Məhkəmə qərarları › İş №2(5-113)-252/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(5-113)-252/2026

27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(5-113)-252/2026 27.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı, Ərizəçi (maraqlı şəxs qismində Beyləqan rayon * saylı Notariat Ofisi cəlb edilməklə) “qohumluq münasibətinin müəyyən edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi “qohumluq münasibətinin müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X3 ilə eyni anadan doğulmaqla bacı-qardaş dərəcəsində qohumluq münasibətində olmaqları faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəyə əlavə edilmiş Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 98 №-li Arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 07.*2.20*0-cu il tarixdə Beyləqan rayon Kəbirli kəndində vəfat etmiş X* ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2026-cı ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar olunmuşdur: *. Ana: X2-vəfat edib, 2. Qardaşı: Ərizəçi-xx.xx.*953. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Göründüyü kimi Ərizəçi mərhum X3 ilə bacı-qardaş dərəcəsində qohumluq münasibəti Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 98 №-li Arayışda qeyd edilmişdir. Məhkəmə isə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də, Ərizəçi mərhum X* qardaşı olması faktı Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışda öz təsdiqini tapdığından, həmin faktın müəyyən olunması haqqında tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, notariat ofisi onun vərəsəliklə bağlı müraciətindən əsassız olaraq imtina etdiyi halda ümumi qaydada miras əmlakla bağlı məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*. və **4.*.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (2*.02.2026-cı il tarixli *602*45*352* nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Beyləqan rayon * saylı Notariat Ofisi cəlb edilməklə) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (2*.02.2026-cı il tarixli *602*45*352* nömrəli qəbz) onun özünə qaytarılsın. Ərizəçi izah edilsin ki, notariat ofisi onun vərəsəliklə bağlı müraciətindən əsassız olaraq imtina etdiyi halda ümumi qaydada miras əmlakla bağlı məhkəməyə müraciət etmək hüququ var Qərardad rəsmi qaydada verildikdən sonra ondan *0 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar