Məhkəmə qərarları › İş №2(5-111)-53/2026

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(5-111)-53/2026

09.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(5-111)-53/2026 09.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı X2, X8 və X5 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin direktoru X6, "xxxx" ASC-nin X7 MMC-nin “X4 rəisi X3 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının verilməsi, saxtakarlıqlara görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərin hərəsindən 5000 (beş min) manat təzminatın alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Quliyev X1 Samiq Səfaddin oğlu, X8 və X5 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin direktoru X6, "xxxx" ASC-nin X7 MMC-nin “X4 rəisi X3 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının verilməsi, saxtakarlıqlara görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərin hərəsindən 5000 (beş min) manat təzminatın alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işə bərpa olunması, boş qaldığı aylar üçün əmək haqqının verilməsi, saxtakarlıqlara görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərin hərəsindən 5000 (beş min) manat təzminatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmuna riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının və cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) qeyd olunmamış, cavabdehin qeydiyyat ünvanına dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı X2, X8 və X5 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin direktoru X6, "xxxx" ASC-nin X7 MMC-nin “X4 rəisi X3 qarşı “işə bərpa olunmağı, boş qaldığı aylar üçün əmək haqqının verilməsi, saxtakarlıqlara görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərin hərəsindən 5000 (beş min) manat təzminatın alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar