Məhkəmə qərarları › İş №2(5-105)-49/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(5-105)-49/2026

09.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-49/2026 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı borcun ləğv edilməsi və yenidən hesablanması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı borcun ləğv edilməsi və yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2 ha olan torpaq sahəsinin təyinatı üzrə yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) yerləşdiyi torpaqlar kimi tanınması və Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 23 saylı protokolunun 15 saylı qərarı ilə hesablanmış 2967 manat torpaq vergisi borcunun, 910,46 manat faiz məbləğinin və 300 manat maliyyə sanksiyasının ləğv edilməsi və verginin yenidən qanunauyğun şəkildə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki mübahisəyə mülki deyil, inzibati icraat qaydasında baxılmalıdır. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, İddiaçı aidiyyəti pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı borcun ləğv edilməsi və yenidən hesablanması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar