Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-494/2026 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs qismində ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsini cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran rayonunun Boladi kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.24 hektar torpaq sahəsinin üzərində ümumi sahəsi 85.7 kvadratmetr olmuş fərdi yaşayış evinin sökülərək məhv edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, əvvələr Lənkəran rayonunun Boladi kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.24 hektar torpaq sahəsinin üzərində ümumi sahəsi 85.7 kvadratmetr sahəli fərdi yaşayış evi olmuş və həmin ev rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Həmin evi özləri sökmüş, lakin evin dövlət qeydiyyatı ləğv edilmədiyi üçün, hazırda həmin evin yerləşdiyi torpaq sahəsinə texniki pasport ala bilmirlər. Çünki, ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Əİ ev sökülərək məhv edildiyindən texniki pasportun tərtib edilməsi ilə bağlı ərizənin icrasını mümkünsüz hesab etmişdir. Ərizəçinin ərizəsindən göründüyü kimi, onun əsas məqsədi Lənkəran rayonunun Boladi kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.24 hektar torpaq sahəsinə texniki pasport almaqdan ibarətdir. Bunun üçün isə o, ilk əvvəl ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Əİ-nə müraciət edərək həmin evin özü tərəfindən söküldüyünü qeyd edib, evin dövlət qeydiyyatını ləğv etdirməlidir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqında Qanun”un 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ərizəyə əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, sökülmüş ev və həyətyanı torpaq sahəsi ərizəçinin və digərlərinin adına paylı mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin evin yüklü olması barədə ərizəyə hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda, ərizəçi, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqında Qanun”un 18.2-ci maddəsinin tələblərinə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Əİ-nə müraciət etməli, ora müfafiq ərizəni verməklə evə olan mülkiyyət hüququnun qeydiyyatını ləğvini xahiş etməlidir. Bundan sonra isə həmin torpaq sahəsinə müvafiq texniki pasportun tərtibatı ilə əlaqədar bir daha ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Əİ-nə müraciət etməlidir. Göründüyü kimi, ərizəçinin tələbinin yerinə yetirlməsi üçün məhkəməyə müraciət etməyə lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ərizəyə əlavə edilmiş xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs qismində ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsini cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(5-144)-494/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-494/2026
17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver