Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-512/2026 16.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Azəriqaz İB-nin Lənkəran RQİİ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nin Lənkəran RQİİ-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Azəriqaz İB-nin Lənkəran RQİİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2026-cı il tarixli. 14-2-2-10/3-1K-52/2026 saylı əmrin ləğv edilməsi, Lənkəran RQİİ-də qaz paylayıcı stansiyanın operatoru kimi işə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi, habelə 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə təqdim edərək mülki işin geri qaytarılması zərurəti yarandığı üçün iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçının cavabdeh Azəriqaz İB-nin Lənkəran RQİİ-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmaqla iddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(5-144)-512/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-512/2026
16.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver