Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-369/2026 16.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35182248 saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 113 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 12 mart 2026-cı il tarixdə İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35182248 saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 113 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi, ona qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə edilmədiyinə görə, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçının nümayəndəsi həmin ərizədə İddiaçı büdcə təşkilatı olduğunu qeyd etməklə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə istinad edərək və buna görə də dövlət rüsumu ödəməkdən azad olduğunu bildirərək, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları məhkəməyə verdikləri iddialar üzrə dövlət rüsumundan azaddır. Lakin İddiaçı nümayəndəsi Ə.S.Həsənov iddia ərizəsində həmin publik hüquqi şəxsinin hansı normativ-hüquqi akta əsasən büdcə təşkilatı hesab olunduğunu əsaslandırmamış və bu barədə hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı büdcə təşkilatı deyil, təbii inhisar subyekti olduğuna, mülki-prosessual qanunvericiliyə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa görə isə təbii inhisar subyektlərinin məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmadığına görə, iddiaçı publik hüquqi şəxs məhkəməyə verdiyi iddia ərizəsi üzrə dövlət rüsumu ödəməli idi. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23- cü maddəsinə əsasən büdcə təşkilatı dedikdə, maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar başa düşülür. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.46 və 36.2-ci maddələrinə görə isə təbii inhisar şəraitində məhsul istehsalı (satışı) ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təsdiq etdiyi siyahıya daxil edilən təsərrüfat subyekti təbii inhisar subyekti hesab olunur. Həmin Məcəllənin 1.1.49-cu maddəsinə əsasən təsərrüfat subyekti dedikdə isə mülkiyyət növündən, təşkilati hüquqi formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və ya fiziki şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi, filialı və digər bölməsi, habelə şəxslər qrupu, təsərrüfat subyektlərinin birlikləri, yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısından” görünür ki, İddiaçı təbii inhisar subyekti hesab olunur və təbii inhisar subyektlərinə həmçinin SOCAR-ın tabeliyindəki “Azneft” və “Azəriqaz” istehsalat birlikləri, “Azərişıq” səhmdar cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyəti, “Azərbaycan Hava Yolları” qapalı səhmdar cəmiyyəti, “Aztelekom” məhdud məsuliyyəti cəmiyyəti və bir sıra digər təsərrüfat subyektləri aid edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə görə həmin publik hüquqi şəxs qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdr. Həmin Nizamnamənin 5.2 və 5.4-cü bəndlərinə görə isə İddiaçı əmlakı dövlət büdcəsindən vəsait ayrılan vəsaitlə yanaşı, həmin qurumun öz fəaliyyətindən əldə etdiyi gəlir və digər mənbələr hesabına formalaşır və Xidmət öz fəaliyyətindən əldə etdiyi gəlirlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Beləliklə, İddiaçı qeyd edilən Nizamnaməsindən görünür ki, həmin publik hüquqi şəxsinin maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilmir və həmin qürum bazarda təbii inhisarçı kimi çıxış etməklə, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərməklə və istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması (məhsul satışı) ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq və gəlir etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün digər təbii inhisar subyektlərinə olduğu kimi, İddiaçınə də Azərbaycan Respublikasının dövlət büdcəsindən hər hansı vəsaitin ayrılması həmin publik hüququ şəxsin büdcə təşkilatı hesab edilməsinə əsas vermir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35182248 saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 113 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(5-115)-369/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-369/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver