Məhkəmə qərarları › İş №2(5-104)-638/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-638/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-638/2026 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 249002 nömrəli müqavilə əsasında istifadə və sahibliyinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokunun/girişinin 14-cü mərtəbəsindən (yaşayış mərtəbəsindən hesablanmaqla) yerləşən 2 otaqlı, 78,3 kv2m sahəli, 249 nömrəli mənzilin təhvil-təslim aktının və həmin mənzilə dair plan-sxemin cavabdehin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsindən də göründüyü kimi, tələb ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokunun/girişinin 14-cü mərtəbəsindən (yaşayış mərtəbəsindən hesablanmaqla) yerləşən 2 otaqlı, 78,3 kv2m sahəli, 249 nömrəli mənzilin təhvil-təslim aktının və həmin mənzilə dair plan-sxemin cavabdehin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənmiş surətinin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İddia ərizəsində də qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 249002 nömrəli müqavilə bağlayaraq, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokunun/girişinin 14-cü mərtəbəsindən (yaşayış mərtəbəsindən hesablanmaqla) yerləşən 2 otaqlı, 78,3 kv2m sahəli, 249 nömrəli mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Müqaviləyə əsasən yaşayış sahəsinin dəyəri (58000 manat) müqavilə bağlanan gün iddiaçı tərəfindən tam ödənilmiş, bununla bağlı ona həmin tarixli müvafiq arayış da verilmişdir. 2023-2024-cü illərdə yaşayış binasının tikintisi başa çatmışdır və mənzil iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Hal-hazırda da, mənzil onun faktiki sahibliyindədir. Belə ki, hazırkı mübahisə müqavilədən əmələ gələn öhdəliklər üzrə olmaqla müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Qeyd edilən tələb müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Bu baxımdan, iddia ərizəsi mübahisəli daşınmaz əmlakın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2tusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin qeydiyyat ünvanı Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar