Məhkəmə qərarları › İş №2(5-115)-358/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-358/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-358/2026 16.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızı, İddiaçın Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 129,17 (yüz iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində borcun tutularaq **********600 nömrəli abonent koduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-ci maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh 14 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Deməli, iddia məhkəməyə təqdim olunarkən həmin şəxs artıq mülki prosessual münasibətlərin subyekti olmaq imkanını itirmiş, ona qarşı birbaşa qaydada iddia irəli sürülməsi hüquqi baxımdan mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəf qismində yalnız prosessual hüquq və vəzifə daşımaq qabiliyyətinə malik şəxslər iştirak edə bilərlər. Şəxsin vəfat etməsi isə onun prosessual hüquq qabiliyyətinə xitam verir. Bu səbəbdən, iddia ərizəsinin verildiyi vaxt artıq vəfat etmiş şəxsə qarşı iddia qaldırılması məhkəmə icraatı qaydasında baxılmalı olan tələb kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 153.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçın Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar