Məhkəmə qərarları › İş №2(5-121)-662/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-662/2026

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-662/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, F.Əmirov küçəsi ev 34, mənzil 10-un naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmənin icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(125)–2391/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzildəki payın naturada bölünməsi, bu mümkün olmadıqda payların kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması” tələbinə dair iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 34 saylı evin 10 saylı mənzili açıq hərracdan satılması, və satışdan əldə olunmuş pul ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı (1/2) və X1 (1/2) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət olunmuşdur. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə baxılmış və mahiyyəti üzrə qətnamə çıxarılmışdır və həmin qətnamə halhazırda qanuni qüvvəsini almışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar