Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-16/2026 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı işə bərpa və ötürülmüş əmək haqqının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 14 noyabr 2025-ci il tarixdə bağlanmış əmək müqaviləsinə verilmiş xitamın qanunsuz hesab edilməsi, iddiaçının əvvəlki iş yerinə, yəni Cavabdeh2 MMC–də böyük məsləhətçi vəzifəsinin bərpa olunması və iddiaçının qanunsuz olaraq işdən azad edildiyi tarixdən işə bərpa olunduğu tarixədək olan müddət üçün iş buraxmağa görə orta əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə qeyd olunan iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və ərizənin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə baxış iclasına gəlmədiyinə və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyinə, işdə iştirak edən cavabdehin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş İddiaçı məhkəmin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.5, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2 MMC-yə qarşı cavabdehlə aralarında 14 noyabr 2025-ci il tarixdə bağlanmış əmək müqaviləsinə verilmiş xitamın qanunsuz hesab edilməsi, iddiaçının əvvəlki iş yerinə, yəni Cavabdeh2 MMC –də böyük məsləhətçi vəzifəsinin bərpa olunması və iddiaçının qanunsuz olaraq işdən azad edildiyi tarixdən işə bərpa olunduğu tarixədək olan müddət üçün iş buraxmağa görə orta əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(5-107)-16/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-16/2026
02.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver