Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-181/2026 12.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum atası X6 xx.xx.1940-cı il tarixində Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuşdur. Atası xx.xx.2025-ci il tarixdə ürək tutması səbəbindən Bakı şəhərində dünyasını dəyişmişdir. Doğum haqqında akt qeyd kitabında doğum tarixi xx.xx.1940-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuşdur. X11 M.Xəlil oğlu 1909-cu ildə Noraşen rayon Siyaqut kəndində anadan olmuşdur. Nənəsi isə X2 1923-cü ildə Noraşen rayon Siyaqut kəndində anadan olmuşdur. Vərəsəlik qaydasında atasının bank hesabında olan məbləğin götürülməsi üçün doğum haqqında şəhadətnaməyə ehtiyacları var. Lakin naməlum səbəbdən atasının doğum haqqında şəhadətnaməsi itmişdir. Atasının doğum haqqında şəhadətnaməsini almaq üçün 09 iyun 2025-ci il tarixdə ərizə yazaraq 7 saylı Bakı Asan Xidmət mərkəzi vasitəsilə Azərbaycan Respublikası Naxçıvan Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən müraciətinə 20 iyun 2025-ci il tarixində cavab olaraq atası X3 doğum haqqında akt qeydinə rast gəlinmədiyi bildirilmişdir. Doğum haqqında akt qeyd kitabında doğum tarixi xx.xx.1940-cı il tarixində Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuşdur. X12 M.Xəlil oğlu 1909-cu ildə Noraşen rayon Siyaqut kəndində doğulub. X1 1923-cü ildə Noraşen rayon Siyaqut kəndində anadan olmuşdur. Göstərilənləri nəzərə alaraq xx.xx.1940-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum aktı qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, atasının bank hesabında olan pulunu çıxarmaq üçün atasının doğum şəhadətnaməsinin təqdim edilməsi tələb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı qızıdır. Mahmud onun doğma qardaşıdır. Mahmud xx.xx.1940-cı ildə Naxçıvan MR Şərur rayonu, Siyaqut kəndində anadan olmuşdur. Atalarının adı Mahmudov Əli M.Xəlil oğlu 1909-cu il təvəllüdlü olmuşdur, milliyyəti azərbaycanlıdır, anaları X2 1923-cü ildə anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. Mahmud onun həyat yoldaşı olmuşdur. Hər il Mahmudun ad gününün mart ayının 13-də qeyd etmişlər, Mahmud xx.xx.1940-cı ildə anadan olmuşdur, qaynatasının adı Mahmudov Əli M.Xəlil oğlu, qaynanasının adı X2 olmuşdur. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1940-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş üzrə Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən 13 mart 1940-ci ildə Şərur rayon Siyaqut kəndində anadan olmuş X3 doğumu barəsində Şərur rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar edilməmiş, arxiv məlumatları Şərur rayon qeydiyyat şöbəsinin 1946-2025-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 1946-cı ildən 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş üzrə Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-NDA/1- 2-M-2-57/2025 No-li məktubun surətindən görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə edilən Naxçıvan MR Ədliyyə Nazirliyi Şərur rayonu, Siyaqut kəndi üzrə üzrə 1940-cı ilə aid doğum haqqında akt qeydləri kitabında X3 doğum haqqında akt qeydinə rast gəlinməmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1940-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnaməni itirmiş və doğum haqqında şəhadətnaməni almaq üçün Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsinə müraciət etsə də, Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsində 1946-2025-ci illər üzrə araşdırma aparılmış, Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsində X3 xx.xx.1940-cı ildə anadan olması barəsində doğum haqqında akt qeydi aşkar edilmədiyi üçün ona doğum şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Ərizəçiyə izah edilmişdir ki, doğum haqqında akt qeydlərinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1940-cı ildə anadan olsa da və onun doğum haqqında akt qeydi icra olunsa da, hazırda onun doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi haqlı olaraq doğumun qeyd edilmə faktının müəyyən edilməsi və doğum akt qeydlərinin bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid ifadəsi və digər sübutlarla ərizəçinin xx.xx.1940-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olması faktı təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Siyaqut kəndində anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi 13 mart 1940-cı il, doğulduğu yeri Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Siyaqut kəndi, ata qrafasında – Mahmudov Əli M.Xəlil oğlu (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-181/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-181/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver