Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-174/2026 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızı İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “sosial siğorta müavinətinin ödənilməsi və s.” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sosial siğorta müavinətinin tam (bütün aylar nəzərə alınmaqla) şəkildə ödənilməsi; müavinətin gecikdirilməsinə görə gecikmə dövrü üçün faiz və kompensasiya tətbiq edilməsi; uzunmüddətli gecikmə və sosial vəziyyətinin ağırlaşması nəzərə alınaraq mənəvi zərərin əvəzi cavabdehlərdən tutulması; cavabdeh "xxxx" MMC-nin təkrar-təkrar yanlış məlumat təqdim edilməsi faktına hüquqi qiymət verilməsi və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdehlər qismində qeyd olunmuş "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İzzət Nəbiyev küçəsi, ev 4, mənzil 136 və Cavabdeh1 hüquqi ünvanı Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 1*7 olsa da, ərazi aidiyyəti yalnış müəyyən olunmaqla iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Həmçinin müvafiq qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd də ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təsdiq edilmədikdə də hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “sosial siğorta müavinətinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Məmmədova
Məhkəmə qərarları › İş №2(5-121)-174/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-174/2026
14.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver