Məhkəmə qərarları › İş №2(5-114)-43/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-43/2026

16.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-43/2026 16.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi İddiaçı1 QİZİ, İddiaçı2 QİZİ, TAĞİYEVA ALİDƏ İSA QİZİ, İddiaçı4 QİZİ, İddiaçı5 QİZİ, İddiaçı6 QİZİ, İddiaçı7 Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınmasıvərəsəlik hüququ üzrə mübahisələr qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı1 QİZİ, İddiaçı2 QİZİ, TAĞİYEVA ALİDƏ İSA QİZİ, İddiaçı4 QİZİ, İddiaçı5 QİZİ, İddiaçı6 QİZİ, İddiaçı7Cavabdeh1, Cavabdeh2 oğluna qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ______ xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan və ona qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı1 QİZİ, İddiaçı2 QİZİ, TAĞİYEVA ALİDƏ İSA QİZİ, İddiaçı4 QİZİ, İddiaçı5 QİZİ, İddiaçı6 QİZİ, İddiaçı7 qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar