Məhkəmə qərarları › İş №2(5-121)-172/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-172/2026

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-172/2026 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızı Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyənetdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək həm özünün, həm qardaşları: xx.xx.1963 təvəllüdlü X3, xx.xx.1967-ci il təvəllüdlü X1, xx.xx.1969-cu il təvəllüdlü X4, həm də bacısı xx.xx.1972-ci təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X5 ilə qohumluq münasibətinin olması, yəni ataları olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə də yuxarıda qeyd edilən tələb qoyulsa da ərizə yalnız müraciət edən şəxs tərəfindən imzalanmış, qardaşları və bacısı nə ərizəçilər kimi göstərilmiş, nə də ərizəçi onların adından etibarnamə ilə çıxış etmişdir. Mülki prosessual hüququn əsas prinsipinə görə şəxs yalnız öz subyektiv hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Başqa şəxslərin hüquq və maraqlarına dair tələb isə yalnız həmin şəxslərin özləri tərəfindən, yaxud onların qanuni nümayəndəsi və ya etibarnamə üzrə nümayəndəsi vasitəsilə irəli sürülə bilər. Baxılan halda ərizəçi qardaşlarının və bacısının adından tələb irəli sürmək səlahiyyətinə malik olmamışdır. Bundan əlavə, forma baxımından da ərizədə ərizəçinin qardaşları və bacısı ayrıca ərizəçi qismində göstərilməli, ərizəçinin adına etibarnamə olmadığı şəraitdə hər biri tərəfindən imzalanmalı idi. Bu tələblərə riayət olunmadan ərizə prosessual qaydalara uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1.1-ci maddəsinə əsasən həmin məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar