Məhkəmə qərarları › İş №2(5-141)-100/2026

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-100/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-100/2026 05.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, Müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 4000 manat və 60 manata ödənilmiş dövlət rüsumu və vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar ödənilmiş 300 manat xidmət haqqı olmaqla cəmi 4360 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən tərəvəz becərib sataraq qazanc əldə etrmək adı ilə son üç ildə müxtəlif vaxtlarda ondan cəmi 4000 (dörd min) manat pul almış və qazanc əldə edən kimi qaytaracağına söz vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh vədinə əməl etmədiyini görüb ondan şübhələnmiş və sonradan ona məlum oldu ki, bir neçə yerdə tərəvəz məhsullarını əkib becərərək satmaqla qazanc əldə etmiş və bu barədə ona bildirməmişdir. Ona bu barədə dedikdə ondan aldığı 4000 manat pulu 2024-cü ilin sentyabr ayına kimi qaytaracağı barədə 20 fevral 2024-cü il tarixli qəbz vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh yenə də verdiyi sözə əməl etməmiş və müxtəlif bəhanələrlə aldığı 4000 manat borc pulu qaytarmaqdan boyun qaçırır. Mülki Məcəllənin 739-740-cı maddəsinin tələblərinə əsasən 4000 manat və 60 manata ödənilmiş dövlət rüsumu və vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar ödənilmiş 300 manat xidmət haqqı olmaqla cəmi 4360 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş edir. ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının MPM-in 149.2-ci maddəsi: İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları. Həmin Məcəllənin 152.1.1-ci maddəsi: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsi: əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəlləsinin tələblərindən də görünür ki, iddiaçı iddia ərizəsində cavabdehə məxsus olan şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərməmişdir. Qeyd edək ki, məhkəmə AZEMİS-elektron məhkəmə informasiya sistemindən istifadə edərək cavabdehlə bağlı fərdi məlumatlar əldə etmək istəsə də, cavabdeh barədə heç bir məlumata rast gəlməmişdir, bu səbəblə də məhkəmə “məhkəmə aidiyyatını” müəyyən edə bilməmişdir. Bu qeyd etdiyim əsasa görə də hazırkı vəziyyətdə məhkəmənin ərazi aidiyyatı səbəbindən işə baxması mümkün deyildir. Əlavə olaraq onu da nəzərinizə çatdırıram ki, ödənilmiş 57 manat dövlət rüsumu Sabirabad rayon məhkəməsinə ödənilmiş dövlət rüsumudur. İkinci dəfə iddia ərizəsi verilərkən bu halı nəzərdə saxlamağınız tövsiyyə edilir. NƏTİCƏVİ HİSSƏ: Odur ki, Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı məhkəmədə işə baxılması üçün ödədiyi 3 (üç) manat və 57 manat məbləğində dövlət rüsumu İddiaçı bank rekvizitləri təqdim edildiyi təqdirdə geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. İddiaçı izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar