Məhkəmə qərarları › İş №2(5-106)-460/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-460/2026

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-460/2026 19.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Musayev Şahəli Calal oğlu, Ərizəçi mərhum anası X1 doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 aprel 1954-cü il tarixdə anadan olmuş, mərhum anası X1 doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizəçinin hüquqi marağı mərhum anası X2 məxsus doğum akt qeydinin bərpa olunmasından ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinin tələbinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2 və 2.2.3-cü maddələrinin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibat orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (və öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən hakim iddia ərizəsini əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini geri qaytarır. İş materiallarından görünür ki, iddiaçı inzibati mübahisələrin məhkəmə aidiyyəti qaydalarına əməl etməmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi 16 aprel 1954-cü il tarixdə anadan olmuş mərhum anası X1 doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə X3 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, kifayət qədər əsas olmadığı üçün mərhum anası X1 akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamışdır. Doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi ərizəsinin məzmunu əvvəllər mövcud olmuş akt qeydinin bərpa edilməsi öhtəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Əgər əvvəllər mərhum X1 doğum akt qeydi mövcud olmamışdırsa həmin vəziyyətdə ərizəçi doğum faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə ümumi qaydada məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd edilən ərizənin şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən (X3 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi) akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddialara aid olduğundan və mövcud mübahisə inzibati xarakterli olduğundan inzibati məhkəmə (Şirvan İnzibati Məhkəməsi) tərəfindən baxılmalı olduğunu hesab edir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ərizənin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Həmçinin izah edilir ki, ərizənin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada inzibati mübahisələrin məhkəmə aidiyyəti qaydalarına əməl etməklə ərazi aidiyyəti üzrə inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət edə bilər. Əgər mərhum X1 ümumiyyətlə əvvəllər doğum akt qeydi mövcud olmamışdırsa ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə ümumi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Həmçinin xx.xx.2026-cı il tarixdə 20556 nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü və 263-268-ci maddələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 2.2.2, 2.2.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi ümumi qaydada aidiyyəti üzrə inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə (Şirvan İnzibati Məhkəməsi) müraciət etmək hüququnun olması izah edilsin. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu (Əməliyyat İD: **********, qəbzin nömrəsi: 20556, terminal nömrəsi: K0153012, xx.xx.2026-cı il tarixli) Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar