Məhkəmə qərarları › İş №2(5-144)-516/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-516/2026

18.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-516/2026 18.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Cavabdeh2 qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Cavabdeh2 qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi, Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 66,30 kv.m olan 14 nömrəli, 3 otaqlı kommunal mənzilin ona təhvil verilməklə adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsini xahiş edir. İddia ərizəsinin nəticə hissəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi predmeti və subyektiv tərkibi aydın müəyyən edilməmiş, eləcə də ləğv edilməsi xahiş olunan hüquqmüəyyənedici sənədlərin növü, hüquqi mahiyyəti və həmin sənədlərlə cavabdehlər arasında hüquqi bağlılıq dəqiq göstərilməmişdir. Eyni zamanda, iddiaçının bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsini xahiş etməklə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməsi səbəbindən hazırki halda iddia tələbinin subyektiv tərkibi baxımından tam şəkildə inzibati və ya ümumi məhkəməyə aidiyyətini müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və bütün hüquqmüəyyənedici sənədlər adlandırdığı “çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport” ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bundan başqa, MPM-nin 150.1.1-ci maddəsinə görə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. İddia ərizəsindən göründüyü kimi tələb iki cavabdehə qarşı yönəlsə də, iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdehlərinə sayına uyğun əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Cavabdeh2 qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar