Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(5-135)-92/2026 13.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Mirzəzadə Asim Vilayət oğlu, İddiaçı cavabdehlər Azərişıq ASC və Azəriqaz İB-yə qarşı «müqavilələrin qanunsuz hesab edilməsi və.s» tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərişıq ASC və Azəriqaz İB-yə qarşı «müqavilələrin qanunsuz hesab edilməsi və .s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aşağıda qeyd olunan səbəblərdən iddiaçıya geri qaytarılmalıdır.
1. İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 İB-yə qarşı «müqavilələrin qanunsuz hesab edilməsi və .s» tələbinə iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilməmişdir. Qax rayon Məhkəməsində mülki işlər üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından iddiar ərizəsi həmin qaydaya uyğun təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması, həmin məcəllənin 10-1.2-ci maddəsində isə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilirməsi qeyd edilmişdir.
2. İddia ərizəsindən görünür ki, iddia ərizəsi imzalanmamışdır.
3. İddia ərizəsindən göründüyü kimi cavabdehlər qismində "xxxx" ASC və Cavabdeh2 İB göstərilmiş və onlara qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə müstəqil tələb eyni iddia ərizəsində birləşdirilmişdir. Tələblər hüquqi və faktiki əsaslarına görə bir-biri ilə bağlı olmadığından, hər bir tələb üzrə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.
4. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində işdə iştirak edən digər şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində üçüncü şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən üçüncü şəxsin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
5. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı ilə cavabdehlər arasında qaz və elektrik enerjisinin təchizatı üzrə müqavilələr bağlanmışdır. Sonradan həmin müqavilələr başqa şəxsin adına keçirilmiş və yeni abonent kimi o qeydiyyata alınmışdır. Beləliklə, mövcud hüquqi vəziyyətə əsasən iddiaçı artıq həmin kommunal xidmətlər üzrə istehlakçı hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında olan münasibətlər istehlak hüquq münasibətlərindən irəli gəlmədiyindən, işə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdeh hüquq şəxslərin ünvanlarının olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda mülki işə aidiyyət normaları şamil edilməli və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmələrdə (cavabdehlərə uyğun olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsi və Nəsimi rayon məhkəməsində) baxılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda , 152.1.3-cü maddəsinə əsasən iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, 152.1.4-cü maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərişıq ASC və Azəriqaz İB-yə qarşı «müqavilələrin qanunsuz hesab edilməsi və.s» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax rayon Məhkəməsinə şikayət verə bilər.
Hakim Asim Mirzəzadə