Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-302/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı, Ərizəçi (SOCAR Maraqlı şəxs2 və Qazçıxarma İdarəsi və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) sənədin düzəlişə qədərki vəziyyətdə oxunmasına dair ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (SOCAR Maraqlı şəxs2 və Qazçıxarma İdarəsi və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 22 oktyabr *987-ci il tarixli 2 saylı protokolundan çıxarışda sonradan əlavə edilmiş “Г 29” yazısının olmadan düzəlişə qədərki vəziyyətdə oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, "Qum adası" NQÇİ-nin nəzdində "Qum adası" bağçılıq-yoldaşlıq cəmiyyətinin "Bahar" bağçılıq 500 kv. m, 22 oktyabr *987-ci il tarixli qərarla 27 saylı bağ sahəsi Ərizəçi ayrlmışdır. 2000-ci illərdən bağ sahəsini sənədləşdirmək istədi.Lakin bağ sahəsinin nömrəsinin 27 yox 29 olması bildirildi. ***60*0669 N2İİ *7.02.20*6-ci il tarixli bildirişdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsi imtina verərək, sözü gedən protokoldan çıxarışda bağ sahəsinin nömrəsinin qeyd edilmədiyi göstərilib. Üzvlük kitabçasında 27 rəqəmini düzəliş edərək, 29 etdi, Digər sənəd protokolda isə boş qrafaya 29 rəqəmlərinin əlavə etdi. Düzəlişlər etməyinə baxmayaraq, 3- 4 ildən bir müracətlər etməyinə rəğmən bağ sahəsinə dair heç bir qeydiyyat aparılmasına nail ola bilmədi. Nəhayət sənədlər barədə məlumat verilməsilə bağlı 30*0.2025-ci il tarixli müraciətinə *8.**.2025-ci ildə 2025-ci ildə ""Qum adası" NQÇİ- nin "Bahar"bağçılıq, yoldaşlıq birliyinin arxiş qovluğunda mövcud olan siyahısında Ərizəçi adı göstərilmiş, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin, Bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış, order və s.) idarənin arxivində aşkar edilməmişdir" kimi cavab verilmişdir. Çıxarış verilməsilə bağlı yenidən reyestr xidmətinə müraciət etsə də, bu dəfə də sənəd də düzəliş olmasına istinad edilərək, *9/*2/2025-ci il tarixli imtina verildi. İmtina cavabında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun **.2 və *5-ci maddələrinə əsaslanaraq, "üzvlük kitabçasında bağın nömrəsi "27" qeyd edilsə də, 22.*0.*987-ci il tarixli 02 nömrəli protokoldan çıxarışda bağın nömrəsində təsdiqlənməmiş düzəliş edilərək,"Q"29 kimi göstərilmişdir. İş üzrə təqdim edilmiş sübutlardan görünür ki, bağ sahəsi ilə bağlı eskizdə bağ sahəsi 27 kimi, "üzvlük kitabçasında düzəliş olsa da 27 kimi qəbul edilmişdir. Düzəlişdən əvvəlki, protokoldan çıxarışda bağın nömrəsi qeyd edilməyib ki, bu da Reyestr xidmətinin *7.02.20*6-cı il tarixli cavabında öz təsdiqini tapmışdır. Göründüyü kimi təqdim edilən protokolun və vəsiqənin yenidən verilməsi və ya dəyişdirilməsi kimi imkanlar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305-307-ci maddələrinə əsasən hüquqi faktaların müəyyən edilməsi, ərizənin verilməsi, baxılması qaydaları göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə **4. Dövlət rüsumunun qaytarılması. **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə *5*. İddia ərizəsinin mümkünlüyü. *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; *53.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası. 306.*. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması. 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 nömrəli qərarı *.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. *.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Hazırki ərizədən və tələbdən aydın olur ki, ərizəçi daşınmaz əmlaka (qeyd etdiyi bağ sahəsinə) dair sənədin müvafiq düzəlişlər edilməzdən əvvəlki formasında oxunmasının müəyyən edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə nəzərə çatdırır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Bu mövqeni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi də bir daha təsdiq edir (307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir). Lakin, hazırkı iş üzrə tələbə - göstərilən sənədin müvafiq düzəlişlər edilməzdən əvvəlki formasında oxunması tələbinə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qismində baxılması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, qanunvericiliklə yalnız müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və yaxud xitamına səbəb olan faktların məhkəmə qaydasında müəyyən edilməsi imkanının imperativ formada təsbit edilməsi hüquqi əhəmiyyəti olmayan faktların məhkəmə qaydasında müəyyənləşdirilməsi imkanını istisna edərək, müvafiq hüquqi əhəmiyyəti olmayan faktların bu qaydada təsdiqinin yolverilməzliyinə işarə edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarından göründüyü kimi, ərizəçi qeyd olunan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etmiş və həmin müraciətə rəsmi şəkildə münasibət bildirilmişdir. Məhkəmə nəzərə çatdırır ki, inizibati orqanın həmin müraciətə rəsmi münasibətindən narazı qalındığı təqdirdə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin icraata qəbulundan imtina ilə bağlı ərizəçi X* tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (0*.05.2025-ci il tarixli, *790*88265 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *53.2.* və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (SOCAR Maraqlı şəxs2 və Qazçıxarma İdarəsi və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməkdən imtina edilsin, ərizə ərizəçiyə geri qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (2*.0*.2026-cı il tarixli, *94*089772 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin faktın müəyyən edilməsi ilə bağlı yenidən məhkəməyə müraciət etməyə mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(5-103)-302/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-302/2026
23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver