Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(5-108)-3/2026 26.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş Rayon Qolqəti kənd Bələdiyyəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа məhkəmə hazırlıq iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş Rayon Qolqəti kənd Bələdiyyəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən faktiki istifadəsinə aid torpaq sahəsinin onun adına mülkiyyət hüququ kimi tanınmasına dair qərar qəbul edilməsi, torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və onun daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması barədə aidiyyəti qurumlar qarşısında öhdəlik müəyyən edilməsi, məhkəmə xərcləri cavabdehin üzərinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazılıq iclasları 10 fevral 2026-cı il tarixə 10:45-ə və 26 fevral 2026-cı il tarixə saat 11:30-a təyin edilmişdir. Tərəflərə bu barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının 5.1-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə dəyişiklik edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı madəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266-269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağdaş Rayon Qolqəti kənd Bələdiyyəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumunun ödənilmədiyi nəzərə alınsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(5-108)-3/2026
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(5-108)-3/2026
26.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver