Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-21/2026 08.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və yardımçı tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və yardımçı tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətimdə olan topraq sahəsindən çıxarılması, həmin zəbt olunmuş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş yardımçıtikililərin cavabdehin hesabına söklməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə göndərilməsi üçün iddia ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmçinin, qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda iddiaçıya izah edilir ki, məhkəməyə yenidən müraciət edəcəyi halda iddia tələbinin “xahiş edirəm” hissəsində cavabdehin adı, ata adı, soyadının və hansı torpaq sahəsinin cavabdeh tərəfindən hansı hissədə və ölçüdə zəbt edilməsini qeyd etməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və yardımçı tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(5-144)-21/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-21/2026
08.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver