Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-1022/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi nümayəndəsi Vəkil vasitəsilə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi mərhum anası X2 70 yaşından vəfat etdiyi vaxta kimi, yəni xx.xx.1997-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi qulluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəyə mülki mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, ərizədə qeyd edilmişdir ki, xx.xx.1965-ci ildə Gəncə şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1979-cu ildə hərbi xidmətə getmiş və xx.xx.1981-ci ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2005-ci ilə kimi müxtələf yerlərdə işləmişdir. X1 1997-ci ildə 70 yaşı tamam olmuşdur. Anası yaşlandığından özünü tam sərbəst idarə edə bilmədiyi üçün anasına o qulluq etmişdir. 2005-ci ildə isə artıq anası birazda yaşlandığından və xəstələndiyindən o məcbur olub işdən çıxaraq anasına qulluq etməyə başlamışdır. xx.xx.2025-ci ildə onun 65 yaşı tamam olduğundan və pensiya hüququ yarandığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 müraciət etmişdir. Filyaldan ondan bir sıra sənədlər tələb etmişlər, o sənədləri verdikdən sonra ona 220 manat pensiya təyin olundu. Ona təyin edilmiş pensiya məbləğinin niyə az olmasının səbəbini öyrəndikdə filialdan ona bildirdilər ki, ona əmək pensiyası yox, yaşa görə sosial pensiya təyin edilmişdir. Belə olan təqdir də ona təyin edilmiş sosila pensiyanın növünün əmək pensiyası ilə əvəz edilməsi üçün xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 müraciət etmiş, işləməyinə dair sənədlərini, arxiv arayışlarını təqdim etmiş və eyni zamanda anası Fatma Qarayeva 70 yaşına çatdığı vaxtdan vəfat edənə kimi ona qulluq etdiyindən həmin illərin də əmək pensiyasına hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 müraciətinə baxılması üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına göndərilmiş, oradan ona 3-17-1/2-Q- 28525/2026 saylı. 04 fevral 2026-cı il tarixli məktub göndərərək iş stajı 25 ilə çatmadığından və anasına qulluq etdiyi illər qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq edən ərizələri və ya bu barədə məhkəmə qərarı olmadığından ona təyin edilmiş sosial pensiyanın növünün əmək pensiyası ilə əvəz edilməsi mümkün olmamışdır. Məktubda bildirilmişdir ki, anası vəfat etdiyindən ona qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra, həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun baxılacaqdır. O, bu faktı məhkəmədən kənar əldə edə bilmədiyi üçün məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu faktı bir çox şəxslər, qohum-əqrabası, qanu-qonşusu təsdiqləyə bilərlər. Həmin şəxslərdən X13 və X10 məhkəmə iclasında şahid qismində dəvət edəcəkdir. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş etmişdir. Odur ki, mərhum anası X5 70 yaşına çatdığı vaxtan vəfat etdiyi vaxta kimi, yəni xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilə kimi ona baxıldığı, qulluq etdiyi üçün həmin faktın, yəni qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: -307.2.3-doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; -307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Məhkəmə göstərir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin müəyyən etdiyi qaydalara görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələblərinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləninn 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi hazırki ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi mərhum anasına qulluq etməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(5-121)-1022/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-1022/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver