Məhkəmə qərarları › İş №2(5-144)-691/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-691/2026

27.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-691/2026 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "DOST İş Mərkəzi” MMC Lənkəran yaşıllaşdırma idarəsi ilə bağlanmış 3-17- 7/3-4-5373/2025 nömrəli əmək müqaviləsinin ləğv edilərək, əvvəlki vəzifəsinə bərpа olunmağı və xx.xx.2025-ci il tarixdən hazırkı vaxta kimi məcburi iş buraxmaya görə orta əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı tələbini Cavabdehnə qarşı yönəltmiş, eləcə də iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçının daxil olduğu əmək münasibətləri üzrə işəgötürən Cavabdehdir. Cavabdeh hüquqi ünvanı isə ünvan 1 Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Lakin, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin yönəldiyi Cavabdeh hüquqi ünvanı Lənkəran rayonunda yerləşmədiyindən iddia ərizəsi isə həmin hüquqi şəxsin yerləşdiyi yerin aid olduğu məhkəməyə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar