Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(5-136)-25/2026 27.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, X1 katibliyi, Ərizəçi və onun vəkili Vəkil Fəxrəddin oğlunun iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü ildə vəfat etmiş Osmanova (İsgəndərova) Avgül Məcid qızının xx.xx.2011-ci ildə vəfat etmiş X6 doğma bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ata xətti üzrə babası X12 ilə ata xətti üzrə nənəsi X7 birgə ər-arvad münasibətlərindən xx.xx.1918-ci ildə bibisi İsgəndərova (Osmanova) Avgül Məcid qızı, xx.xx.1926-cı ildə X3 anadan olmuşlar. X3 xx.xx.2011-ci ildə, bibisi İsgəndərova (Osmanova) Avgül Məcid qızı xx.xx.2013-cü ildə vəfat etmişdir. Bibisi A.M.İsgəndərova xx.xx.1968-ci ildə X27 ilə evlənərək nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra bibisinə Osmanova soyadı verilmişdir. Onların nikahından övladları doğulmamışdır. Bibisinin əri B.P.Osmanov xx.xx.1975-ci ildə vəfat etmişdir. Avgül Osmanovanın ölümündən sonra ondan miras qalan daşınmaz əmlaka dair vərəsəliyi qəbul etmək istəyərkən, ondan atasının və bibisinin doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Atasının doğum haqqında şəhadətnaməsi olsa da, bibisinin doğum haqqında şəhadətnaməsi onda olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, A.M.Osmanovaya məxsus doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də notariat orqanında vərəsəliyin qəbulu mümkün olmamışdır. X3 ilə bibisi Osmanova (İsgəndərova) Avgül Məcid qızının qardaş-bacı olmalarını, yəni onların qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qohumluq faktının təsdiq edilməsi ərizəçiyə miras əmlaka dair vərəsəliyi qəbul etmək üçün lazımdır. Mərhum A.M.Osmanovaya məxsus doğum akt qeydi aşkar edilmədiyindən, ərizəçi X2 ilə Osmanova (İsgəndərova) Avgül Məcid qızının qardaş-bacı olmalarını, yəni onların qohumluq münasibəti faktini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Həmçinin mərhum A.M.X1 nikahından övladı olmamışdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. X13 onun atası, Osmanova (İsgəndərova) Avgül Məcid qızı isə onun bibisi olmuşdur. X29 ailə qursa da, onun övladı olmamışdır. Bibisi Avgül onlarla yaşamışdır, ona övladı kimi qayğı göstərmişlər. Mərhum X3 ilə Osmanova (İsgəndərova) Avgül Məcid qızının qardaş-bacı olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. X16 qaynX3nun bacısı olmuşdur. Avgül İsgəndərova onlarla ayğı göstərmişlər. Avgül İsgəndərovanın övladı olmamışdır. X2 ilə Osmanova (İsgəndərova) Avgül Məcid qızının qardaş-bacı olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Avgül İsgəndərova onun bibisi olmuşdur və onlarla yaşamışdır. Avgül İsgəndərovanın övladı olmamışdır. Mərhum X3 ilə Osmanova (İsgəndərova) Avgül Məcid qızının qardaş-bacı olması faktını təsdiq edir. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi atası X15, anası X19r. -doğum haqqında arayışdan görünür ki, 08 fevral 1926-cı il təvəllüdlü X15 atası X12, anası X9r. -xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1918-ci il təvəllüdlü X10 doğumu haqqında akt qeydi aşkar olunmadı.“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. -nikahın bağlanması haqqında arayışdan görünür ki, X27 ilə X16 arasında nikah xx.xx.1968-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Osmanova soyadını qəbul etmişdir. - ölüm haqqında arayışdan görünür ki, X27 15 fevral 1975-ci ildə ölmüşdür. - ölüm haqqında arayışdan görünür ki, X15 01 avqust 2011-ci ildə ölmüşdür. - ölüm haqqında arayışdan görünür ki, X28 23 fevral 2013-cü ildə ölmüşdür. -JN-536 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17 mülkiyyətinə verilmişdir. -Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, X13 ilə İsgəndərova (Osmanova) Avgül Məcid qızı doğma bacıqardaşdır. X12 və X7 birgə nikahından doğulmuş övladlarıdır. -Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli arayışından görünür ki, JN-536 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət X4 adı səhvən X5 yazılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23 fevral 2013-cü ildə vəfat etmiş X28 ərizəçinin vəfat etmiş atası X8 doğma bacısı olmuşdur. Miras qalmış əmlakın ərizəçi öz adına rəsmiləşdirilməsi ilə bağlı Qazax rayon notariat ofisinə müraciət etmişdir. Ərizəçinin mərhum bibisinin atası X15 ilə qohumluq dərəcəsi müəyyən edilə bilmədiyindən mərhum X17 mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsini adına rəsimləşdirə bilmir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş Osmanova (İsgəndərova) Avgül Məcid qızının xx.xx.2011-ci li tarixdə vəfat etmiş X6 bacısı olması (qohumluq münasibətləri) faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş Osmanova (İsgəndərova) Avgül Məcid qızının xx.xx.2011-ci li tarixdə vəfat etmiş X6 bacısı olması (qohumluq münasibətləri) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №2(5-136)-25/2026
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-136)-25/2026
27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver