Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-964/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı Ərizəçi (Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi tələbi barədə xüsusi icraat qaydasında iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, müəyyənetdi. Ərizəçinin tələbi Ərizəçi (Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslərə münasibətdə verilmiş mühafizə orderinin müddətinin uzadılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəsini almış qərarı olduğu üçün ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul edilməməlidir. İstinad edilən prosessual hüquq norması iddia ərizəsinin məhkəmənin icraatına qəbulu zamanı iddianın mümkünlüyü anlayışı ilə birbaşa əlaqəli olub eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlərin yenidən məhkəmənin icraatına qəbulunun qarşısını almağa xidmət edir. Yəni, mülki mühakimə icraatı haqqında qanunvericiliyin bir tərəfdən eyni məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki işin mövcudluğu halında iddia ərizəsinin icraata qəbulu zamanı onunla bağlı müvafiq prosessual hərəkətləri (iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi) qadağan etməsi, digər tərəfdən artıq icraata qəbul edilmiş, lakin sonradan həmin məhkəmənin icraatında eyni əsaslar üzrə işin mövcudluğu halında ərizənin baxılmamış saxlanılma imkanını tanıması prosessual səmərəlilik və prosessual qənaət prinsiplərinin mahiyyəti üzrə uzlaşmır. Məhz bu halda, qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən qanunun norması tətbiq edilməklə məsələ öz həllini tapmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, ərizəçinin məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizəsi üzrə 2(010)-6392/2025 nömrəli mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Fəridə Rzayeva) icraatında olmuş və xx.xx.2025-ci il tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. Belə ki, həmin mülki iş üzrə ərizə təmin edilməmiş və qətnamə xx.xx.2026-cı il tarixdə qanuni qüvvəsini almışdır. Eyni zamanda, ərizəçi eyni tələb ilə xx.xx.2026-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2026-cı il tarixli, e-2(5-103)-591/2026 saylı qərardad ilə Ərizəçi (Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraat qaydasında ərizəsinin icraata qəbulundan imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Odur ki, ərizə həmin maraqlı şəxslərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən verildiyindən ərizənin yolverilməzliyinə görə icraata qəbuldan imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraat qaydasında ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin maraqlı şəxslərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(5-103)-964/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-964/2026
04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver