Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(5-121)-25/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi) “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ögey qardaşı X4 1970-ci ilin 01 yanvar tarixində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum ögey qardaşı X1 şəhəri, Aydınbəyov 1 döngə küçəsi, ev 53 ,mənzil 49 ünvanında yaşamışdır. Milli Arxiv İdarəsinə ögey qardaşınının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin onlar heç bir məlumat aşkar edilmədiyini bildirmişlər. Doğum haqqında şəhadətnamə vərəsəlik işinin açılması üçün Notariat Ofisinə təqdim olunmalıdır. Hazırki sənəd vərəsəliyin açılması üçün tələb edilir. Məhkəmə iclasında Ərizəçi çıxışında bildirdi ki, atası 2 dəfə ailə həyatı qurub. Elçin 1-ci evlilikdən doğulmuş ögey qardaşıdır. Atası vaxtilə Elçinin anasından ayrılıb və evdən çıxıb. Uşağın nə vaxt vəfat etdiyini dəqiq bilmir. Hal-hazırda vərəsəliklə bağlı heç bir addım ata bilmir. Bu səbəblə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 çıxışında bildirdi ki, ərizəçi Samirə bacısıdır. Elçin isə ögey qardaşıdır. Vaxtilə anası Elçin adında qardaşı olduğunu söyləyib, lakin özü heç vaxt onu görməyib. Məhkəmə iclasında şahid qismində dindirilən X11 çıxışında bildirdi ki, ərizəçi Samirə onun əmisi qızıdır. O, təxminən 8 yaşında olanda əmisi Əkbərin Elçin adında bir oğlu olub və qonşudan uşaq üçün süd aldığını xatırlayır. Uşağn nə vaxt vəfat etməsini dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 çıxışında bildirdi ki, ərizəçi Samirə onun dayısı Əkbərin qızıdır. Əkbər 2 dəfə ailə həyatı qurub. İlk evliliyi Sona adlanan xanımla olub. Sonanın uzun müddət övladı omayıb. Daysı Əkbərin 1970-ci ildə həmin Sona adlı xanımdan Elçin adında bir oğlu olmuşdur. Təxminən 3-4 yaşına kimi uşağı görmüş, daha sonra dayısını Sonadan ayrıldığı üçün həmin uşaqdan məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 15 iyul 1976-cı il tarixli , İV-JQ 359646 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 1976-cı ildə doğulmuşdur. İş materiallarında olan 22 dekabr 1990-cı il tarixli , İV-JQ 280716 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 dekabr 1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 21 oktyabr 2018-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 xx.xx.2018-ci il tarixdə Quba regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. İş materiallarında olan 02 iyun 1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X2 02 iyun 1978-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1970-ci il təvəllüdlü X10 barəsində doğum və ölüm akt qeydləri aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisinin 13 noyabr 2025-ci il tarixli imtina qərarından görünür ki, Ərizəçi vəfat etmiş atası- X3 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin vərəsəlik şəhadətnaməsinin verilməsi üçün tələb edilən sənədləri təqdim edə bilmədiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak 19 iyul 1973-cü il tarixli, 551 nömrəli orderdə X8 ilə yanaşı ailə üzvü kimi Elçinin də adı qeyd edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarından da görünür ki, Ərizəçi miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin vəfat etmiş atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin vərəsəlik şəhadətnaməsinin verilməsi üçün tələb edilən sənədləri təqdim edə bilmədiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X4 doğumun faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi qardaşı X4 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və X4 1970-ci il yanvarın 1-də Gəncə şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1970-ci ildə Gəncə şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(5-121)-25/2026
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-121)-25/2026
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver