Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(5-122)-52/2026 10.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qarşı “qanun üzrə mirası qəbul etmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərhum anası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə tam pay olaraq vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi məhkəməyə ərizə təqdim edərək hazırda mülki işə baxılmasını istəmədiyini, odur ki, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, Ərizəçi oğlu 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi geri qaytarma barədə ərizəsi təmin edilməli, ərizə və ərizəyə əlavə olunmuş sənədlərin əsli və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi oğlunun maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qarşı “qanun üzrə mirası qəbul etmə” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin əsli və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(5-122)-52/2026
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(5-122)-52/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver