Məhkəmə qərarları › İş №2(5-110)-27/2026

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(5-110)-27/2026

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(5-110)-27/2026 07.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Ağsu Rayon Məhkəməsinin hakimi X3 Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl problemin həlli ilə bağlı maraqlı şəxsə müraciət etməmiş, bununla da işin məhkəməyədək həlli (pretenziya qaydasında həll etmə) qaydasına əməl etməmişdir. Belə ki, iddiaçı məzuniyyət günlərinə görə pul tələbinə dair cavabdehə müraciət etməmiş, əgər etmişdirsə, onun nəticəsi barədə məlumatı (ərizəsinin təmin edilib-edilməməsi barədə), həmçinin tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 149.2-ci maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4.) göstərilməlidir. 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı: müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) (150.1.6) əlavə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə (152.1.1); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə (152.1.6) geri qaytarır. İş materiallarına əlavə edilmiş ərizədə Ərizəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rkən ona bildirmişlər ki, yaşa görə deyil, əmək pensiyası təyin edilməsi üçün xalasına qulluq etməsini təsdiq edən sənəd və ya məhkəmə qərarı olmalıdır. Lakin ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Regional Filialına müraciətinin cavabını ərizəyə əlavə etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, MPM-in 149 və 150-ci maddəsinə əməl etməmiş, ərizəyə qanunvericiliklə müəyyən edilmiş işin məhkəməyədək həlli (pretenziya qaydasında həll etmə) qaydasına əməl etməmiş, həmçinin mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsinə dair məlumatı ərizəyə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-in 149, 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ikinci dəfə ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar