Məhkəmə qərarları › İş №2(5-115)-60/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-60/2026

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-60/2026 13.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 2025-ci ildə vəfat etmiş X7 atası, 08 noyabr 2023-cü ildə vəfat etmiş X2 onun anası olması dərəcəsində qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayon Ağalı kəndində yaşayır. xx xxxxxx 1961-ci ildə Biləsuvar rayonunda doğulmuşdur. Doğum şəhadətnaməsində ata adı X11, ana adı isə X1 qeyd edilmişdir. Atası 30 avqust 2025-ci ildə, anası isə 08 noyabr 2023-cü ildə vəfat etmişlər. Həmin şəxslər valideynləri olsa da, anasının ölüm şəhadətnaməsində X6 əvəzinə X4, atasının adı isə X11 əvəzinə, X5 yazılmışdır.X16 kənd İcra Nümayəndəliyinin arayışlarından da görünür ki, X4 və X12 onun ata və anası olmuşdur.X4 və X12 onun ata və anası olmaları ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etsə də, bundan imtina edilərək məhkəməyə müraciət etməsi təklif edilmişdir. Məhkəmə ərizəni tədqiq edərək hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədən göründüyü kimi Ərizəçi ərizəni imzalanmamışdır. Ərizədən görünür ki, MPM-nin 149-cu maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və eyni zamanda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəməyə ərizə verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə ələaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə ələaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizələri verildikdə; MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Ərizəçi doğum qeydinə dair Maraqlı şəxs 16 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi doğum akt qeydində atası X11, anası X6 olaraq göstərilmişdir. Əizəçi isə 30 avqust 2025-ci ildə vəfat etmiş atası X8 ölümü haqqında şəhadətnaməsində X13, 08 noyabr 2023-cü il tarixdə vəfat etmiş anası X3 ölümü haqqında şəhadətnaməsində X4 olaraq qeyd edildiyini göstərmişdir. Görüdüyü kimi qeydiyyat orqanı tərəfindən ərizəçinin ata və anasının ölümü haqqında şəhadətnamə verilməsi zamanı ərizəçinin atasının soyadının, anasının isə adının hansı səbəbdən mühasələndirilməsinə aydınlıq gətirməmiş, ona görə də ərizəçi ata və anası ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Ərizəçi doğum qeydinə dair Maraqlı şəxs 16 sentyabr 2025-ci il tarixli arayışından da görünür ki, Ərizəçi doğum akt qeydində atası X11, anası X6 olaraq göstərilmişdir. Qeyd olunanlara əsasən Ərizəçi (Maraqlı şəxs) qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: Ərizəçi (Maraqlı şəxs) qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar