Məhkəmə qərarları › İş №2(5-144)-17/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-17/2026

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-17/2026 22.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X4 - X5 hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə Lənkəran Rayon Məhkəməsində nəzərdən keçirib müəyyən etdim: X8 məhkəməyə ərizə ilə müraciət edərək özünün xx.xx.1960-cıil tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonu, Mədrəsə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən isə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçinin ərizəsinə əlavə etdiyi və Şamaxı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İİ-ИЕ seriyalı 094637№li doğum haqqında şəhadətnamənin əslindən görünür ki, Ramela Stepanovna xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonu, Mədrəsə kəndində anadan olmuşdur. Sonradan kimlərsə tərəfindən həmin doğum haqqında şəhadətnaməyə əsassız düzəlişlər edilmişdir. Lakin həmin sənədin kökü hazırda Şamaxı rayon Qeydiyyat Şöbəsində saxlanılmalıdır. Buna görədə, ərizəçi ilk əvvəl Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət edib həmin doğum haqqında şəhadətnamənin düblikatını əldə edib həmin dublikat əsasında özünə şəxsiyyət vəsiqəsi almalıdır. Lakin ərizəçi bu hərəkətləri etmədən, yalnız ASAN Xidmətinin cavabından istifadə edərək birbaşa məhkəməyə müraciət etmişdir. Bununla da, MPM-nin 308-ci maddəsinin tələblərini pozmuşdur. Onu da qeyd edim ki, bütün sənədlərdən görünür ki, ərizəşinin adı Ramella deyil, Rameladır, atasının adı isə “Stepanovna” kimi yazıldığı halda, ərizəçi yanlış olaraq onu “Stepan qızı” kimi yazmışıdır. Ərizəçiyə xx.xx.1981-ci il tarixdə o vaxtki Bakı şəhəri Kirov (indiki Binəqədi) rayonu İK-nin DİŞ-i tərəfindən XVİ-ЖГ seriyalı 591210 №li SSRİ vətəndaşının pasportu verilmişdir. Həmin pasport onun doğum şəhadətnaməsi əsasında verildiyindən, onun surəti həmin orqanın arxivində saxlanılmalıdır. Ərizəçi doğum şəhadətnaməsinin rəsmi təsdiq edilmiş surətini həmin orqandan da tələb edə bilər və ya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün DİŞ-də olan həmin qeyd olunan məlumatlardan istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, X5 ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri, yəni qərardadda göstərilmiş nöqsanları aradan qaldırıb yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ərizəçinin qızı X6 anasının hazırki tələblə məhkəməyə müraciət etmək üçün ********* nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : X5 hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X1 Tamella Marif qızı tərəfindən ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar