Məhkəmə qərarları › İş №2(5-102)-37/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-37/2026

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-37/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Əliyev X8 rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Megri rayonunda anadan olmuş, doğumun qeyd edilmə faktının müəyyən edilməsi və ata adı X6, ana adı X12 göstərilməklə adına doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Megri rayonu, Aldərə kəndində anadan olmuşdur. X2, anası X7r. Ermənistandan qaçqın düşmüşlər. Həmin vaxt bir sıra sənədlərlə birlikdə onun doğum haqqında şəhadətnaməsi də itmişdir. Onun doğum qeyd edilmə faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin cavab məktubu ilə onun doğulma faktının Qeydiyyat İdarəsi tərəfindən həyata keçirilməsinin qeyri-mümkünlüyü bildirilmiş və məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. Qeyd etmək istəyir ki, gələcəkdə təqaüdə çıxmağı ilə əlaqədar və ya adına olan mənzilin vərəsələr dairəsini müəyyən etmək üçün onun doğum haqqında şəhadətnaməsi tələb olunur, lakin doğum şəhadətnaməsinin olmaması səbəbindən bu mümkün olmur. Hazırda isə onun doğum haqqında şəhadətnamənin onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin o, bu sənədi başqa cür əldə edə bilmir. Belə ki, arxiv materiallarında onun doğum akt qeydi aşkar edilməmişdir. Göründüyü kimi, onun üçün hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan Ərizəçi məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Ərizəçi müraciətdə Ermənistan Respublikasında doğulduğunuzu və doğum haqqınqda şəhadətnamənin itirdiyinizi bildirmisiniz. Qeyd edir ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən doğumun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Ərizəçi vətəndaş Ərizəçi doğum akt qeydinin bərpa edilməsini xahiş etmiş, müvafiq sənədləri təqdim etmədiyindən Ərizəçi doğumunun bərpa edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. -Erm SSR Meqri rayon Aldərə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 mart 1969-cu il təvəllüdlü X1 SSR Meqri rayon Aldərə kəndində anadan olmuş, ata qrafasında X6, milliyəti azərbaycanlı, ana qrafasında X12, milliyəti azərbaycanlı, qeyd edilmişdir. -Erm SSR Meqri rayon Aldərə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 891161 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 oktyabr 1965-ci il təvəllüdlü X3 SSR Meqri rayon Aldərə kəndində anadan olmuş, ata qrafasında X6, milliyəti azərbaycanlı, ana qrafasında X12, milliyəti azərbaycanlı, qeyd edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 1040 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 518424 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 1040 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 518424 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. -1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 1375 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 893320 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixində Ermənistan Respublikasının Megri rayonunda anadan olmuşdur. Qeyd edilən xüsusatlar tədqiq edilmiş sübutlarla, o cümlədən Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin və digər rəsmi sənədlərin surətində olan məlumatlarla öz təsdiqini tapır. Məhkəmə, həmçinin ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ona məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. İş materiallarında olan ərizəçinin bacılarına məxsus doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 29 mart 1969-cu il təvəllüdlü X1 SSR Meqri rayon Aldərə kəndində anadan olmuş, ata qrafasında X6, milliyəti azərbaycanlı, ana qrafasında X12, milliyəti azərbaycanlı, qeyd edilmişdir. 03 oktyabr 1965-ci il təvəllüdlü X3 SSR Meqri rayon Aldərə kəndində anadan olmuş, ata qrafasında X6, milliyəti azərbaycanlı, ana qrafasında X12, milliyəti azərbaycanlı, qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Megri rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Megri rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X12 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4- cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Megri rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X12 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar