Məhkəmə qərarları › İş №2(5-143)-80/2026

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(5-143)-80/2026

12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(5-143)-80/2026 12.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, Ərizəçi (Masallı Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində qeyd edilən) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (Masallı Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində qeyd edilən) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 nömrəli qərarı ilə verilmiş Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,27 ha olan torpaq sahəsinin mərhum həyat yoldaşı (İsmayılova) X2 düşən hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi və şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş 26 dekabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu Lerik Rayon Məhkəməsinin deyil, Masallı Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir; 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə, ərizəyə əlavə edilmiş Masallı Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 782 nömrəli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, onların ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,27 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədində mərhumə arvadınızla yanaşı digər mərhumlar ata və anasının da payları qeyd olunmuş, yəni həmin torpaq sahəsində mülkiyyətçidirlər, mərhumə arvadınızın ata və anasının vərəsələrinin qohumluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə tam şəkildə təqdim edə bilmədiyi və onların vərəsələri arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. Göründüyü kimi hazırda hüquq haqqında mübahisə mövcuddur və ərizəçinin hazırki ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Azərbaycan Respublikasının MPM-nin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, Ərizəçi (Masallı Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində qeyd edilən) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Masallı Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində qeyd edilən) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar