Məhkəmə qərarları › İş №2(5-104)-699/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-699/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-699/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayon qediyyat şöbəsi cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayon qediyyat şöbəsi cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Qaracəmirli İcra Nümayəndəliyi tərəfindən adına tərtib edilmiş 109 saylı xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “doğulduğu tarix” bəndində “xx.xx.1995 ci il”-dən “xx.xx.1995-ci il”-ə dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Muradova (Cahangirova) Səidə Sahil qızı xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində dünyaya gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, onun bütün sənədlərində (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) doğum tarixi xx.xx.1995-ci il qeyd edilmişdir. Atası vəfat etdikdən sonra mirasın qəbulu zamanı ona bildirilmişdir ki, Şəmkir rayonu Qaracmirli İcra Nümayəndəliyi tərəfindən onun adına tərtib edilmiş 109 saylı xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “doğulduğu tarix” bəndində xx.xx.1995-ci il tarixi qeyd edilmişdir. Bununla Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X2 müraciət etsə də, bundan imtina edilmiş və həmin qeydiyyat şöbəsinin xx.xx.2026-cı il tarixli cavab məktubunda izah verilmişdir ki, «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndində kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmirlər. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Şəmkir rayonu Qaracəmirli kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixində verilmiş, XX-ЖГ 350553 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1995-ci il tarixində Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixində 109 nömrə ilə qeyd edilmişdir. X1, anası X7r. İş materiallarında olan AZ-İİ 595724 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə xx xxxx 1995-ci il tarixli X3 nikahlarını xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3094 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Muradov”, arvada “Muradova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası xarici pasportunun surətinə əsasən Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan əmək kitabçasının surətinə əsasən Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şəmkir rayonu Qaracəmirli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1995-ci tarixli doğum haqqında bərpa akt qeydinə əsasən X3 xx.xx.1995-ci il tarixində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2025-ci il tarixli, 18-1-73/2- 1273/2025 nömrəli cavab məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü vətəndaş X4 uşaq dünyaya gətirməsi barəsində Şəmkir RMX-nin Arxiv bölməsində bu barədə hər hansı bir sənəd aşkarlanmamışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2026-cı il tarixli, 3-16-5/8-62-1136/25 nömrəli müraciətə cavab məktubuna əsasən müraciət əsasında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına anası X5 xx.xx.1995-ci il tarixdə qız uşağı dünyaya gətirib-gətirməməsi barədə sorğu göndərilmiş, lakin həmin qurum tərəfindən xx.xx.2025-ci il tarixli 18-1-73/2-1273/2025 saylı cavab məktubunda bildirildiyi kimi, Şəmkir RMX-nin Arxiv bölməsində bu barədə hər hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarında səhvlərin düzəldilməsi və dəyişiklik edilməsi yalnız kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verənin seçdiyi qeydiyyat orqanı və ya konsulluq tərəfindən həyata keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarında nəzərdə tutulmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən, kifayət qədər əsas olmadığı üçün Ərizəçi ərizəsi təmin edilə bilməz. Məsələnin müvafiq qaydada həll etmək üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuşdur. Hazırda Ərizəçi Şəmkir rayonu Qaracəmirli kənd İcra Nümayəndəliyi tərəfindən onun adına tərtib edilmiş 28 avqust 1995ci il tarixli, 109 saylı doğum haqqında akt qeydinin “doğulduğu tarix” hissəsində göstərilmiş 29 iyun 1995-ci il tarixinin xx xxxx 1995-ci il tarixi ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin izahatına və iş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi xx.xx.1995-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməli, ərizəçi doğum haqqında akt qeydlərində doğum tarixi xx.xx.1995-ci il göstərilməli və ona göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilsin, doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1995-ci il göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar