Məhkəmə qərarları › İş №2(5-140)-20/2026

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-140)-20/2026

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-140)-20/2026 04.03.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X12 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qzının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında Ərizəçi, doğulduğu tarix xx.xx.1967-ci il, doğum yeri Qubadlı rayonu, Teymur Müskanlı kəndi, ata qrafasında X4, milliyyəti azərbaycanlı, ana qrafasında X5, milliyyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqına akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, o, xx.xx.1967-ci ildə Qubadlı rayonu, Teymur Müskanlı kəndində anadan olmuşdur. X1, anası X5, milliyyətləri azərbaycanlıdır. Özünə məxsus doğum haqqında şəhadətnamə nəmalum şəraitdə itmişdir. Doğum haqqında arayış almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında arayış almaq mümkün olmamışdı. Qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, köçkünlük zamanı şəhadətnaməsi işğal olunmuş torpaqlarda qalmışdır. Hazırda əmlak məsələləri ilə əlaqədar olaraq doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi ilə bir kəndlidir. X9 kəndində qonşu olmuşlar. İmminisə ilə qızı demək olar ki, həmyaşıddır. Onların bir yaş fərqləri var. İmminisə 1967-ci ildə doğulmuşdur. Ərizəçinin atası Səlim kişi, anası Tavat xanım olmuşur. Məhkəmə iclasında şahid X3 bildirdi ki, ərizəçi ilə bir kənddəndir. İmminisənin 2- 3 yaşı olanda atası rəhmətə getmiş və anası kəndi tərk etmişdir. Ərizəçini bibisi saxlamışdır. İmminisənin X1 olmuşdur. Anası da Qubadlı rayonunun Xıdırlı kəndindən olan Alı kişinin qızı Tavat olub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, AZE******** saylı şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1967-ci il tarixdə Qubadlı rayonu, Teymur Müskanlı kəndində doğulmuşdur. Maraqlı şəxs 316-5/8-xx-xx/2025 saylı xx.xx.2026-cı il tarixli arayışına əsasən Ərizəçi barəsində Maraqlı şəxs arxivində doğum aşkar olunmamışdır. Arxiv məlumatları Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyi üzrə, Maraqlı şəxs üzrə 1964-1970-ci illər və 1959-1985-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs ərizəçiyə doğum haqqında akt qeydinin bərpasına görə ünvanladığı 316-5/8-M-xx-xx/2026 saylı xx.xx.2026-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğum faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında Ərizəçi, doğulduğu tarix xx.xx.1967-ci il, doğum yeri Qubadlı rayonu, Teymur Müskanlı kəndi, ata qrafasında X4, milliyəti azərbaycanlı, ana qrafasında X5, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar