Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(5-118)-7/2026 05.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyaların onların Göygöl rayonu Yeni Qızılca kəndində tikdirmiş olduqları və hazırda yaşadıqları evdən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, onun cehiz əşyaları iddiaçılara məxsus olan Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evdədir. Hazırda Gəncə şəhərində kirayə mənzildə yaşayır. Həmin əşyaları oradan götürəcəyi halda yerləşdirmək üçün sahəyə malik deyildir. Həmçinin işin ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar tələbini belə əsaslandırmışlar ki, cavabdehə aid əşyaların çıxarılmaması onların qanuni sahibliyində olan və yaşadıqları evdən istədikləri kimi istifadə etmələrinə mane olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia tələbi məzmun baxımından mülkiyyətçinin və ya başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması xarakterlidir. Mübahisəsiz haldır ki, çıxarılması tələb edilən cehiz əşyaların saxlanıldığı fərdi yaşayış evi Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu yerdən asılı olmayaraq mübahisəyə daşınmaz əmlakın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 44.2.2-ci maddəsinə əssasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcləllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39, 44. 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cehiz əşyaların evdən çıxarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(5-118)-7/2026
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(5-118)-7/2026
05.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver