Məhkəmə qərarları › İş №2(5-143)-4/2026

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(5-143)-4/2026

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(5-143)-4/2026 16.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “miras payının tam hisədə qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi “miras payının tam hisədə qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.01,2012-ci ildə vəfat etmiş X50 və aravadı xx.xx.2006-cı ildə vəfat etmiş X15 tərəfindən miras qalmış JN 058 A, KOD 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0017, Kod 80305098 saylı torpağa miras payımın tam hissədə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21.11,1969-cu il də Lerik rayonunda anadan olmuşdur. X14 X11dır. Valideyinlərinin ondan başqa övladları olmamışdır. X26 adlı bir qardaşı olmuş və o da vəfat etmişdir.X37 yeganə bacısı uşağı olmaqla yeganə vərəsəsidir. Miras qoyan mərhum dayısı X13 Gülyetər Zülfiəli qızı ilə evli olmuş lakin nikahlarından uşaqları doğulmamışdır Miras qoyan mərhum X21 xx.xx.2012-ci ildə vəfat etmişdir. X2 isə xx.xx.2006-cı ildə vəfat etmişdir. O, miras qoyan X37 yeganə bacısı olan X18 yeganə övladıdır. X11 xx.xx.2019-cu ildə, atası X42 14 avqust 1994-cü ildə vəfat etmişdir. X12 və dayısı arvadı X8 yas mərasimin o, keçirmişdir. Həmçinin dayısı arvadı Gülyetər Rəhimovanında bacı-qardaşı olmamışdır. Onların onda başqa heç kimləri olmamışdır. Ona görədə onu öz övladları kimi o da onları öv valideyinlərim kimi qəbul etməklə təsərrüfatlarının faktiki üzvü olmuşdur. Miras əmlak həyətyanı torpaq sahəsi və kənd təsərrüfatlı torpaq sahəsindən ibarətdir. O, miras qoyanın yəni sağlığında və vəfatından sonra həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə edərək mirası şəksiz qəbul etdiyini sübut etmişdir. Miras qoyanın atası, anası, bacısı, qardaşı, arvadı və uşaqları yoxdur. Faktın təsdiqi ona vərəsəlik şəhadətnaməsi almaqdan ötrü zəruridir.X21 xx.xx.2012-ci ildə vəfat edəndən sonra bacısı yəni X11 bütün əmlakını ona vəsiyyət etmişdir.X37 isə Laləzar Məmmədovadan başqa heç kimi olmamışdır.Bundan sonra X30 adında olan əmlakları rəsmi qaydada ona vəsiyyət etmişdir.Bu səbəbdən o, Lerik Rayon Dövlət Notariat ofisinə müraciət etmiş, Notariat ofisi təfəindən ona X37 vərəsə dairəsi müəyyən olunmadığını bildirərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür.Mərhumun yeganə vərəsəsi odur. Başqa vərəsəsi yoxdur. X22 və arvadı X5 qalmış mirası faktiki qəbul etməyi işin mübahisəsiz halıdır. Daha sonra ərizəçi məhkəməyə idda həcminin dəqiqləşdirməsi barədə ərizə verərək JN 058 A, KOD 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0017, Kod 80305098 saylı torpağ aktının xx.xx.2012-ci ildə vəfat etmiş X50 və aravadı xx.xx.2006-cı ildə vəfat etmiş X10 məxsus olması faktının müəyyən edilməsi və xx.xx.2012-ci ildə vəfat etmiş X50 və aravadı xx.xx.2006-cı ildə vəfat etmiş X15 tərəfindən miras qalmış JN 058 A, KOD 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0017, Kod 80305098 saylı torpağa miras payının tam hissədə qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, bildirmişdir ki, dayısı 10.01,2012-ci ildə vəfat etmiş X50 və dayısı aravadı xx.xx.2006-cı ildə vəfat etmiş X8 yeganə vərəsəsi odur. Onların birgə nikahlarından heç bir uşaqları olmamış və yeganə vərəsə olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Lerik Rayon dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Bibyani kəndində yaşayır, ərizəçini uşaq vaxtlarından tanıyır.Ərizəçinin mərhum dayısı və mərhum dayısı arvadın tanıyıram.Onların Birgə nikahlarından ovladı olmamışdır.Mərhum Orucun bir bacısı olmuşdur.Oda ərizəçi Etibarın anasıdır.Miras payının bölünməsində heç bir mübahisə yoxdur. Məhkəmə, ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3- 16-5/8-06-995/2025 saylı 29 dekbar 2025-ci il tarixli arayışdan görünür ki, X50 ilə X3 rayonu Vizəzəmin kənd icra nümayəndəliyində 26 dekabr 1957-ci il tarixdə 13 sayla nikahların rəsmiləşdirilmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-09- 994/2025 saylı 29 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, X50 xx.xx.1934-cü il tarixdə Lerik rayonu Binyanı kəndində anadan olmuşdur.Ata qırafasında X43, ana qırafasında X39 qeyd edilmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 517941 saylı 01 fevral 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, görünür ki, X50 10 yanvar 2012-ci ildə vəfat etmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-11- 991/2025 saylı 29 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixdə Lerik rayonunun 30 km kəndində anadan olmuşdur.Ata qırafasında X40, ana qırafasında X30 qeyd olunmuşdur. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 987899 saylı 01 fevral 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X30 24 sentyabr 2019-cu illdə vəfat etmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-06- 992/2025 saylı 29 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, X15 25 oktyabr 2006-cı ildə Lerik rayonu Bibyanı kəndində vəfat etmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-09- 993/2025 saylı 29 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, X30 xx.xx.1935-ci ildə Lerik rayonu Bibyanı kəndində anadan olmuşdur.Ata qırafasında X43, ana qrafasında X39 qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçin verilmiş 09 dekbar 198 nömrəli xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş X31 miras qalan əmlaklara dair vərəsəlik şəhadətnamsi verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirlmişdir ki, X22nun vərəsə dairəsi müəyyən olunmadığı səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında Torpağa mülkiyyət hüququna dair JN-0017 nömrəli, kod 80305098 olan Dövlət Aktının surətindən görünür ki, X44 və ailə üzvü X19 məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 0.40 ha torpaq sahəsi var. İş materiallarında olan Torpağa mülkiyyətə verilməsinə dair JN-058A nömrəli, kod 80305098 olan şəhadətnamənin surətindən görünürki, X44 və ailə üzvü X17 məxsus 0.10 hektar fərdi yaşayış evi,həyətyanı sahə,fərdi kollektiv və kooperativ bağlar,dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İş materiallarına olan Lerik rayon İcra hakimiyyəti Başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 08 dekabr 2025-ci il tarixli 5-65-40/2-554/2025 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 əri X36 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.Onların birgə nigahlarından Ərizəçi doğulmuşdur, başqa övladları olmamışdır. İş materiallarına olan Lerik rayon İcra hakimiyyəti Başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 08 dekabr 2025-ci il tarixli 5-65-40/2-555/2025 saylı arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X37 arvadı X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.Həmin şəxslərin birgə nigahından heç bir övladı olmamışdır.X6 X20 başqa bacı və qardaşı olmamışdır. İş materiallarına olan Lerik rayon İcra hakimiyyəti Başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 08 dekabr 2025-ci il tarixli 5-65-40/2-553/2025 saylı arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 əri X50 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.Həmin şəxslərin birgə nigahından heç bir övladı olmamışdır.X1 bacı və qardaşı olmamışdır. İş materiallarına olan xx.xx.2025-ci il tarixli Lerik rayon Vizəzəmin kəndində tərtib olunmuş aktın sürətindən görünür ki, Lerik rayon AİK-nın 2002-ci il tarixli 01 saylı qərarı ilə Lerik rayonu Bibiyanı kənd sakini X50 və ailə üzüvlərinə 0.40 ha Dövlət aktı (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) və həmin torpaq sahəsinə ümumi birgə olmaqla JN-0017 nömrəli, kod 80305098 olan dövlət aktı tərtib olunmuşdur. Dövlət aktı tərtib olunan zaman aşağıda qeyd olunan vətəndaşın adı texniki səhv nəticəsində X9 qeyd olunmuşdur.Lerik rayon ƏİN-nin qeydiyyat kitabında X37 ailəsində X32 adında şəxa olmamışdır və yaşamamışdır. Qeyd olunan JN-0017 nömrəli, kod 80305098 olan dövlət aktı üzrə qeydiyyat aparıla zaman ümumi birgə payçılardan olan şəxs X4 qeydə alınması qanunamüvafiqdir. İş materiallarına olan xx.xx.2025-ci il tarixli Lerik rayon Vizəzəmin kəndində tərtib olunmuş aktın sürətindən görünür ki, Lerik rayon AİK-nın 1998-ci il tarixli 45 saylı qərarı ilə Lerik rayonu Bibiyanı kənd sakini X50 və ailə üzüvlərinə 0.10 ha Dövlət aktı (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) və həmin torpaq sahəsinə ümumi birgə olmaqla JN-058A nömrəli, kod 80305098 olan dövlət aktı tərtib olunmuşdur. Dövlət aktı tərtib olunan zaman aşağıda qeyd olunan vətəndaşın adı texniki səhv nəticəsində X7 qeyd olunmuşdur.Lerik rayon ƏİN-nin qeydiyyat kitabında X37 ailəsində X29 adında şəxa olmamışdır və yaşamamışdır. Qeyd olunan JN-058A nömrəli, kod 80305098 olan dövlət aktı üzrə qeydiyyat aparıla zaman ümumi birgə payçılardan olan şəxs X4 qeydə alınması qanunamüvafiqdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci ildə vəfat etmiş X50 və X8 vərəsəsi Ərizəçi miras payının qəbul edilməsi faktı ərizəçinin izahatı, şahid ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1141-ci maddəsinə əsasən Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsibarədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır, 1147.2-ci maddəsinə əsasən Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2- ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1152-ci maddəsinə əsasən Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1153-cü maddəsinin tələbinə görə Şəxsi xarakter daşıyan ya yalnız miras dovana mansub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ga müqavilədə nəzırdı tutulan yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1154-cü maddəsinin tələbinə görə Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. 1155.1-ci maddəsinə əsasən Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. 1155.2-ci maddəsinə əsasən Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. 1156-cı maddəsinə əsasən Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. 1157-ci maddəsinə əsasən Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1157-1.1-ci maddəsinə əsasən Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.1157-1.2-ci maddəsinə əsasən Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1157-1.3-cü maddəsinin tələbinə görə Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. 1158.1-ci maddəsinə əsasən Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. 1158.2ci maddəsinə əsasən Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinin tələbinə görə Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinin tələbinə görə Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.1159.2-ci maddəsinə əsasən İkinci növbədə ölənin bacıları və qardaşları. 1159.5-ci maddəsinə əsasən Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160-cı maddəsinə əsasən Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1161-ci maddəsinə əsasən Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadəedilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki,miras qoyanlar ər X50 xx.xx.2012-ci il tarixdə, arvad X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişlər.Onların birgə nigahlarından uşaqları olmamış, miras qaydasında arvadın ölümündən sonra ona çatası payı əri X50 qəbul etmişdir. X50 öldükdən sonra isə 2012-ci ildən mirası ərizəçinin X11 faktiki qəbul etmişdir. X18 ölümündən sonra isə mirası faktiki olaraq Ərizəçi qəbul etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, JN 058A, KOD 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0017, Kod 80305098 saylı torpağ aktının xx.xx.2012-ci ildə vəfat etmiş X50 və xx.xx.2006-cı ildə vəfat etmiş X10 məxsus olması faktı müəyyən edilməli, xx.xx.2012-ci ildə vəfat etmiş X50 və xx.xx.2006-ci ildə vəfat etmiş X15 tərəfindən miras qalmış JN-0017 nömrəli, kod 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Lerik rayonu Bibiyanı kəndində yerləşən 0.40 ha torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN-058A nömrəli, kod 80305098 saylı Lerik rayonu Bibiyanı kəndində yerləşən 0.10 ha torpağa miras payının tam hissədə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 058A, KOD 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0017, Kod 80305098 saylı torpağ aktının xx.xx.2012-ci ildə vəfat etmiş X50 və xx.xx.2006cı ildə vəfat etmiş X10 məxsus olması faktı müəyyən edilsin. xx.xx.2012-ci ildə vəfat etmiş X50 və xx.xx.2006-ci ildə vəfat etmiş X15 tərəfindən miras qalmış JN-0017 nömrəli, kod 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Lerik rayonu Bibiyanı kəndində yerləşən 0.40 ha torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN-058A nömrəli, kod 80305098 saylı Lerik rayonu Bibiyanı kəndində yerləşən 0.10 ha torpağa miras payının tam hissədə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar