Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(5-142)-200/2026 10.03.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 2.2-ci bəndinin tələblərinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər”. İş materiallarından göründüyü kimi iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı Laçın rayon Qarıqışlaq kənd iəd üzrə nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 2.2-ci bəndinin tələblərinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddiaçı Ərizəçi Laçın Rayon Qarıqışlaq kənd iəd üzrə nümayəndəliyində tərtib edilmiş 30 saylı doğum haqqında akt qeydində adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında Laçın Rayon Məhkəməsində baxılması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin maddənin digər bəndlərində qeyd edilir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı Laçın rayon Qarıqışlaq kənd iəd üzrə nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya ümumi qaydada hazırki mübahisə ilə bağlı Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında düzəlişin edilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı adının “X1” kimi deyil, “Ərizəçi” kimi, təvəllüdünün isə xx.xx.1976-cı il kimi deyil, xx.xx.1975-ci il kimi qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya ümumi qaydada hazırki mübahisə ilə bağlı Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında düzəlişin edilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(5-142)-200/2026
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(5-142)-200/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver