Məhkəmə qərarları › İş №2(5-107)-80/2026

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-80/2026

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-80/2026 03.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi /maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna/ hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər işləməsi, eləcə də 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 müdafiə batalyonunun tərkibində döyüşməsi faktının təsdiq olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Ərizəçi göstərmişdir ki, Ağdam rayonu İsmayılbəyli kənd sakini kimi məlum hadisələrlə əlaqədar olaraq 1993-cü il tarixdə məcburi köçkün olmuş və Sumqayıt şəhərində məskunlaşmışdır. xx xxxx 1955-ci ildə anadan olmuş və hazırda təqaüd yaşına çatmışdır. Ağdam rayonu işğal edilərkən bütün sənədlər orada qalmış və hazırda onun işləməsini təsdiq edən heç bir şəxsi və ya arxiv sənədi qalmamışdır. Lakin 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər işləmiş və bu faktı həmin vaxt onunla birlikdə həmin kənddə yaşamış və işləmiş şəxslər təsdiq edə bilərlər. Bundan əlavə 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 Müdafiə Batalyonunun tərkibində döyüşmüş və yaralanmışdır. Bu faktı şahidlər və komissarlığın rəsmi arayışı təsdiq edir. Belə olan halda həmin illər onun əmək stajına daxil edilməli və ona əmək pensiyası təyin edilməlidir. Lakin hazırda onun əlində əmək kitabçası və həmin illərdə kolxozda işləməyini təsdiq edən digər hüquqi sənədlər yoxdur. Lakin həmin vaxt onunla birlikdə həmin kolxozda işləmiş və hazırda əmək pensiyası alan bir çox şəxslər bunu təsdiq edə bilərlər. Hazırda məlum hadisələrlə əlaqədar kolxoza dair bütün sənədələr işğal zonasında qalaraq məhv olduğu üçün əmək stajını başqa yolla təsdiq etdirə bilən sənədlər təqdim edə bilmir və əmək stajının hüquqi faktın müəyyən edilməsindən başqa yolla müəyyən etdirə bilmir. Bu faktın müəyyən edilməsi isə ona əmək stajının təsdiq edilərək əmək pensiyası alması üçün zəruridir. Ona görə də bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. İş üzrə ərizəçiyə və maraqlı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər işləməsinə dair hissəsi baxılmamış saxlanılmalı, ərizənin 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 müdafiə batalyonunun tərkibində döyüşməsi faktının təsdiq olunmasına dair hisəssinin icraatına xitam verilməlidir. Belə ki, Ərizəçi hazırkı ərizəsi məhkəməyə 09 yanvar 2026-cı il tarixdə daxil olmuş, icraata qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edildikdən sonra araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçi bundan əvvəl də eyni tələblə, yəni 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər vəzifəsində işləməsi, eləcə də 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, X3 Müdafiə Batolyonunun tərkibində döyüşməsi faktının müəyyən edilməsi barədə 08 dekabr 2022-ci il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, həmin vaxt məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2023-cü il tarixli etiraz ərizəsi məhkəməyə daxil olduğundan /mübahisə olduğundan/ məhkəmənin 08 iyun 2023-cü il tarixli, 2(013)-1054/2023 saylı Qərardadı ilə ərizə baxılmamış saxlanılmış və həmçinin ərizəçiyə aiddiyyəti məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Buna baxmayaraq Ərizəçi eynilə həmin iddia ərizəsi /eyni ilə/ və eyni sənədlərlə hazırda həmin tələblər ilə əlaqədar olaraq təkrarən məhkəməyə müraciət etmişdir. Həqiqətən də bundan əvvəl baxılmış 2(013)-1054/2023 saylı mülki işin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə ərizəçinin ərizəsinə etiraz etdiklərini bildirmişlər və bu barədə yazılı etirazlarını məhkəməyə təqdim edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişlər, bu səbəbdən də ərizə Mülki Prosessual Məcəlləsinin 306.0.4-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. /MPM maddə 306.0.4 xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim X1 haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir/. Həmçinin hazırda məhkəməyə verilən ərizədən də görünür ki, Ərizəçi inzibati icraat qaydasında baxılmalı olan məsələni də /döyüşdə olması faktının təsdiq olunması barədə/ hazırkı ərizəsində qeyd etməklə iddia ərizəsinin forma və məzmununa dair MPM-nin tələblərini pozmuşdur. Hazırkı ərizə icraata qəbul edildiyindən, həmçinin yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hazırkı ərizəni, iş materiallarını və bundan əvvəl baxılmış 2(013)-1054/2023 saylı mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin Ərizəçi 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 müdafiə batalyonunun tərkibində döyüşməsi faktının təsdiq olunması hissəsinə isə xitam verilməli, digər hissəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.0.4-cu maddəsinə görə Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə hakim X1 haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsində qeyd olunur ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin «X1 Barədə Qanunverciliyin Məhkəmələr X2 Təcrübəsi Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 306.0.4-cu maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə hakim X1 haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin əmək stajının müəyyən edilməsi hissəsinin baxılmamış saxlanılması üçün qanuni əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının MPM-nin 260.4cü maddəsində nəzərdə tutulan nəticələri ərizəçiyə izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Ona görə də Ərizəçi ərizəsinin 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 müdafiə batalyonunun tərkibində döyüşməsi faktının təsdiq olunması hissəsi inzibati icraat qaydasında baxılmalı olduğundan həmin hissəyə xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260.1, 260.4, 261, 263-269cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ərizəsinin 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu X3 müdafiə batalyonunun tərkibində döyüşməsi faktının təsdiq olunması barədə hissəsinə xitam verilsin. Ərizəçiyə izah edilsin ki, əmək stajının müəyyən edilməsi ilə bağlı nöqsanları aradan qaldırıb ümumi əsaslarla aiddiyyəti üzrə məhkəməyə iddia vermək hüququ vardır, həmçinin döyüşdə olması faktı ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar