Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(5-111)-199/2026 12.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh “X1 Təsərrüfatı” MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh “X1 Təsərrüfatı” MMC-yə qarşı “icarədə olan torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh “X1 Təsərrüfatı” MMC-yə qarşı “icarədə olan torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Ərçivan qəsəbə ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Astara rayonu Ərçivan bələdiyyəsinin ehtiyat fondu torpaqlardan 10.6 ha torpaq sahəsi xx.xx.2021-ci il xx.xx.2041-ci ilə kimi icarə müqaviləsinə əsasən ona icarəyə verilmiş torpaq sahəsindən “X1 Təsərrüfatı" Məhdud Məsiliyyətli Cəmiyyəti (sədr Cavabdeh) qanunsuz sahiblikdən qaytarılması, torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin qanunsuz istifadədən azad edilməklə İddiaçı icarəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytrılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X1 Təsərrüfatı” MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinin aidiyyat qaydaları pozulmaqla Astara rayon Məhkəməsinə verildiyini bildirmiş, həmçinin Astara rayonu Ərçivan Bələdiyyəsinin “X1 Təsərrüfatı" Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olduğundan və həmin iş üzrə İddiaçı üçüncü şəxs qismində cəlb ediliyindən hazırki mülki işin MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmadan saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ərizənin geri qaytarılması qərara alındığından, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh “X1 Təsərrüfatı” MMC-yə qarşı “icarədə olan torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(5-111)-199/2026
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(5-111)-199/2026
12.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver