı olması, X55 X40 bacısı oğlu olması barədə qohumluq faktının təsdiq olunması qət edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, hüquqi əhəmiyyətli olan ölüm və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Мəhkəmə ilk növbədə ərizədə göstərilən tələblərin hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi tarixsiz olaraq Cəvahir X91, X39, X41, X57, X64, və X92 məxsus olmuşdur. X39 məxsus olan 1/6 hissə pay qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ərizəçinin bibisi X12 adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi ilə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi bərabər paylarla (hərəsi 1/6 pay) X12, X20, X38, X47, X83, X55 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ərizəçinin atası X31 olmuş, anası X34r. Ərizəçinin atası xx.xx.1930-cu il təvəllüdlü X13 atası (ərizəçinin babası) X19, anası X49 olmuşdur. Kübra Hüseynova payçılardan biri olmuş X59nın övladı olmuşdur. Digər payçı X60 ərizəçinin babası X3 anası olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, paylı mülkiyyətçilərdən biri Cəvahir X102 və Həbib Hacıbaba oğlu ərizəçinin atası İsmayıl Hüseynovun nənəsi X38 bacı və qardaşı olmuşlar. Digər payçılar X74 və X79 ərizəçinin babası X3 xalası uşaqları olmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin babası (ata xətti üzrə) X16 1958-ci ildə, babasının anası X65 xx.xx.1962-ci ildə, yəni oğlu Ələskərin vəfatından sonra vəfat etmişdir. X14 xx.xx.1967-ci ildə, ərizəçinin nənəsi (ata xətti üzrə) Hüseynova Kübra X37 xx.xx.1991-ci ildə, ərizəçinin atası X24 xx.xx.2001-ci ildə vəfat etmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ərizəçinin babası X3 anasının X65 olması müəyyən edilmiş, Həbib Hacıbaba oğlunun X40 qardaşı olması, X47 X40 bacısı qızı olması, X55 X40 bacısı oğlu olması barədə qohumluq faktı təsdiq edilmişdir. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun 1923-cü ildə ünvan 5 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X55 1944-cü ildə X62 iştirakı zamanı Rusiya Sovet Sosialist Respublikasının ərazisində ölümünün qeydə alınması faktının, Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun miras qalmış payının bacısı X65 tərəfindən qəbul olunması faktının, Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X46 miras qalmış payın bacısı Sonaxanım Əsədulla qızı tərəfindən qəbul olunması faktının, Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Fatmaxanım Hacıbaba qızından miras qalmış payların nəvəsi X26 tərəfindən qəbul olunması faktının, Səbail rayonu, Kiçik Qala küçəsi, 20 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X74ndan miras qalmış payların X26 tərəfindən qəbul olunması faktının, X6 miras qalmış Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evin 4/6 hissəsi paylarının onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, miras qoyanlar Həbib Hacıbaba oğlu 1923-cü ildə Bakı şəhərində, X79 1944-cü ildə X62 iştirakı zamanı Rusiya Sovet Sosialist Respublikasının ərazisində vəfat etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, miras qoyanlar Həbib Hacıbaba oğlunun və X55 ölüm haqqında akt qeydləri aşkar edilmədiyindən, həmçinin miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sübutların əldə edilməsi mümkün olmadığından, ərizəçinin notariat kontorunda miras əmlaka dair vərəsəlik hüquqlarının tanınması mümkün olmamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, miras qoyanlar Həbib Hacıbaba oğlunun və X55 ölüm haqqında akt qeydləri tapılmadığından, onlardan miras qalmış əmlaka mirasın açılması faktının müəyyən edilməsi mümkün olmamışdır. Lakin məhkəmə elan edilmiş şahid ifadələrini mötəbər sübut kimi qəbul edərək, həmçinin həmin faktın müəyyən edilməsini ərizəçi üçün miras əmlaka vərəsəlik hüquqlarının tanınması üçün lazım olmasını nəzərə alaraq hesab edir ki, ərizə Həbib Hacıbaba oğlu 1923-cü ildə Bakı şəhərində, X79 1944-cü ildə X62 iştirakı zamanı Rusiya Sovet Sosialist Respublikasının ərazisində vəfat etmələri faktının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat qaydası»nın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə ərizəçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən 20 saylı evin paylı mülkiyyətçiləri Cəvahir X102, X59, X60, X74, X79 və X103 müxtəlif vaxtlarda vəfat etmişlər və onların ölümü ilə əlaqədar həmin ev üzrə miras açılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Fatmaxanım Hacıbaba qızının qardaşı Həbib Hacıbaba oğlunun 19 yaşında (1923-cü ildə) vəfatından sonra mübahisəli evdə X65 yaşamışdır, Həbib Hacıbaba oğlunun ölümü ilə miras açılmış, həmin mirası faktiki olaraq bacısı Fatmaxanım qəbul etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, paylı mülkiyyətçilərdən olan X29yıtmamış X55 miras payını faktiki olaraq bacısı X74 qəbul etmiş, paylı mülkiyyətçilərdən olan X40 ölümündən sonra (1962-ci ildə) onun mirasını nəvəsi X31 qəbul etmiş, paylı mülkiyyətçilərdən olan X47 (1967-ci ildə) ölümü ilə miras açılmış və bu mirası vərəsə X2 oğlu X31 qəbul etmiş, X13 ölümündən sonra (2001-ci ildə) mirası faktiki olaraq ərizəçi qəbul etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası miras qalmış əmlakı faktiki olaraq qəbul etsə də, həmin əmlaka vərəsəlik hüququnu rəsmiləşdirməmişdir. Məhkəmə qeyd edir ki, miras qoyanlardan Həbib Hacıbaba oğlu, X79 və X65 1965-ci ildən əvvəl vəfat etdiklərindən, onlardan miras qalmış miras əmlaka dair ərizəçinin tələbinə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin müdədaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 307.2.9 maddəsinə əsasən mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir. Göstərilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16 iyun 1923-cü il tarixdə qəbul edilmiş və xx.xx.1965-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr – uşaqlar, ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından heç kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına keçir, axırıncılar vəfat etidkdə isə,onların uşaqlarına keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata anası, onlar olmadıqda isə qardaş bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Göstərilən Məcəllənin 501-ci maddəsinə əsasən vərəsələr elan vermək vasitəsilə və ya başqa üsullarla çağırılmırlar, lakin notariat orqanı vərəsəlik açılan yerdə, irs buraxan şəxsin vəfat etməsi haqqında məlumat alan kimi, dərhal vərəsəliyin qorunması üçün tədbir görür. Vərəsəliyin qorunması üzrə tədbirlər bütün vərəsələrin gəldiyi vaxtadək, lakin 6 aydan yuxarı olmayaraq davam edir. Məhkəmə qeyd edir ki, miras qoyanlar - Həbib Hacıbaba oğlunun 1923-cü ildə, X55 1944-cü ildə və X40 1962-ci ildə vəfat etdiyi vaxt xx.xx.1923-cü il tarixli Mülki Məcəllə qüvvədə olduğundan, onların vərəsəsi olan, iş üzrə ərizəçinin atası miras əmlaka həmin Məcəllənin müddəaları baxımından hüquq əldə etmişdir. Yəni miras qoyanların vəfat etməsindən sonra onların vərəsəsi tərəfindən miras əmlakdan hər hansı bir imtinası olmadığından, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından ərizəçinin atası beşinci növbəli vərəsəsi olmaqla miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və həmin əmlaka vərəsəlik hüququ əldə etmişdir. Lakin ərizəçinin atası vərəsəlik hüququ əldə etmiş əmlakı öz adına rəsmiləşdirmədiyindən, onun vəfat etməsi ilə miras əmlaka yenidən miras açılmış və ərizəçi yuxarıda göstərilən miras qoyanlardan qalmış və atası tərəfindən qəbul edilmiş əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, miras qoyanlardan X74 1967-ci ildə vəfat etdiyindən onun vərəsəsi olan, iş üzrə ərizəçinin atası 1965-ci il tarixdən qüvvəyə minən Mülki Məcəlləsinin müddəaları baxımından miras əmlaka dair hüquq əldə etmişdir. xx.xx.1965-ci ildə qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan AR Mülki Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Eyni Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Qanunun 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəlik ağıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş sayılır. Bu maddədə göstərilən hərəkətlər altı ay ərzində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yəni məhkəmə izah edir ki, mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davamt etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüffatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərdən biri də miras qoyanın əmlakı ilə bağlı vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək aiddir. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətçilərdən olan X39 məxsus olan pay, yəni mübahisəli evin 1/6 hissəsi Bakı şəhəri 48 saylı DNK-nın xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ərizəçinin bibisi X12 adına qeydiyyata alınmışdır. X35 2024-cü ildə vəfat etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından ərizəçinin atasının vəfat etməsindən sonra miras əmlaka yenidən vərəsəlik açılmış və həmin miras qalmış əmlak ərizəçi tərəfindən qəbul edilərək hal-hazıradək onun faktiki sahibliyində və ifadəçiliyindədir. Yəni faktiki olaraq əirzəçinin atası tərəfindən miras əmlaka qəbul edilmiş vərəsəlik hüququ ərizəçiyə keçmişdir. Azərbaycan Respublikası qüvvədə olan Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cu maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edilən Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülmiəsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göstərilən Məcəllənin 1255-ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Beləliklə məhkəmə ərizəçinin miras qalmış əmlakı faktiki olaraq qəbul etməsini, hal-hazırda həmin əmlakın onun faktiki istifadəsində və sahibliyində olmasını nəzərə alaraq hesab edir ki, ərizəçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbləri də əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun 1923-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X55 1944-cü ildə X62 iştirakı zamanı Rusiya Sovet Sosialist Respublikasının ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə bu hissələrdə qeydiyyat şöbəsi tərəfindən Həbib Hacıbaba oğlunun və X55 adlarına ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan Həbib Hacıbaba oğlunun miras qalmış payının bacısı X65 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X46 miras qalmış payın bacısı X74 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X36 miras qalmış payların nəvəsi X26 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən evin tarixsiz olaraq paylı mülkiyyətçilərindən olan X74ndan miras qalmış payların X26 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X6 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evin 4/6 hissəsi paylarının Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar