Məhkəmə qərarları › İş №2(5-144)-467/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-467/2026

12.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-467/2026 12.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan televizor, ət çəkən maşın, elektrikli soba, tava naboru 2 dəst, boşqab naboru 2 dəst, stakan naboru hər birindən 12 ədəd, 6 ədəd qəndqabı, aftafa-ləyən, böyük qazan, 2 dədə böyük dərinkə, balaca tok samavarı, dolab, televizor altlığı, taxt, 2 ədəd tumba, 3 ədəd lüstür, ütü, ütü masası, 2 ədəd ləpəqabı, 2 ədəd meyvəqabı, xurustal, çaşqa naboru, 5 ədəd pərdə, divan, stol-stul, yoröan dəsti, 4 ədəd xalça, paltar yuyan, mikser, tefal çaynik, sokçəkəndən ibarət olan cehizlərini onun Masallı rayon Nəzəroba kəndində yerləşən evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. “Elektron məhkəmə” informasiya sistemi üzrə verilmiş sorğuya cavabdan görünür ki, iddiaçının yaşadığı ünvan ünvan 1ndidir. İddia tələbindən də göründüyü kimi cavabdehə məxsus olan əşyaların çıxarılması tələb edilən daşınmaz əmlak - İddiaçınə məxsus fərdi yaşayış evi Masallı rayonu, Nəzəroba kəndində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki tələb mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olduğundan həmin mülki işə daşınmaz əşyanın olduğu yerdə baxılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qaytarıldığına görə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, ********** №-li mədaxil qəbzi əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar