Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-16/2026 27.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonunda anadan olmuş, 19 fevral 2008-ci ildə vəfat etmiş X4 onunla qohumluq münasibəti faktının, yəni bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X2 19 iyun 1953-cü ildə Saatlı rayonunda anadan olmuş, 19 fevral 2008-ci il tarixdə vəfat etmişdir. X2 vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmək üçün Saatlı rayon Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisindən ona bildirilmişdir ki, X2 ilə arasında vərəsəlik münasibətlərinə dair qohumluq faktını sübut edən sənəd olmadığı üçün vərəsəlik işinin açılması mümkün deyildir. Ona görə də hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də göstərdiklərinin nəzərə alınaraq 19 iyun 1953-cü ildə Saatlı rayonunda anadan olmuş, 19 fevral 2008-ci il tarixdə vəfat etmiş X4 onunla qohumluq münasibəti faktının, yəni bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Göstərilən mülki iş üzrə maraqlı tərəf Saatlı rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Saatlı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı, X20 isə onun bacısıdır. X20 nikahda olmuşdur, lakin həmin nikahdan övladı olmamışdır. X19 19 iyun 1953-cü ildə anadan olmuş, 19 fevral 2008-ci il tarixdə vəfat etmişdir. O, təsdiq edir ki, mərhum X10 ərizəçinin bacısıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Ərizəçi atasının əmisi oğlu, həm də həmkəndlisidir. O, ərizəçinin atasını, babasını tanıyıb, onlarla isti münasibətdə olmuşdur. O, təsdiq edir ki, mərhum X10 ərizəçinin bacısıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir. X20 nikahda olmuşdur, lakin həmin nikahdan övladı olmamışdır. O, təsdiq edir ki, mərhum X10 ərizəçinin bacısıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Hüseynov Şakir oğlu ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu kimi bir kənddə yaşayırlar. X10 onun sinif yoldaşı olmuşdur, 1960-cı ildə Saatlı rayonu Qıraqlı kənd orta məktəbinə bir yerdə getmişlər. O, təsdiq edir ki, mərhum X10 19 iyun 1953-cü ildə anadan olmuşdur və Ərizəçi bacısıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş 22 dekabr 2025-ci il tarixli aktdan görünür ki, X10 19 iyun 1953-cü ildə Saatlı rayonunda anadan olmuş, 19 fevral 2008-ci il tarixdə ölmüşdür. X1 Rizvan Abas oğlunun bacısıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin AZ- 11 499669 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 19 fevral 2008-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 19 dekabr 2025-ci il tarixli arayışından görünür ki, X10 barəsində Saatlı rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1951-ci ildə anadan olmuşdur, atası X29, anası X15r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon notariat ofisinin 23 dekabr 2025-ci il tarixli, 768 saylı məktubundan görünür ki, xx.xx.2008-ci ildə ildə ölmüş X10 ilə Ərizəçi arasında vərəsəlik münasibətlərinə dair qohumluq faktını sübut edən sənəd olmadığı üçün vərəsəlik işlərinin açılması və Ərizəçi vərəsə kimi qəbul edilməsi hüquqi əsaslarla mümkün deyildir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Saatlı rayonu Qıraqlı kəndində yerləşən 126.9 kv/m torpaq sahəsi Ərizəçi, X12, X8, X3, X5, X18, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş X7 məxsus pasportdan görünür ki, X10 19 iyun 1953-cü ildə Saatlı rayonunun Leninkənd kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. İşə əlavə edilmiş ******* nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, X10 19 iyun 1953-cü ildə anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.1ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatı və şahidlərin ifadələrindən göründüyü kimi, 19 fevral 2008-ci ildə vəfat etmiş X10 Ərizəçi bacısı olmuşdur. Lakin ərizəçi bu faktı təsdiq edən sənədi başqa qayda da ala bilmədiyindən həmin şəxsin onun qohumu olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə 19 fevral 2008-ci ildə vəfat etmiş X4 Ərizəçi bacısı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. 19 fevral 2008-ci ildə vəfat etmiş X4 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(5-150)-16/2026
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-16/2026
27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver